PDF Oxu

Müxalifət

  • 324

Müxalifət ənənəvi ampluasındadır

Müxalifət ənənəvi ampluasındadır

AXCP və Müsavat yetkililəri hələ də, ictimai qınaqdan nəticə çıxara bilmir

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları öncəsi müxalifətin mitinqlərə daha çox həvəs göstərməsi içtimai qınağa, tənqidlərə səbəb olub. Hətta müxalifət düşərgəsində təmsil olunan, ancaq sağlam, konstruktiv mövqeləri, fikirləri ilə tanınan partiya sədrləri də dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir məqamda dağıdıcı müxalifətin mitinqlərə daha çox maraq göstərməsini onların milli maraqlara zidd fəaliyyət yolu tutması kimi dəyərləndirirlər.
Fazil Qəzənfəroğlu: "İlk Avropa Oyunlarının keçiriləcəyi bir zamanda müxalifətin aksiyalar keçirməsi düzgün deyil"
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu:
- Təbii ki, Azərbaycanda ilk Avropa Oyunlarının keçiriləcəyi bir zamanda müxalifətin aksiyalar keçirməsi düzgün deyil. Demək olar ki, indiki ərəfədə elə tədbirlərin keçirilməsinə üstünlük verilməlidir ki, bu ölkənin nüfuzuna hörmət gətirsin. Aksiyaların keçirilməsi isə ölkəmiz üçün vacib olan bir hadisədən diqqəti yayındırmaq məqsədi güdür. Təbii ki, biz də onu təqdir etmirik. Hesab edirəm ki, bu bir konustitusiyon hüquq olsa da insanlar gərək ümumi dövlətin ali mənafeyi üçün bir sıra məsələlərdə daha tədbirli davranmalıdır. Yəni vətənpərvərlik mövqeyindən çıxış etməlidirlər. Təəssüf ki, biz bunun əksini görürük. Söz yox ki, dünya birliyinin diqqəti ölkəmizə yönəldiyi bir məqamda aksiyalara həvəsin göstərilməsi onlara heçdə baş uçalığı gətirən deyil.
Sərdar Cəlaloğlu: "Təntənəli tədbirlər zamanı kütləvi aksiyaların keçirilməsi yolverilməzdir"
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
- İlk Avropa Oyunları öncəsi, eləcə də digər hər hansı bir təntənəli tədbirlər zamanı kütləvi aksiyaların keçirilməsi yolverilməzdir. Əgər müxalifət ədalətli siyasi mübarizə aparırsa o halda Avropa Oyunlarının keçirilməsi müddətində hər hansı bir aksiyalar keçirməməlidir. Təbii ki, aksiyalar keçirmək istəyən müxalifət bununla qanunsuzluğa yol vermiş olur. Yəni həmin qüvvələr ölkə qanunlarına qarşı çıxaraq hörmətsizlik edir. Çünki ölkə qanunlarında açıq şəkildə yazılıb ki, ölkədə hər hansı bir dövlət tədbirlərinin keçirildiyi bir zamanda aksiyaların keçirilməsi yol verilməzdir. Hökümət bu cür aksiyaları keçirmək istəyən qüvvələrə heç vaxt icazə verməməlidir və qanunla da bu aksiyaların keçirilməsinin qarşısını almalıdır. Belə olan halda da heç bir beynəlxalq təşkilatda dövlətə irad tuta bilməz.
Rufiz Qonaqov: "Müxalifətin yersiz aksiyalar keçirmək istəyi yolverilməzdir"
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri
Rufiz Qonaqov
- Müxalifət qüvvələrinin yenidən öz çirkin əməllərindən əl çəkməyərək məram və məqsədi bəlli olmayan aksiyalar keçirmək istəməsi onların xarici təsir altında olduqlarını göstərir. O cümlədən də, demək olar ki, müxalifətin başqa çıxış yolu yoxdur ki, gündəmə gəlsinlər. Yəni, müxalifət Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən bir növ istifadə edərək özünü xarici qüvvələrə reklam etmək istəyir. Amma onların bu niyyətləri baş tutan deyil. Təbii ki, müxalifətin yersiz aksiyalar keçirmək istəyi yolverilməzdir. Haqlı olaraq da müxalifətin bu cür əməllərinin qarşısı alınmalıdır. Qanunlarda buna imkan verir.
Elşən Musayev: "Biz müxalifətə başa sala bilmirik ki, Avropa Oyunlarının keçirilməsi iqtidar adına düzəlnənən tədbir deyil"
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev
- Azərbaycanındağıdıcı müxalifətinin hər zaman əsas məqsədi ondan ibarət olub ki, ölkədə stabillik pozulsun və xoşagəlməz hadisələr baş versin. Müxalifət təmsilçiləri bəzi xarici maraqlı qüvvələrlə məqsədli şəkildə danışıqlara gedərək ictimai siyasi proseslərə əngəl yaratmağa cəhd edirlər. Xüsusilə də bu proses o zaman güclənir ki, qarşıdan hər hansı bir ölkə əhəmiyyətli ciddi bir tədbirlərin keçirilməsi gəlsin. Burada müxalifət deyərkən bütün qüvvələrini daxil etmək olmaz. Biz əsasən radikal müxalifətdən danışırıq hansı ki, onların başında Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı kimi öz millətinə, dövlətinə qarşı pislik etmək üçün əlindən gələni əsirgəməyən "insanlardan" gedir. Hansı ki, bütün güclərini və mövqelərini səfərbər edirlər ki, Azərbaycanın adı alt siyahılarda çıxsın. Yəni Avropanın diqqətini neqativ anlamdan gündəmə gətirsinlər. Bu da təbii ki, həmin insanların və onların rəhbərləri olduqları təşkilatların antimilli xislətindən irəli gəlir. Çünki bu insanlarda Azərbaycan və dövlət sevgisi yoxdur. Bu gün biz müxalifətə başa sala bilmirik ki, Avropa Oyunlarının keçirilməsi iqtidar adına düzəlnənən tədbir deyil. Bu hər birmizin adına alan və düzənənən tədbirdir. Bir sözlə, bunun yaxşısı da, pisidə bizim adımıza yazılacaqdır. Çünki istər iqtidarda, istərsə də müxalifətdə təmsil olunanların hər biri Azərbaycan vətəndaşlarıdır. Bir sözlə, müxalifətin nə etməsindən aslı olmayaraq Azərbaycanda hər şey öz qaydasında gedir və gedəcəkdə. Bu baxımdan əminliklə demək olar ki, Azərbaycanda ilk Avropa Oyunları çox böyük uğurla keçiriləcəkdir.
GÜLYANƏ

Digər xəbərlər