PDF Oxu

Müxalifət

  • 25

Rəsul Quliyevin Rüstəm İbrahimbəyova fırıldağı keçməyib

Rəsul Quliyevin Rüstəm İbrahimbəyova fırıldağı keçməyib

300 min dollar söhbətinin vacib məqamları

2013-cü ilin prezident seçkiləri ərəfəsində yaşanan daha bir olay açığa çıxaraq ictimailəşib. Belə ki, həmin ilin yay aylarında Rusiyanın qaranlıq siyasi dairləri tərəfindən yaradılmış "Milli Şura"nın maliyyə mənbəyini gücləndirməkdən ötrü həmin qurumun Cəmil Həsənlidən öncəki sədri, kinorejissor Rüstəm İbrahimbəyovun Rusiyaya tez-tez səfərlər etməsi çox yəqin ki, yaddaşlardan silinməyib. Həmin vaxtlar həm də "Milli Şura"nın "vahid namizədi" kimi də seçiləcəyi bildirilən Rüstəm İbrahimbəyova müxtəlif mənbələrdən, xüsusilə, baş nazirin sabiq müavini Abbas Abbasovun rəhbərlik strukturlarında təmsil olunduğu "Milyarderlər İttifaqı"ndan da yardımlar edilirdi. Məhz həmin dövrlədə hazırda fəaliyyətinə xitam verilmiş Açıq Cəmiyyət Partiyasının lideri, ABŞ-da mühacirət həyatı yaşayan eks-spiker Rəsul Quliyev də virtual olaraq "Milli Şura"da təmsil olunurdu.

Qabil Rzayev: "Rüstəm müəllim Rəsul Quliyevlə məzələnməyə başladı və ona rədd cavabı verdi"

Ancaq sözügedən olayın maraqdoğurucu məqamlarından biri məhz Rəsul Quliyevin "Milli Şura"ya maddi yardım göstərməsi yerinə, onun Rüstəm İbrahimbəyovdan borc pul istəməsi olub. Hətta o, borcu müəyyən vədlər verərək qarı vasitəsi ilə istəyib.

Bu arada həmin olayı ictimailəşdirən müxalifətyönlü fərd, Avropada yaşayan Qabil Rzayev maraqlı detalları ilə sosial şəbəkədəki hesabında qeyd edib. Onun bildirdiyinə görə, 2013-cü ilin iyul ayında o, dostu İlqar Rzayevlə Moskvaya gedib Rüstəm İbrahimbəyovun prezidentliyə "vahid namizədliyi" üçün fəaliyyət göstərib və həmin ərəfədə daha bir neçə nəfərlə İbrahimbəyovla müəyyən məsələlərdə görüşlər keçiriblər. Məhz həmin ərəfədə Rəsul Quliyev Rüstəm İbrahimbəyova tez-tez zənglər edir, onun "namizədliyini" dəstəklədiyini deyir, müəyyən siyasi xallar toplamağa çalışırdı. Bu baxımdan, o, İbrahimbəyova "dəstək" çərçivəsində müəyyən miqdarda vasait üçün ağız açaraq, sonradan həmin vəsaiti artıqlaması ilə qayratacağına, eyni zamanda, İbrahimbəyovun seçkilərdə "uğur" əldə etməsinə açlışacağına boyun olmuşdu. Qabil Rzayev də həmin məqamların şahidi olduğu üçün bunu belə qeyd edib. Sitat: "Elə bu an İbrahimbəyova bir telefon zəngi gəldi. Rüstəm müəllim telefonu götürdü və mikrafonda Rəsul Quliyevlə danışdı. Biz açıq eşidirdik. Rəsul Quliyev deyirdi: "Rüstəm müəllim siz mənə təcili 300 min dollar təşkil edin, mən də sizə ən qısa zamanda bir-iki milyon göndərəcəm". Telefonun bu tərəfində Rüstəm müəllim, müxtəlif əl və qaş-göz hərəkətləri ilə Rəsul Quliyevlə məzələnməyə başladı və ona rədd cavabı verdi. Bu səhnəyə baxanda "O olmasın, bu olsun" filmində Məşədi İbadla Qoçu Əsgərin dialoqu yadıma düşdü. Rüstəm İbrahimbəyovdan ayrılarkən yanımdakılara dedim ki, nə qədər bu xalq bu parazitlərdən xilas olmayıb, Azərbaycanda müxalifət hakimiyyətə gələ bilməyəcək".

Ac parazitlər yeməyə pul axtarırlar

Göründüyü kimi, Rüstəm İbrahimbəyov Rəsul Quliyevin fırıldaqçı olduğunu dərk edərək, ona 300 min dollar borc verəcəyi zaman, həmin pulların geri qayıtmayacağını yaxşı bilib. Bu baxından, 300 minin guya sonradan 2-3 milyona çevriləcəyi vədi kinorejissoru açmayıb. Ancaq bütün bunlara rəğmən, onu da bildiririk ki, Rüstəm İbrahimbəyov "Milli Şura" yaradılarkən, ortaya atılmış biratımlıq barıt idi. İndi isə həmin qurumda atılacaq barıt belə qalmayıb. Çünki həmin qurumun hay-hayı gedib, vay-vayı qalıb. Hətta bundan sonra "Milli Şura"ya milyon dollar ayrılısa belə, orada mövcud olan süqut faktoru həmin milyonu batıracaq. Necə ki, bu vaxta qədər müxtəlif xarici siyasi dairələrin xərclərini batırdığı kimi. Belə ki, bu gün orada Rəsul Quluyev, Rüstəm İbrahimbəyov kimi parazitlər artıq olmasalar da belə, digər parazitlər hələ də ora-bura qaçışaraq, yeməyə pul axtarırlar.

Mübariz QULİYEV

Digər xəbərlər