Ellada Məmmədli: "Arif Hacılı o qədər də zəif düşüncəli biri deyil"
"Müsavat Partiyasından çıxarılanların partiya qərargahına girişlərinə kiminsə qadağa qoymasını təbii ki, düzgün hesab etmirəm. Amma bu informasiya heç də inandırıcı deyil. Əgər belə olsa, bu çox cılız, gülünc bir hərəkət olar". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından uzaqlaşdırılan və hazırda ADR üzvləri olanların partiya qərargahına girişlərinə qadağa qoyulması ətrafında gedən məsələlərə aydınlıq gətirərkən deyib.Ellada Məmmədli partiyanın qurulmasında, yaşamasında illərini sərf edən insanlara qarşı edilən haqsızlıqların kökündə özbaşnalığın dayandığını qeyd edib: "İllərini partiya yolunda sərf edən insanların orada bir bağları, dostları, müqəddəs saydıqları dəyərləri var. Bu nöqteyi nəzərdən bu cür qadağanı hələlik sosial şəbəkələrin şayiəsi sayıram. Arif Hacılı o qədər də zəif düşüncəli biri deyil ki, bu cür ifadələr səsləndirərək, ucuz polemikaya getsin".
sia.az