PDF Oxu

Müxalifət

  • 317

TƏRS BAXIŞ

TƏRS BAXIŞ

Azərbaycanda heç kimin siyasi baxışlarına görə həbs edilməməsi sübut olundu

Və ya Əli Kərimlinin "sahibkarlara dəstək" planı işə yaramadı

Son günlər, xüsusilə ölkəmizdə baş tutacaq I Avropa Oyunları ərəfəsində Azərbaycan dövlətinə qarşı "siyasi məhbus" və s. bu kimi ittihamlar çərçivəsində qara piar və şantaj kampaniyaları aparan bir sıra beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları, o cümlədən, Avropa Parlamenti və digər siyasi dairələr növbəti dəfə danılmaz fakt qarşısında qalıblar. Belə ki, bir sıra iş adamlarının dövlətin onlara olan etibarından sui-istifadə edərək, şəxsi mənfəətlərini artırmaları istiqamətində tötərdikləri bank və maliyyə maxinasiyaları, dələduzluq faktları və nəticədə istintaqa cəlb olunmaları, əslində sübut edir ki, müəyyən siyasi dairələrin məlum ittihamları öz təsdiqini tapmayıb. Daha dəqiqi isə hakimiyyət ölkədə siyasi baxışlarına görə həbslərin aparılmadığına dair danılmaz dəlili ortaya qoymaqla, təxribatçı, şantajçı, sabotajçı və qaragüruhçu dairələrin ümidlərini puça çıxarmış oldu.

Axecepeçibaşının, eləcə də onun ətrafının sözügedən məsələdən dərhal yararlanmaq istəklərinin baş qaldıracağı öncədən də bəlli görünürdü

Bu arada "Milli Şura"nın idarəçiliyini həyata keçirən AXCP sədri Əli Kərimlinin də xarici qüvvələr, həmçinin erməni lobbisinin təlimatlarını ona çatdıran siyasi dairələr qarşısında götürdüyü növbəti öhdəçiliyi fiaskoya uğrayıb. Belə ki, daha öncə "siyasi məhbus" ətrafındakı bənzər mövzular "kontestində" mitinqlər keçirən Əli Kərimli-Cəmil Həsənli cütlüyü bunun səmərəli olmadığını anlayınca, bu dəfə "sahibkarlara dəstək" kimi fürsətcil "kontekst" ətrafında "siyasi gediş" etməyə cəhd göstərdi. İndi də onun fikrincə, guya sahibkarlara qarşı təzyiqlərə başladılıb və Əli Kərimli bu "təzyiqlərdən" dolayı "narahatıymış".

Və əslində, axecepeçibaşının, eləcə də onun ətrafının sözügedən məsələdən dərhal yararlanmaq istəklərinin baş qaldıracağı öncədən də bəlli görünürdü.

Bu, daha çox heyvanlar aləmindən bəhs edən sənədli filmlərindəki çaqqalların, giyenlərin və quzğunların leşə hücum kampaniyasını xatırladır

Həqiqət naminə onu da deyək ki, Əli Kərimlinin bu cür oyunbazlıqları daha bir gerçəkliyi bizlərə xatırladır. Mövzunun dəyərli oxucularımıza daha anlamlı təsir etməsi üçün bir xatırlatmanı etmək yerinə düşərdi. Yəqin ki, bir çoxları müxtəlif telekanallarda heyvanlar aləmindən, faunadan bəhs edən müxtəlif sənədli filmlərə tamaşa edib. Həmin filmlərdə görünən odur ki, ölmüş bir heyvanın leşi çaqqallar, giyenlər (goreşənlər-R.R.) və quzğunlar tərəfindən necə iştahla parçalanır, yeyilir. Məhz bu gün vaxtilə "filankəs oliqarx filan yeri talan etdi, sökdürdü, dağıtdı" ittihamı ilə çıxış edib, hazırda dövlətə ziyan vurduqlarına görə istintaqa cəlb olunan iş adamlarının sağını-solunu baltalayan Əli Kərimli çetesi indi həmin adamların müdafiəçisinə çevrilməkdədirlər. Necə ki, bu kimi hal 2005-ci ildə də baş vermişdi. Həmin vaxt Fərhad Əliyev, Əli İnsanov da hakimiyyətin "oliqarxları" kimi təqdim olunurdu. Ancaq sonradan onlar birdən-birə dönüb oldular radikal müxalifətin bir nömrəli "qəhrəmanları". Yuxarıda qeyd edilən heyvanlar aləminə bənzərlik də məhz bu sıradandır. Hazırda Əli Kərimli, Cəmil Həsənli, eləcə də axecepedəki digər goreşənlər hücum çəkiblər onlar tərəfə düşən oliqarx leşlərinin üstünə və həmin leşlərdən maksimum şəkildə öz xeyirlərinə görə faydalanmağa çalışırlar.

İfşanın kökü, mənbəyi, təməli və isbatı isə budur ki...

Fakt, dəlil də budur ki, Əli Kərimlinin mitinq keçirmək adı altında goreşənlik etməsi, əslində onun özünü və ona təlimatlar verən Qərb siyasi dairələrini, həmin dairələrə bolluca pul xərcləyən erməni lobbisini ifşa edib. İfşanın kökü, mənbəyi, təməli və isbatı isə budur ki, artıq sözügedən faktor Azərbaycanda heç kimin siyasi baxışlarına görə həbs edilməməsi sübut olunub. Əli Kərimlinin "sahibkarlara dəstək" planı isə işə yaramayıb. Beləliklə, mitinq keçirməkdə belə aciz olan Əli Kərimli gah bi məsələ ətrafında, gah da mitinqlərinin bir gün ertələnməsi məsələsi ətrafında uğursuz manipulyasiyalar etməklə, heç nəyə nail ola bilmədiyini, zəifliyini, yararsızlığını dəfələrlə sübuta yetirmiş olub.

Azərbaycan dövləti isə bir daha təsdiq edib ki, bu ölkədə istənilən şəxs cinayət törədirsə, həmin şəxs qanunlar qarşısında cavabdehlik daşıyır. Görünür, Əli Kərimli də buna hazır olmalıdır. Çünki onun da boynunda kifayət qədər qanun pozuntuları mövcuddur...

Rövşən RƏSULOV

P.S. Bu arada, "Milli Şura"nın mitinqin ertələnməsini məsələsini "hakimiyyətin ondan qorxması" kimi əlaqələndirməyə çalışan Əli Kərimlinin goreşənlər çetesinin fəal üzvü Fuad Qəhrəmanlıya da sözümüz var. Əgər o, həqiqətən də hakimiyyətin "Milli Şura"nın mitinqlərindən çəkindiyini bu qədər iddia edirsə, onda arxalandığı "xalq kütləsinə" niyə etibar etmir? Çünki "xalq kütləsi" onların hər bir "çağırışında" dərhal səs verirsə, demək, "Milli Şura" yalnız bazar günü deyil, şənbə günü, hətta bazar ertəsi günü də mitinq keçirmək cəsarətinə malik olar. Bəlkə elə deyil, Əli Kərimli çetesinin baş goreşəni?

Digər xəbərlər