Oxu daşa dəyən Əli Kərimlinin cəhdi puç olacaq
Özünü "Milli Şura" adlandıran qurum mitinq şousu ilə gündəmə gəlməkdən əl çəkmir. Bununla yanaşı Əli Kərimlinin "Azadlığ"ı da yenə mayın 3-nə planlaşdırdıqları mitinqin əvvəlkilərdən fərqlənəcəyini sübut etməklə yanaşı, nəyi isə cəmiyyətə sırıyaraq, "Milli Şura"nın növbəti keçiriləcək mitinqini az qala dövrün ən nəhəng etiraz aksiyası kimi təqdim etməyə çalışır. Ancaq neyləyəsən ki, bu bədbəxtlər bundan o tərəfi düşünə bilmirlər. Düşünə bilsəydilər, indidən yazmazdılar ki, yenə də iqtidar mətbuatı mitinqə gələnlərin sayını azaltmaqla məşğul olacaq və s. Ancaq "Azadlıq" nədənsə yazmır ki, Əli Kərimlinin protoripi Fuad Qəhrəmanlı qırmızı-qırmızı durub çıxıb jurnalistlərin qarşısına və deyir ki, mitinqə 10 min (???!!!-R) adam qatılacaq və bu mayın 3-də keçiriləcək mitinqdə bir daha görünəcək. Bu, heç də təəccüb doğurmur. Oynun olsun eee, a Fuad, adam danışanda elə yalan danışar ki, heç olmasa bir-iki addım oyana gedə bilsin, daha bu cürənəsini yox, daaa!!! Hər biabırçı mitinqdən sonra belə danışırsan, nə edəsən, o "başdan" bundan artıq nə gözləmək olar.
Elə buna görə də, indi də iqtidar mətbuatı haqlı olaraq bunların iç üzünü açır, bunlar da həmin məsələdən qeyzlənərək, daxillərindəki çirkablarını cəmiyyət, ictimai rəy arasında virus kimi yaymağa çalışırlar.
Dağıdıcı müxalifət miskinliyini növbəti dəfə nümayiş etdirəcək
Dəfələrlə təsdiq olunub ki, sosial bazadan tamamilə məhrum olmuş dağıdıcı müxalifətin çağırışlarını cəmiyyətimiz qəbul etmir. Çünki Azərbaycanın milli maraqlarına qarşı çıxır, antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirir. Ona görə insanlar bu partiyalara etimad göstərmir ki, onlar cəmiyyətə hansısa yenilik təqdim etmək qabiliyyətində deyillər. Amma meydan eyforiyası ilə yaşayan müxalifət başbilənləri bu reallığı dərk etməkdən hələ də uzaqdırlar. Əgər dərk etsəydilər, cəmi bir neçə yüz nəfəri cəlb edə bildikləri aksiyalarla özlərini biabır etməzdilər.
Beləliklə, görünən də budur ki, müəyyən xarici qüvvələrin əlində alətə çevrilərək konkret maddi maraqlara söykənən, bu qüvvələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək naminə ucuz siyasi şoular təşkil etməyə yönəlmiş ölü qurum olan "Milli Şura" fəaliyyəti ilə Azərbaycan cəmiyyətində ikrah hissi yaratmaqdan başqa bir "iş" görməyə qadir deyil. Artıq bu, özünü dəfələrlə sübut edib və belə olan halda növbəti biabırçılığın da mayın 3-də olacağı şübhəsizdir. Çünki hər seçki ərəfəsi aqressiv müxalifətin "birləşməsi", sonra isə bir-birini xəyanətdə ittiham edərək ayrılmaları ilə yadda qalır. Bu dəfə də istisna deyil.
Rəfiqə HÜSEYNOVA