PDF Oxu

Müxalifət

  • 19

Adsız dəyirmanda xoruz olur

Adsız dəyirmanda xoruz olur

"Milli Şura"nın səmərəsiz mitinqləri kimə lazımdır

"Milli Şura"nın son mitinqi bu qurumun zəifliyini ortaya qoymaqla yanaşı, müxalifət partiyaları arasında "intriqaların" hələ də davam etdiyini nümayiş etdirdi. Bu azmış kimi, yenə də olmayan elektoratını və yalanlarla dolu növbəti - may ayının 5-ndə mitinq keçirmək istəyində olan "Milli Şura" "Məhsul" meydanında mitinq keçirməyi planlaşdırıb. Doğrusu, bu yerdə atalar sözünü işlətmək yerinə düşür "utanmasan, oynamağa nə var ki". Ancaq "Milli Şura"da nə utanmaq, nə də... Hər keçirilən mitinqin sönük və maraqsız keçməsi bir daha radikal müxalifətin zəifliyini və heç bir gücə malik olmadıqlarını ortaya qoyur. Bir sözlə, müxalifətin 21 illik birlik axtarışı hər dəfə də "suya düşür". Çünki "Milli Şura"nın mitinqi Azərbaycanın radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisidir.

Vəhdət Partiyasının sədri Tahir Kərimli "SƏS" qəzetinə açıqlamasında müxalifətin mitinqinin səmərəsiz və lazımsız olduğunu bildirib: "Siyasi partiyaların missiyasi hakimiyyət uğrunda mübarizədir. Hakimiyyətə gəlmək istəyən siyasi partiylar sosial bazaya malik olmalıdırlar. Bu gün müxalifətin ətrafında kifayət qədər sosial baza yoxdur. Üstəlik müxalifətin özü monolit deyil və bir -birini müdafiə eləmirlər, bir-birinə qarşı səmimi deyillər. Xalq bunu görüb onlara yaxın durmurlar. Mitinq müxalifət arasında əqidə birliyinin olmamasını bir daha üzə çıxardı. Əslində pərdə arxasında olan məsələlər də burda üzə çıxdı. Müxalifət dərs götürdü ki, bu cür ovqatla, bu cür vəziyyətlə arzu elədikləri şəkildə mitinq keçirməyə qadir deyillər. Ona görə də etiraz forması göstərsələr də, kütləvi dəstəyə malik olmadıqaları bir daha ortya çıxdı. Bunlar cəmiyyətə mesaj verdilər ki, hakimiyyət üçün şansı olan qüvvələr deyillər".

Politoloq Qabil Hüseynli isə hesab edir ki, son mitinq əvvəlki kütləvi aksiyalarla müqayisədə qat-qat aşağı səviyyədə olub. Onun sözlərinə görə, "Milli Şura"nın bu aksiyası cəmiyyətdə mitinq haqqında təsəvvürü zəiflətdi.

Politoloq hesab edir ki, son mitinq artıq cəmiyyətin radikal tələbləri qəbul etmədiyini göstərdi: "Ona görə də nisbətən sakit və cəmiyyətin əhval-ruhiyəsinə uyğun hərəkət etmək lazımdır. Çünki Prezident İlham Əliyev iqtidarı ciddi uğurlar qazanmaqla fəaliyyət göstərir. Bu fonda əks şüarlar səsləndirməklə cəmiyyəti öz tərəfinə çəkmək, çox çətindir. Ona görə də hesab edirəm ki, mitinq müxalifətin özü üçün vacib olsa da, cəmiyyət üçün o qədər də lazım deyildi".

Yalanlar və saxta vədlər

Sözsüz ki, bütün deyilənlərə rəcğmən, AXCP sədri Əli Kərimli özünə gəlməli idi ki, bu deyilənlərdən sonra mitinq sözünü dilinə almasın. Ancaq nə deyirsən, kimə deyirsən, "kişinin" oğlu ənənəvi statusla "Milli Şura"nın guya Azərbaycanı "işıqlı" gələcəyə aparmaq uğrunda mübarizəsi haqqında özünəməxsus cəfəngiyyatlardan söz açmaq üçün insanları may ayının 5-də təşkil etmək istədiyi, indidən fiaskoya uğramış mitinqə dəvət edir.

Bu yerdə çox uzaq demirəm, sadəcə yaxın keçmişə, yəni bəzi müxalifət partiyalarının böyük qalmaqalla "Milli Şura"nı yaratdığı vaxtdan bəri ötən dövrə nəzər salsaq, Əli Kərimlinin söylədiklərinin cəfəngiyyatdan başqa bir şey olmadığını aydın görərik. Çünki bu qurum müxalifət tarixinin ən qalmaqallı və eyni zamanda, lax yumurta kimi yararsız çıxmaqla yanaşı, simasızlığını da üzə çıxardı. Qaldı ki, Əli Kərimlinin iddia etdiyi "Milli Şura"nın "izdihamlı" mitinqlərinə. Əvvəlcədən vurğuladığım kimi, utanmadan... Xüsusilə də, Ə.Kərimli "Facebook" statusunda hökumətin radikal silahlı qrupların təzyiqi ilə devriləcəyi barədə sərsəm fikir səsləndirməsinə isə... düzü daha bir söz tapa bilmirəm ki, deyəm ay... Görün, bu adam hansı düşüncənin sahibidir. Ya Əli Kərimli Azərbaycanı Suriya və ya İraqla səhv salıb, ya da 90-cı illərdə hakimiyyətdə olduqları xaos dövrünün ab-havası hələ də başından çıxmayıb. 1992-ci ildə zor gücünə, xalqın deyil, silahların iradəsi ilə hakimiyyətə gələn təsadüfi şəxslər qısa müddətdə ölkədə bütün sahələri kompleks şəkildə iflic vəziyyətinə gətirib çıxardılar. Bütün bunlardan sonra Əli Kərimli hansı mənəvi haqla, hansı üzlə çıxıb bu cür sərsəm bəyanatlar verir və xalqı mitinqə səsləyir?

Amma Azərbaycan vətəndaşları müxalifətin bu addımı özünü məhv olmaqdan qorumaq üçün atdığını bilir. Bu səbəbdən heç kim çağırışlara cavab verməyəcək, bununla da, radikalları dəstəkləmədiyini nümayiş etdirmiş olacaq.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər