PDF Oxu

Müxalifət

  • 958

"Milli Şura"nın növbəti mitinqi daha rüsvayçı sonluqla başa çatacaq

"Milli Şura"nın növbəti mitinqi daha rüsvayçı sonluqla başa çatacaq

Yarandığı zamandan bu günə qədər, dəfələrlə aksiyalar keçirən "Milli Şura"nın göstərdiyi bütün səyləri heçə uğradıqdan sonra, orada cəmləşən siyasi avantüristlər hələ də hansısa "uğurdan", "perspektivlərdən" danışıb, ictimaiyyəti çaşdırmağa yönəldilmiş açıqlamalar verir, "növbəti möhtəşəm mitinq" adı ilə sərsəm çağırışlar edirlər. Radikallar tərəfindən "mitinqlər dalğası" fonunda sərgilənən beş-on nəfərlik mini-aksiyalar ölkənin daxili həyatında heç bir mənada maraq doğurmadı.

Həmçinin, bəlli oldu ki, göstərilən bütün cəhdlər arxasında Əli Kərimli-Cəmil Həsənli kimilərinin müəyyən xarici qüvvələr qarşılığında götürülmüş öhdəlikləri dayanıb. Daha dəqiq desək, zaman-zaman əldə edilən xarici qrantlar şəxsi maraqlar çərçivəsində xərclənib və özlərini müxalifətçi hesab edən sıravi partiya üzvləri, funksionerlər aldadılmağa məruz qalıblar. Yəni tutduqları postlarını əldə saxlamaları üçün, istənilən siyasi maxinasiyalara rəvac verən bu kimi partiya sədrləri öz gələcək talelərindən qorxuya düşüblər. Çünki onların nəinki Azərbaycan xalqına, o cümlədən, sıravi müxalifətçilərə verəcəkləri kifayət qədər hesabları var.

Xüsusilə Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində ortaya düşən və qərəzli beynəlxalq təşkilatların tapşırıqlarının həyata keçirilməsi istiqamətində onlara nökərçilik edən bu "qüvvələr" hələ də nə isə gözləyirlər. Bütün bu rəzilliklərə baxmayaraq, "Milli Şura" adlı qurumun adından çıxış edən AXCP sədri Əli Kərimli uğradıqları 14 aprel mitinqindəki fiksiyasından sonra, yenidən mitinqlər barəsində həmdən-həmə, dəmdən-dəmə danışmağa üz tapır.

Onlar, əslində, çox yaxşı anlayırlar ki, Azərbaycan xalqı dövlətçilik prinsiplərinə sadiqdir və hər bir dağıdıcı addımlara qarşı öz hiddətini bildirə bilər. Müxalifət isə, təbii ki, nəhəng xalq kütləsinin qarşısında dayana bilmək iqtidarında deyil. Məhz buna görə də özlərini "lider", "aparıcı müxalifət partiyasının rəhbəri" hesab edənlər "reputasiyalarını" müəyyən anti-Azərbaycan qüvvələri hesabına sığortalamağa çalışırlar. Bu minvalla isə onlar daha da çökür, iflas mərhələsinin sonuncu fazasına doğru iri addımlarla gedirlər. Uğursuz siyasi manipulyasiyalar isə dağıdıcı müxalifət spektrlərinin tamamilə məhvolma prosesinə təkan verir. Qeyd olunan amillər qarşılığında, istər "Milli Şura"nın, istərsə də, oraya daxil olmayan digər radikal təxəyyüllü partiyaların hər hansı uğurlara imza ata biləcəkləri nəinki inandırıcı görünmür, eləcə də, ictimaiyyətdə onlara qarşı istehza, gülüş tendensiyasını daha qabarıq şəkildə formalaşdırır. Bu, mayın 3-də bir daha özünü sübuta yetirəcək.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər