PDF Oxu

Müxalifət

  • 25

Müxalif partiyalardan yeni qopmalar gözlənilir

Müxalif partiyalardan yeni qopmalar gözlənilir

Əhməd Oruc: "Müxalifət daxili gərgin vəziyyətin yaranmasında günahkar "Milli Şura"da toplaşan qüvvələrdir"

Hazırkı mərhələdə müxalifətdaxili intriqalar getdikcə daha gərgin xarakter almaqdadır. Bu isə müxalif partiyalarda yeni qopmaların baş verəcəyindən xəbər verir. Bunun fonunda Müsavat və AXCP kimi dağınıq vəziyyətdə olan partiyaların aksiyalar keçirməyə iddia etmələri təəccüb doğurur. Azadlıq Partiyasının sədri Əhməd Oruc "Səs" qəzetinə açıqlamasında qeyd etdi ki, müxalifətdaxili münasibətlər normal qaydada olmadığından kütləvi aksiyaların baş tutması inandırıcı deyil: "Müxalifətdaxili gərgin vəziyyətin yaranmasında günahkar "Milli Şura"da toplaşan qüvvələrdir. Onlar iddia edirlər ki, guya onlardan başqa müxalifət yoxdur və yerdə qalanın hamısı qeyri-müxalifətdir. Bu cür bir yanaşma olanda da müxalifətdaxili parçalanmalara səbəb olur".

Partiya sədri onu da bildirdi ki, siyasi partiyalar arasında rəqabət aparmaq olar: "Amma Müsavat və AXCP isə bu rəqabəti daha qabarıq şəkildə aparırlar. Demək olar ki, biri özünü 1990-cı illərin xalq hərəkatının varisi hesab edir. Digəri isə Müsavatın partiyasının varisi hesab edir. Bir sözlə, həm AXCP, həm də Müsavat partiyası eyni platformada eyni ideologiya üzərində dayanıb. Yəni adları çəkilən bu iki partiya eyni platformada olsalar da ayrı-ayrı təşkilatlardır. Ona görə də, müxalifət düşərgəsində xüsusi olaraq da onlar arasında bu cür qarşıdurmalar baş verir".

GÜLYANƏ

Digər xəbərlər