Yaxud Almaniya Bundestaqında erməni canfəşanlığı
Kifayət qədər bəllidir ki, Qərb ölkələrinin bir sıra siyasi rəsmiləri, senat, konqres və parlamentləri öz ölkələrindəki problemləri həll etmək əvəzinə, başqa ölkələrə demokratiya, insan hüquqları, qanunun aliliyi kimi məsələlərdə öz təbirlərincə dərs verməyə çalışırlar. Belə ölkələr bir şeyi unudurlar ki, bəzən onların əsrlər boyu qət etdikləri yolu bəzi ölkələr bir neçə ildə qət edə bilirlər. Məhz bu kimi faktoru nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın mədəniyyətlərarası dialoq, dini və xalqlararsı tolerantlıq və s. bu kimi sahəsindəki uğurları onlar üçün nümunə ola bilər. Artıq tam əminliklə qənaətə gəlmək mümkündür ki, yaxın müddət ərzində Azərbaycan digər sahələrdə də Avropa və ümumilikdə Qərbə nümunə olacaq səviyyəyə yüksəlməkdə davam edir, bundan sonra da yüksələcəkdir.
"Azadlıq" qəzeti Almaniyanın "Yaşıllar" partiyasının mətbu orqanıdır?
Bu arada daha bir ölkənin siyasi dairəsi Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində qərəz mövqeyindən çıxış edərək, əslində öz daxilində baş verən anti-demokratik, eləcə də ksenofobiya və islamofobiya hallarını pərdələməyə çalışıb. Belə ki, Almaniyanın "Yaşıllar" partiyasının Bundestaqa təqdim olunan sənədində Azərbaycan dövlətinə qarşı olmazın ittihamlar yağdırılmış, absdurd iddialar, tamamilə böhtan, şantaj xarakterli məsələlər yer alıb. Eyni zamanda, guya Azərbaycanda "azad və ədalətli seçkilərin keşirilmədiyi", o cümlədən, dövlət idarəçiliyində "avtoritar rejim" olduğu iddia edilən qondarma sənəddə olmazın iftiralar bolluğu ilə seçilib və əslində, bu, ölkəmizə qarşı aparplan ilk qarayaxma kampaniyası da deyil. O cümlədən, burada da erməni lobbisinin canfəşanlığı, pul xərcləməsi, rüşvət verməsi, eləcə də siyasi sifarişin olması inkarolunmazdır. Çünki ortada bütün bu deyilənlərə aid danılmaz faktlar mövcuddur. Məsələn, "Yaşıllar" partiyasının Bundestaqa təqdim etdiyi sənədin müzakirəyə çıxarılması arxasında yenə də illərdir ki, Azərbaycana qarşı yönələn, səlib yürüşü elan edərək birləşmiş xristian klubunun tərkibində yer almış "Sərhədsiz Reportyorlar", "Amnesty İnternational", "Human Rights Watch" kimi şantajçı təşkilatların "hesabatları" dayanır. Hansı ki, onların heç biri bu günə qədər irəli sürdükləri hesabatlarındakı iddialarının doğruluğunu sübut etməyə nail olmayıblar. Bu baxımdan da ilk növbədə Almaniyanın "Yaşıllar" partiyasının həmin qərəzli təşkilatların və erməni lobbisinin göstərilşlərinin əmrlərini yerinə yeriməsi gün kimi aydın görünməkdədir.
Bundestaqa təqdim edilən dırnaqarası layihənin 21-ci bəndində isə guya Azərbaycanda "Azadlıq" qəzetinə qarşı "basqıların" davam etməsi göstərilir. Nə qədər iyrənc və ürəkbulandırıcı görünsə də, həmin bəndə diqqət yetirək. Həmin bənddə deyilir: "Federal hökumət nəzərə almalıdır ki, müxalif qəzet olan "Azadlıq" 2011-2013-cü illərdən başlayaraq diffamasiya qanunundakı normativ məhdudiyyətlər üzündən çoxsaylı təqiblərə məruz qalmaqdadır. Bu qəzetin küçələrdə və metroda satışı üzərində qadağalar qoyulub, "Azadlığ"ın satışından ələn pullar redaksiyaya verilmir, nəşriyyata yaranan borclara görə qəzet tez-tez nəşrini dayandırmağa məcbur olur" (?!-R.N.).
Bildiyimiz qədər, məhz bu amil bilavasitə bir ölkənin digər ölkənin daxili işlərinə qarşıması, müdaxiləsi hesab oluna bilər. Maraqlıdır, nəyə görə "Azadlıq" qəzetinin "problemləri" birdən-birə Almaniyanın "Yaşıllar" partiyasının yadına düşüb? Hansı səbəbdən və nə zamandan Almaniya Bundestaqı Azərbaycan mətbuatı, insan haqları ətrafında müzakirələr aparmaq, qərar vermək iqtidarına malik olub? Məgər "Azadlıq" qəzeti Almaniyanın "Yaşıllar" partiyasının mətbu orqanıdır, yoxsa Almaniya Bundestaqı "Azadlıq" qəzetinin maliyyələşdirilməsi ilə məşğul olduğunu etiraf etmək istəmir?
"Yaşıllar" partiyasının, o cümlədən, Almaniya Bundestaqının erməninin bişirdiyi donuz kababının iyinə doğru getməsi şübhəsizdir
Hər halda Azərbaycan dövləti heç bir alman nəşrində baş verən daxili problemlərlə bağlı heç bir müzakirə aparmayıb, heç aparmaq marağında da deyil. Məhz burada da "Yaşıllar" partiyasının, o cümlədən, Almaniya Bundestaqının erməninin bişirdiyi donuz kababının iyinə doğru getməsi şübhəsizdir. Əgər "Yaşıllar" partiyası adıçəkilən müxalifət qəzetinin vəziyyətindən bu qədər narahatdırsa, buyurub öz nümayəndəsini göndərsin Azərbaycana və mətbuat yayımı köşklərindən ürəyi nə qədər istəyirsə, o qədər də qəzet alıb aparsın Bundestaqa. Həmçinin, demokratiya naminə bəyan etsin ki, əgər Almaniyada hər hansı qəzrtin bir avro olsa belə boru qalarsa, həmin nəşrin çapı dayandırlır! Ancaq "Azadlıq" qəzeti borcu olsa belə, işıq üzü görməsi ilə yanaşı, həm də elektron variantda da işıq üzü görür. Bəs hanı burada axtarılan "antidemokratiya?"
BMT Baş Məclisinin İnsan Hüquqları üzrə Universal Dövri İcmal Qrupu: "Polis idarələrində zorakılıqla üzləşən insanların sayı artıb...Bu kimi hallar korrupsiya üçün münbit şərait yaradır"
Bu sualın cavabı isə belədir. Məsələn, Almaniyanın özündə qardaş millətlərdən hesab olunan türklərə, o cümlədən, digər mühacir müsəlmanlara qarşı irqçilik münasibətləri azalmaq yerinə, daha da güclənib. Bu gün Almaniyada heç bir türk iş adamı sərbəst şəkildə sahibkarlıq fəaliyyəti göstərə bilmir. Üstəlik, alman milliyyətindən olan vətəndaşların özləri də hökumətin korrupsiya əməllərindən sığortalanmayıblar.
Elə də uzağa getməyərək, bir neçə il öncə, Almaniyanın ən nüfuzlu 30 şirkətinin rəhbərləri BMT-nin korrupsiya ilə mübarizə konvensiyasının qəbul olunması xahişi ilə Bundestaqa müraciət etmişdilər. Onlar müraciət məktubunda adıçəkilən konvensiyanın ratifikasiya olunmamasının şirkətlərin nüfuzuna mənfi təsir göstərdiyini bildirmişdilər. Məktubu imzalayanlar arasında "Siemens", "Daimler", "Allianz", "Deutsche Bank", "Commerzbank", "Bayer" və "Metro" kimi şirkət və konsernlərin də adları vardır. Lakin onların bu xahişləri Bindestaq tərəfindən baxılmamış qalmışdı. Çünki həmin tələblər Almaniya hökumətinə sərf etmirdi. Qısacası, ortada korrupsiya əməlləri mövcud olduğu üçün, şirkətlərin tələbləri baxılmamış qalmışdı. Nəyə görə, "Yaşıllar" partiyası bu barədə Bundestaqa müraciətlər etmir?
Artiq neçənci dəfədir ki, BMT Baş Məclisinin İnsan Hüquqları üzrə Universal Dövri İcmal Qrupu da qeyd edir ki, Almaniyada - qitənin ən böyük dövlətlərindən sayılan bu ölkədə irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq konvensiya ratifikasiya olunmayıb. Müsəlman və türk mühacirləri problemlərdən daha çox əziyyət çəkirlər. Polisin özünün törətdiyi cinayətlər çox vaxt cəzasız qalır. Polis idarələrində zorakılıqla üzləşən insanların sayı artıb. Bu kimi hallar korrupsiya üçün münbit şərait yaradır.
Bəlkə "Yaşıllar" partiyası Almaniyanın sabiq prezidenti Vulfun 28 epizodluq cinayət əməllərini də Azərbaycan dövlətinin üzərinə yazsın?
Daha bir fakt. Bir müddət öncə, Almaniyanın Hannover Məhkəməsində ölkənin sabiq prezidenti Kristian Vulfun məhkəməsi başlanılmışdı. Vulf prezident vəzifəsində olarkən korrupsiyaya yol verməkdə ittiham olunurdu. İstintaq müəyyən etmişdi ki, o, Almaniyanın prezidenti vəzifəsində olduğu müddətdə 28 epizod (!-R.N.) üzrə sui-istifadə etməklə cinayətinə yol verib. Bu epizodlardan biri məhkəmənin araşdırma predmeti olub: "Bayerişer Nof" hotelinin əməkdaşları şahidlik ediblər ki, prezidentin həmin mehmanxanada yaşamasının haqqını onun tanışı olan biznesmen ödəyib və bunun əvəzində K. Vulf onun kommersiya layihələrindən birini dəstəkləyib. Bununla da xidməti vəzifəsindən sui-istifadə edən Almaniyanın sabiq prezidentini və həmin biznesmeni 3 ilədək azdlıqdan məhrumetmə cəzası, yaxud böyük məbdəğdə pul cəriməsi gözləyir. Xatırladaq ki, Vulf 2012-ci ilin fevralında vəzifəsindən istefa verməyə məcbur olub. Bu zaman sual olunur ki, bəlkə "Yaşıllar" partiyası Almaniyanın sabiq prezidentinin cinayətlərini də Azərbaycan dövlətinin üzərinə yazsın?
O da əbəs yerə deyil ki, bir çox araşdırmaçı ekspertlər korrupsiyanın vəziyyətinə görə Almaniyanı Nigeriya ilə müqayisə edirlər. Bütün bunlar bugünkü Qərb dünyasının, xüsusilə də Almaniyanın pərdə arxasında gizlədilən reallıqlarıdır.
Yaxşı olardı ki, erməni qazanından birgə şəkildə haram loxma yeyib, Azərbaycana qarşı qərəzlər yürüdən sapı özümüzdən olan tiyələri kor baltalar, eləcə də onlalrın "Yaşıllar" partiyasındakı havadarları öz çirkin əməllərindən əl çəksinlər. Çünki onlar çirkab əməllər törətdikcə, əksinə özləri-özlərinin çirkab bataqlıqlarına batırlar. Onların "demokratiyaları" isə artıq heç vaxt xilas predmeti olmayacaq. Belə ki, ortada olan çoxsaylı ifşaedici faktlar buna imkan verməyəcək. Buna əmin ola bilərlər.
Rövşən NURƏDDİNOĞLU
P.S. 2012-ci ildə, Bakıda "Eurovision" musiqi yarışması öncəsi "Demokratiya naminə musiqi" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmiş millət vəkilimiz Çingiz Qənizadə o zamanlarda da Azərbaycan əleyhinə çxışlar edib, Bundestaqda çığır-bağır salan "Yaşıllar" partiyasının üzvü Volker Bekdən bir neçə sualı cavablandırmasını istəmişdi. Tədbirdən sonra jurnalistlərə açıqlama verən deputatımız alman həmkarına "Siz, Almaniya parlamentinin və "Yaşıllar" partiyasının üzvü kimi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi faktını təsdiq edirsinizmi?" deyə sual edib. Bu sual cavabsız qalıb. Çingiz müəllim, daha bir sual ünvanlayıb: "Erməni işğalı nəticəsində 1 milyona yaxın insanın hüquqlarının pozulmasını necə dəyərləndirirsiniz? Bu iki faktla bağlı şəxsən siz və ya sizin "Yaşıllar" partiyası indiyədək hər hansı bir mövqe nümayiş etdiribsinizmi?" Suallardan yayınan Volker Bekin cavabı isə belə olmuşdu: "Mən münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyam və eyni zamanda Dağlıq Qarabağdakı azlıqların (yəni erməni separatçılarının və terrorçularının-R.N.) hüquqlarının tam təmin edilməsini istəyirəm". Məgər bu cavabın özündə hər nası bir cavab görünmürmü? AXCP-yə məxsus "Azadlıq" qəzetinin Almaniyanın "Yaşıllar" partiyasının da mətbu ruporu kimi çıxış etməsi də dəyərli oxucularımıza hər hansı bir cavabı vermirmi?
Bu həmin "Yaşıllar" partiyasıdır ki, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsi faktını tanımır. Bu həmin "Yaşıllar" partiyasıdır ki, Almaniya Bundestaqında çox kiçik fraksiya olmaqla Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilir.