"Roma Papası və Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı məlum möqeyindən sonra Türkiyənin diqqəti ABŞ prezidentinin ənənəvi müraciətinə yönəlib". Bunu SİA-ya politoloq Alpay Əhmədov deyib.A. Əhmədov hesab edir ki, ABŞ prezidenti ənənəvi müraciətində yenə də soyqırımı ifadəsini işlətməyəcək: "ABŞ prezidenti Barak Obama heç vaxt "erməni soyqırımı" kəliməsini işlətməyib. Ancaq hər dəfə istifadə etdiyi terminlər ermənilərin maraqlarına daha çox cavab verib. Ancaq birbaşa "erməni soyqırımı" ifadəsini dilə gətirməyib. Nəzərə alsaq ki, bu il qondarma "soyqırımı"nın 100 illiyidir, ona görə fərqli mövqe gözləyirəm".Politoloqun sözlərinə görə, qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunan sənədlər deklorativ xarakter daşıyır: "Yəni, bu sənədlərin heç birini əsas gətirərək ermənilər Türkiyədən kompensasiya tələb edə bilməzlər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyan edib".
sia.az