PDF Oxu

Müxalifət

  • 23

Müsavatın mitinq şousu baş tutmayacaq

Müsavatın mitinq şousu baş tutmayacaq

Bu gün müxalifət düşərgəsində iddialı partiyalar arasında mövqe savaşı gedir. Xüsusilə də, Müsavatla AXCP arasında mübarizə daha amansız və gərgindir. Bu iki partiya mitinqlər xatirinə mitinq keçirməklə rəqabətdə bir-birindən geri qalmadığını göstərməyə çalışırlar. Məsələyə münasibət bildirən Vəhdət partiyasının sədri Tahir Kərimli bildirib ki, aksiyalar keçirməyə cəhd etməklə Müsavat özünü düşərgə daxilində ən radikal mövqedə olan və əsl müxalifət adına iddialı partiya olduğunu nümayiş etdirməyə çalışır: "Lakin bu AXCP tərəfindən lağla qarşılanır. Əli Kərimli iddia edir ki, "müsavatçılar" mitinq keçirtmək istəmirlər, sadəcə olaraq, aksiya ilə gündəmdə qalmağa çalışırlar. Bu da onların zəifliyindən, yəni "Milli Şura"ya qarşı rəqabət aparmaq gücündə olmadıqından irəli gəlir. Ona görə də, Müsavatla AXCP arasında dərin rəqabət var. Bu rəqabət hakimiyyətə gəlməkdən ötrü deyil. Sadəcə olaraq, onlar arasında olan bu rəqabət hansının əsl müxalifət, "ana" müxalifət və hansı partiyanın liderinin güclü olması uğurundadır. Bir sözlə, müxalifət cəbhəsindəki, savaş liderlik uğurunda gedən bir savaşdır".

"Parçalanmış bir durumda olan Müsavatın kütləvi aksiya keçirməsi nə dərəcədə inandırıcıdır" sualını cavablandıran T.Kərimli qeyd etdi ki, Müsavatın mitinq yox, yürüş-mitinq keçirmək haqqında qərar verməklə özlərinin zəifliklərini etiraf etmiş oldular: "Çünki Müsavatdaxili ziddiyyətlər mövcuddur. Yəni daxilən partiya parçalanmış bir vəziyyətdədir. Burada nəinki AXCP-Müsavat bir-birini ittiham edir. Hətta Müsavatın öz içindəki qruplar da bir-birlərini ittiham edirlər. Ona görə də, Müsavatın kütləvi aksiya keçirməsi inandırıcı deyil".

"Qubad İbadoğlu iddia edir ki, hələ də Müsavatı aftoritar qaydada İsa Qəmbər idarə edir. Bu baxımdan demək olarmı ki, mitinq keçirmək təklifi Arif Hacılıdan deyil, bilavasitə İsa Qəmdərdən gəlib" sualına Vəhdət partiyasının sədri bildirdi ki, hazırda İsa Qəmbərin mövqeyi elədir ki, hakimiyyətlə dialoq məsələlərində özünü kənara qoyur: "Sanki bütün məhsuliyyət hissləri yorulub kənara çəkilir. Yəni o, bu obrazı yaradır. Amma hər kəsə məlumdur ki, Müsavat rəhbərliyinə göstərişləri və məsləhətləri İsa Qəmbərin özü verir. Bu da təsadüfü deyil. Hazırda da İsa Qəmbərin özü Müsavat qərargahında oturub".

"Sizcə, müxalifət bu cür aksiyalar keçirməklə onlar düşdüyü böhranlı vəziyyətdən çıxa bilərmi və yaxud da hər hansı bir xarici maraqlı qüvvələrin diqqətlərini özlərinə cəlb edə bilərlərmi" sualını cavablandıran T.Kərimli qeyd etdi ki, müxalifəti təmsil edən şəxslər bu cür aksiyaları keçirməklə heç də düşdükləri böhranlı vəziyyətdən çıxa bilməyəcəklər: "Müxalifət təmsilçilərinin hazırda istəyi özlərinə sosial baza kimi tərəfdaşlar yığmaqdır. Ancaq bu, heç vaxt alınmayıb və alınan da deyil. Xalq birmənalı şəkildə bunlara heç bir dəstək vermir. Amma müxalifət təmsilçiləri bu reallığı görmək istəmirlər. Yenə də yersiz hərəkətlərə əl atırlar. Digər tərəfdən də bu qüvvələr bu cür hərəkətləri ilə xaricdə olan bəzi qüvvələrə də bir mesaj verirlər ki, biz müxalifətik və sizin tapşırıqlarınızı yerinə yetirməyə hazırıq".

GÜLYANƏ

Digər xəbərlər