Saxta qrantçılıq missiyasının mənfur bir hissəsi
"Milli Şura"nın mart və aprel aylarında keçirdiyi mitinqlərin sifarişli olduğu heç kimdə şübhə doğurmur. Bunu dolayısı ilə özləri də etiraf edirlər. Bu dəfə də mitinq keçirmək haqqında qərara gəliblər və bəyan edirlər ki, "Milli Şura"nın budəfəki mitinqi daha "möhtəşəm" olacaq. Bu qurumun mayın 5-də keçirəcəyi mitinqlə bağlı qısa bir araşdırma apardıq. Ortaya maraqlı məqamlar çıxdı.
Belə ki aprelin 5-də "Milli Şura"nın keçirdiyi mitinqi Marşal Fondu və Demokratiya Milli Himayə Fondu tərəfindən və Norveç səfirliyi tərəfindən maliyyələşdirib. Bu faktdır ki, bəzi beynəlxalq təşkilatlar yalnız hökumətin əleyhinə çıxış edən təşkilatları maliyyələşdirirlər. Qrantlar ayrılan zaman sosial, tarixi, mədəni, yaxud iqtisadi araşdırmalara deyil, birbaşa iqtidara qarşı təzyiq, yaxud müxalifət partiyalarını dolayı yolla maliyyələşdirən layihələr maliyyələşdirilir. "Milli Şura"nın maliyyələşdirilməsi müxalifət funksionerlərinə məxsus QHT-lər vasitəsilə həyata keçirilir.
Təkcə İREX 2006-ci ildən 2013-cü ilə kimi müxalifətyönlü təşkilatlara 730 min manat məbləğində qrant ayırıb. Nüfuzlu donorlar - Açıq Cəmiyyət İnstitutu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), ABŞ Milli Demokratiya İnstitutu, ABŞ Respublikaçılar İnstitutu, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX), Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ), Marşal Fondu,Demokratiyanı Milli Himayə Fondu (NED), Avrasiya Fondu, Beynəlxalq Media Müdafiə Təşkilatı (İnternational Media Support), Böyük Britaniyanın Oksfam Humanitar təşkilatı, ABŞ-ın "Counterpart İnternational" Beynəlxalq Humanitar Təşkilatı, Şərqi Avropa Demokratiya İnstitutu, Avropa Şurası və onlarla beynəlxalq təşkilat və donorlar Azərbaycanda öz nümayəndəlikləri vasitəsilə yerli QHT-lərin layihələrini maliyyələşdiriblər. Azərbaycandakı bir sıra səfirlikləri də bura əlavə etsək, görərik ki, daha çox müxalifət adı altında "casusluq" edən təşkilatlara, dövlətçilik maraqlarına zərbə vurmağa çalışan QHT-lərə ayrılan vəsaitlər daha çoxdur. Məsələn, ABŞ-ın Azərbaycandakı səfirliyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Norveç Krallığının Azərbaycandakı səfirliyi, ATƏT-in Bakı ofisi, Almaniya, Yaponiya səfilrlikləri, habelə Kanada və Avstraliya səfirlikləri.
Bir məsələni qeyd etmək vacibdir. Bir neçə gün bundan öncə İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərovun məhkəməsi zamanı məlum oldu ki, o, Norveç krallığına məxsus təşkilatdan külli miqdarda vəsaitlər alıb, lakin bu vəsaitlərin 157 min manatı tamamilə gizli saxlanılıb, təyinatı bəlli deyil. Qayıdaq əsas məsələyə. "Milli Şura"nın mayın 5-də keçirəcəyi mitinqin maliyyə dəstəkçisi birbaşa Norveç Krallığının azərbaycandakı səfirliyidir. Əldə olunan informasiyaya görə, hansısa müxalfətçi qadına məxsus QHT-nin hesabına külli miqdarda bir neçə dəfəlik ödənişlər edilib, vəsaitin bir hissəsi isə nağd pul şəklində "Milli Şura" rəhəbliyinə çatıdırılıb. Belə ki, 2011-ci ildən bu yana Norveç Krallığı Səfirliyinin ən çox qrant verdiyi şəxs Rəsul Cəfərov olub. Onun həbsi isə səfliriyi əməlli-başlı qıcıqlandırıb. Lakin ortada bir neçə sual yaranır: Birincisi, qeydiyyata alınmayan QHT-nin aldığı qrantların sırf qara piyara sərf olunması, milli maraqların əleyhinə və dövləçilik imicinə zərbə vuran "donosluq" missiyasına xərclənməsi həmin şəxsin məsuliyyətə cəlb olunmasını labüd etmirmi? Və yaxud bu qrantlar siaysi mqəsədlərə sərf olunursa, necə? Eləcə də dövlətə məcburi ödəməli olduğu ödənişlərdən yayınırsa, bəs necə haqq qazandırmaq olar? Həmçinin saxta maaş cədvəlləri vasitəsilə ümumulikdə 120 min manat vəsait yeyilirsə, bu, necə olsun bəs?
Bir maraqlı faktı da qeyd etmək vacibdir. Belə ki, Turqut Qəmbər (İsa Qəmbərin oğlu) qrantlardan ən çox qazanan şəxslərdən biridir. O, müxalifət tərəfindən xarici təşkilatlara göndərilən məlumatları tərcümə edir, bütünlükdə bu prosesdə sonacan iştirak edir. T.Qəmbər hər iki tərəfdən tərcüməçilik fəaliyyətinə görə böyük vəsait alır. Onun əsas vəzifələrindən biri hər gün bir neçə təşkilatın Bakı Ofisini "Azadlıq" qəzetinin gnüdəlik yazıları ilə ingilis dilində ətraflı tanış etməkdir.
Samir