PDF Oxu

Müxalifət

  • 52

SÖZÜN QISASI

SÖZÜN QISASI

Görmədiyimiz günləri görürük, həzərat! AXCP sədri Əli Kərimlinin "Milli Şura"sı bir tərəfdən, Müsavatın qeyri-rəsmi başqanı İsa Qəmbərin də "Milli-Strateji Düşüncə Mərkəzi" o biri tərəfdən qondarma "erməni soyqırımı" ilə bağlı Qərbin haqsız və ədalətsiz mövqeyinə qarşı parta-part tədbirlər keçirir, həmin tədbirlərdə "təhtəlşüur" fikirlər, narazılıqlar, hətta notalar qəbul edilir. Millət də fikirləşir ki, əcəba, bu nə naz, bu nə əda?!

Amma burada bir əmmanın olması gərək. Çünkin uzun illərdir ki, erməni dəyirmanına su tökərək, zəhlətökən çax-çaxlar yaradan bu məxluqların hazırkı mövqeyi elə-belə deyil. Məsələn, qarşıdan parlament seçkiləri gəlir və bu günə qədər ermənilərə işləyən Xədicə İsmayıl, Leyla Yunus və s. həbs olunmuş ünsürlərin müdafiəsinə qalxan həmin bu məxluqların indi də durub onlara çörək verən ermənilərin ayaqlarının altını qazımaları, əlbəttə ki, səmimiyyətdən doğan hal deyil. Əmması da budur ki, seçkilərdən-seçkilərə "millətçi-dövlətçi" olan Əli Kərimli, İsa Qəmbər və ətrafındakılar indi də eyni halı yaşamaqdadırlar. Daha dəqiqi, bunlar müvəqqəti dönüb olublar "azərbaycanlı"…

*****

Həəə…Rusiyanın prezidenti Vladimir Putin saxtakar ermənilərin saxtakar yubiley tədbirinə qatılmaq üçün qərar verdi. Ancaq Putin Yerevana getməsinin arxasında elə bir şətr qoyub ki, həmin şərt Sarkisyanın başına rus ayısının qapazı kimi dəyib. Belə ki, Volodya Serjə deyib:

- Serjik, mən sizin qondarma tədbirinizə qatılmaqda tərəddüd edirdim. Ancaq siz ermənilər biz ruslara zamanında və indi də o qədər çuğulluq etmisiniz ki, həmin "əziyyətlərinizi" yerə vurmamaq qərarına gəldim. Lakin bir şərtlə. Bakoya (qondarma "DQR"-in prezidenti Bako Saakyan) de ki, mən olan yerdə görünməsin. Ümumiyyətlə, Dağlıq Qarabağın separatçı lideri mərasimdə gözə görünməməli, mənimlə yanaşı durmamalıdır.

Və beləcə Serjik qalıb yana-yana. Ancaq öz aramızdır, Volodya da az aşın duzu deyil haaa!

*****

Xədicə İsmayılın appelyasiya məhkəməsində xarici kəşfiyyata işləyən "jurnalistin" məhkəmə salonundakı şüşə qəfəsdən çıxmasına icazə verilməyib və bu, Əli Kərimlinin məhkəmədə iştirak edən bör-böcəklərinin xoşlarına gəlməyib. Hətta həmin məsələ dərhal "Azadlıq" qəzetinin səhifəsinə də çıxarılıb. Guya bu qərarın – Xədicə İsmayılın şüşə qəfəsdə mühakimə edilməsi qərarının doğru olmaması iddia edilib.

Amma Xədicənin şüşə qəfəsdə nəyə görə saxlanılmasını soruşmayıblar. Elə isə bilməyənlər bilsin ki, əgər Xədicəni şüşə qəfəsdən çölə çıxarsaydılar, o, uzun müddətdir ki, daxilindəki aqressiv yanğısını Əli Kərimlinin bör-böcəkləri üzərinə atılaraq söndürmək istəyəcəkdi. Onda da deyəcəkdilər ki, Xədicə sonsuz ehtirasını məhkəmədə söndürmək istədi və s. Bax, elə ona görə də Əli Kərimlinin bör-böcəkləri Xədicə İsmayılı şüşə qəfəsdə saxlamaq qərarını verən məhkəmə əməkdaşlarına təşəkkür borcludurlar. Yoxsa o boyda ağır yükün altından kim çıxa bilərdi ki?

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər