"Le Monde" qəzetinə istinad edən "Azadlıq" özünü də gülüş hədəfinə çevirdi
Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri diqqəti cəlb etməyə bilməzdi. Xüsusilə də, belə bir həssas məqamda. Nə üçün həssas bir məqam? Əvvəla, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. İkincisi, ermənilərin qondarma erməni "soyqırımı" iddiasının iflasa uğradığı bir günə təsadüf elədi. Belə ki, "soqırımı"nın 100 illiyini keçirən Emrənistan qarşı tərəfin-Türkiyənin daha genişmiqyaslı "Çanakkala zəfəri"ni qeyd etməsi çoxunu peşman etmiş oldu. Həmçinin Azərbaycanla-Fransa arasında dostluq münasibətləri var, Azərbaycan və Fransa prezidentləri mütəmadi olaraq səfərlər edirlər. Eləcə də Ermənistandan sonra Azərbaycana edilən səfər ilk hal deyil. Burada "müxalifət" izi axtarmaq sadəcə axmaqlıqdır.
Keçək F.Ollandın bakı səfəri ilə bağlı tirajladığı materiallardan birinə. "Azadlıq" qəzeti yazır ki, "F.Olland Azərbaycanın dövlət başçısı ilə Leyla Yunus məsələsini müzakirə edib". Hətta məqalədən belə anlaşılır ki, guya Olland sırf Azərbaycana L.Yunusa görə gəlibmiş.
Bəs "Azadlıq" qəzeti nə üçün belə bir iddia ilə çıxış edir? Nəyə istinad edir? Fransada dərc edilən "Le Monde" qəzeti belə bir iddia ilə çıxış edib. Oxuculara maraqlı olsun deyə, xatırlatmaq istəyirik ki, "Le Monde" qəzetinin maliyyələşməsinin böyük hissəsini "Human Right Watch" təşkilatı həyata keçirir. Bu qəzet təşkilatın təsiri altında olan mətbu orqanlardan biridir, nə sifariş edilirsə, o da yazılır. Adıçəkilən təşkilatın mahiyyəti, məqsədi, iş prinsipi isə hər kəsə bəllidir. Mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqedə dayanan bu qurumun növbəti absurd iddiası da heç kimdə təəccüb hissi doğurmur. "Human Right Watch"un Fransa bürosunun direktoru Jan-Mari Berden Ollanda da müraciət etmişdi. Müraciətdə deyilirdi ki, Azərbaycandakı siyasi məhbuslar azad edilməyəcəyi təqdirdə, Fransa hökumətinin təmsilçiləri Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməsinlər. Təbii ki, onların "siyasi məhbus" dedikəri ölkədə real cinayət törətmiş şəxslərdir. Əgər onlar cinayətkarların azad edilməyini istəyirlərsə, o zaman öncə Fransa hökuməti öz həbsxanalarının qapısını açsın.
"Le Monde" qəzeti Fransada heç bir nüfuza malik olmayan, sifarişlərlər işləyən mətbu orqandır. Fransa cəmiyyətinin bu qəzetə heç bir rəğbəti yoxdur. Bu qəzeti diqqətlə izləsəniz görəcəksiniz ki, "Le Monde" daha çox problemli siyasətçilər, vergidən yayınaraq həbs edilən iş adamları, vətən xaini adını alan keçmiş casuslar haqqında məlumatlar tirajlayır. Bu qəzetin fəaliyyəti həmişə kölgə altında olub.
Lakin məsələ bununla bitmir. "Azadlıq" qəzetinin də olduqca gülüş doğuran belə bir iddianı istinad edərək tirajlaması bu şəxlsərin nə dərəcədə qeyri-ciddi olduqlarının göstəricisidir.
Samir