PDF Oxu

Müxalifət

  • 222

Əli Kərimli növbəti dəfə xoflandı

Əli Kərimli növbəti dəfə xoflandı

AXCP sədri daha iki funksioneri partiyadan çıxaracaq, qarşıda isə daha 30 nəfərin istefası gözlənilir

Digər müxalifət partiyalarında olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) da daxili qarşıdurmalar və rəhbərlik strukturlarındakı narazılıq vəziyyəti kritik həddə çatıb. Belə ki, daha öncə partiyanın Sumqayıt şəhər təşkilatında baş vermiş kütləvi istefalar, eləcə də həmin istefaların Sabirabad təşkilatında da davam etməsi, Razi Nurullayevin qovulması, bunun ardınca isə digər rayon təşkilatlarında da Əli Kərimlinin avtoritar idarəçilik prinsiplərinə qarşı edilən etirazlar artıq adıçəkilən siyasi təşkilatın mərkəzi qərargahına da çatıb.

AXCP-nin gənclər komitəsindən məsələ ilə bağlı "SƏS"ə məlumat verən mənbə də istisna etməyib ki, çox yaxın günlərdə, hətta sabah (bu gün-R.R.) qurumdan iki funksioner qovulacaq. Artıq həmin adamların adları da bizə məlum olub. Onlar AXCP Gənclər Komitəsinin gənclər üzrə sədr müavini Dəyanət Babayev və AXCP Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğludur. Bəri başdan qeyd edək ki, hər iki cəbhəsi partiya daxilində etirazçı, yaxud da narazılar kimi tanınmaqdadırlar. Onlar sözdə Əli Kərimlinin idarəçilik sistemini tənqid etməsələr də, sosial şəbəkədə digər adlar altında AXCP sədrinə qarşı ən kəskin çıxışları ilə yadda qalırlar. Bir daha qeyd edək ki, bu məlumat AXCP-dəki mötəbər mənbə tərəfindən verilən xəbərdir.

Onu da bildirmək yerinə düşrədi ki, həm Dəyanət Babayevin, həm də Ağaşirin Tanrıverdioğlunun sosial şəbəkə vasitəsilə Əli Kərimliyə qarşı kampaniya aparmaları ifşa olunduqdan sonra, qarşı tərəf AXCP sədrinə açıq formada ittihamlar irəli sürməyə başlayıblar. Bu isə bir daha sübut edir ki, Cəbhə daxilində baş verən ciddi narazılıqlar Əli Kərimlini xoflandırmağa başladıb.

Mənbə: "Sabah (bu gün-red.) hər iki şəxs partiya sıralarında çıxarılacaq"

Daha bir maraqdoğurucu məqam isə hər iki narazı cəbhəçi funksionerin Əli Kərimliyə düşmən münasibəti sərgiləyən şəxslərin onlara Əli Kərimli barədə kompromatlar səsləndirmək istiqamətində verdikləri təlimatlardır. Çünki daha öncədən də bəllidir ki, Əli Kərimli barədə kifayət qədər çox sayda kompromatlar mövcuddur. Sadəcə, partiyada mövcud olan avtoritar rejim və diktatura amili Kərimlidən narazı olan cəbhəçilərin bu barədə danışmalarına imkan vermir.

Onların partiyadan çıxarılacağı gün də mənbə tərəfindən tam dəqiqliyi ilə göstərilib. Sitat: "Həmin şəxslərin mayın 8-də saat 19:30-da keçiriləcək Nərimanov rayon şöbəsi məclisinin toplantısında çıxarılacağı məlumdur. Rayon rəhbərliyinə bu barədə tapşırıq verilib. Adlarını çəkdiyimiz partiya üzvləri məclisin toplantısına çağırılıb. Məclisdə indiyə qədər iki dəfə yetərsay olmadığına görə, Ağaşirin Tanrıverdioğlu və Dəyanət Babayevin çıxarılması məsələsi ləngiyib".

Beləliklə, mənbə əslində bu şəxslərin iki ay öncədən qovulmasının planlaşdırıldığını söyləyib. O da qeyd edilib ki, rayon şöbəsinin rəhbərliyi həmin şəxslərin çıxarılacağını etiraf edib və tapşırığın yuxarıdan, yəni Əli Kərimli tərəfindən verildiyi bəlli olub.

AXCP sədrini özündən çıxaran cəbhəçi statusu: "Əli Kərimli 25 ildir ki, eyni saqqızı çeynəyir"

Xatırladaq ki, Ağaşirin Tanrıverdioğlu AXCP sədri Əli Kərimli tərəfindən dəfələrlə mükafatlandırılıb. Dəyanət Babayev isə, hazırda üzərində 2,5 il müddətinə şərti cəzası olan cəbhəçilərdəndir. Lakin sonradan Əli Kərimlinin onlardan istifadə etdiyini öyrənən hər iki cəbhə funksioneri artıq uzun illərdir ki, partiyanı yalnız öz şəxsi maraqları üçün istifadə edən AXCP sədrinə qarşı açıq hücuma keçməyə başlayıblar. "Facebook"da həmin statuslardan birini təqdim edirik: "Hər kəs içindən gələni, fikrindən keçəni cəmiyyətə açıq sözlə deyə bilmirsə, gizli qapılar arxasında gedən söhbətlər cəmiyyətə heç bir dəyişiklik gətirməyəcək. 25 ildir ki, eyni saqqızı çeynəyənlər Azərbaycan gəncliyinin taleyi ilə oynamasınlar. İrəli, gənclik! Meydan sizindir!"

AXCP sədri cəbhəçilərin cəbhəçi olmayan insanlarla danışmasını qadağan edib

Lakin bu da son deyil. Əli Kərimli AXCP-də baş qaldıran və hələlik sakit tərzdə davam edən qiyamın çox yaxın vaxtlarda güclənəcəyindən və çərçivədən çıxmasından ehtiyat etməyə başlayıb. Xüsusilə, parlament seçkiləri ilində bu kimi halların davamlı xarakterə keçid alması partiya sədrini demək olar ki, dalana dirəyib. Belə ki, məlumatlı mənbə iddia edib ki, rəhbərliyin əleyhinə olan, eyni zamanda AXCP ilə münasibətləri olmayan şəxslərlə əlaqələri olan, təlimatlar alan bütün fəallar hədəfə götürülüb. Ağaşirin Tanrıverdioğlunun isə "qara siyahı"ya düşməyinə səbəb olan onun gəncləri dəstəkləməsi, rəhbərlikdə onların təmsilçiliyə yer verilməsi ilə bağlı fikirləridir. Artıq hər iki şəxsdən əlavə, daha 30 nəfərə qədər anti-Kərimli cəbhəçinin partiyadan çıxarılacaqları ehtimalı artmaqda davam edir.

Mübariz QULİYEV

Digər xəbərlər