Siyasi Dialoq və İslahatlar Mərkəzi fəaliyyətini dayandırıb. Bu barədəSİA-ya mərkəzin həmtəsisçisi Səxavət Əlisoy məlumat verib.Onun sözlərinə görə, mərkəz tam tərkibdə Azərbaycan Demokratiya və Rifah Hərəkatına (ADR) daxil olub: "Biz mərkəzi yaradanda qarşımıza bir sıra məsələləri həll etməyi məqsəd qoymuşduq. Amma, ADR Hərəkatının yaradılması gündəliyə gəldikdən sonra bütün gücümüzü hərəkatın yaranmasına yönəltdik. Hazırda mən və Adil Qeybulla ADR Hərəkatının sədr müavinləriyik. Ona görə belə qərara gəldik ki, mərkəz tam tərkibdə ADR-ə daxil olsun və fəaliyyətini orada davam etdirsin".S. Əlisoy ADR Hərəkatının hazırkı fəaliyyətindən də danışıb: "Hazırda hərəkat təşkilatlanmaqla məşğuldur. İndi 35 rayonda təşkilatlanma işi başa çatıb. Amma may ayının sonuna kimi daha 60 rayonda hərəkatın yerli qurumlarının yaradılması planlaşdırılır. Ondan sonra fəaliyyətimiz Azərbaycan üzrə təşkilatlanmanı yekunlaşdırmaqdan ibarət olacaq".
sia.az