PDF Oxu

Müxalifət

  • 346

"Milli Şura" arxiv materialına çevrilib

"Milli Şura" arxiv materialına çevrilib

"Müxalifəti düşmən dəyirmanına su tökən qüvvələr rolunda çıxış edir"

Azəbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi bəzi yerli və xarici qüvvələri ciddi narahat edir. İlk Avropa Oyunları ilə bağlı dünyanın diqqətinin Azərbayacan yönəldiyini fürsət bilən məkrli qüvvələr müxtəlif qərəzli hesabatlar yayır, oyunların boykot edilməsi kimi anormal çağrışlarla çıxış edirlər. Hətta Bakıdakı təmsilçiləri rolunda çıxış edən Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və bu kimi digər işbazlar məqsədi və məramı bəlli olmayan aksiyalar planlaşdırmaqla məkrli planların icraçıları olduqlarını nümayiş etdirirlər. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov "Səs" qəzetinə açıqlamasında "Milli Şura" deyilən qondarma qurum ardıcıl araksiyalar keçirməyə cəhd etməsini Azərbaycanda baş tutacaq Avropa Oyunlara ilə bağlı əhali arasında mövcud olan bayram əhval- ruhiyyəsinə zərbə vurmaq cəhdi kimi qiymətləndirdi: "Müxalifət düşərgəsini təmsil edən partiya sədrləri gündəmdə olmaq üçün hər cür vasitə və üsüllardan istifadə edirlər. Planlaşdırılan aksiyalar da çirkin məqsədlərə hesablanan vasitərdəndir".

"Avropa Oyunları öncəsi xarici qüvvələrlə yanaşı yerli qüvvələrin də fəallaşması Azərbaycan əleyhinə təbliğat kampaniyasının eyni mərkəzdən idarə olunduğunu deməyə əsas verirmi" sualına cavab olaraq R.Qonaqov sözügedən qüvvələrin iş birliyinin zaman-zaman mövcud olduğunu bildirdi: "Son illər bu qüvvələrin bir-biri ilə əlaqələri daha da möhkəmlənib. Səbəb də Azərbaycanın qarşıya qoyduğu hədəfləri dəf etməsi, sosial-iqtisadi cəhətdən böyük inkişafa nail olması, hüquqi-demokratik vətəndaş quruculuğuna doğru inamla irəliləməsidir".

"Bütün dünyanın diqqətinin Avropa Oyunları ilə bağlı Azərbaycana yönəldiyi halda Müsavatın, AXCP-nin və digər qrupların Azərbaycan əleyhinə iş aparmaları onların azərbaycanlı olmalarına şübhələr yaratmır ki" sualına cavab olaraq R.Qonaqov dedi: "Azərbaycanın bugünkü uğurları dostu sevindirib, düşməni kədərləndirir. Təəssüf ki, Azərbaycan müxalifəti düşmən dəyirmanına su tökən qüvvələr rolunda çıxış edirlər. Bu hal haqlı olaraq içtimaiyyət tərəfindən qınanılır, tənqid olunur. İlk Avropa Oyunlarının keçirildiyi bir vaxtda xaricdən ölkəmizə qarşı qara piar kampaniyası aparılırsa və daxili qüvvələr rəvac verirsə, əlbəttə, bu, çox acınacaqlı və utanc gətirən bir məsələdir".

GÜLYANƏ

Digər xəbərlər