PDF Oxu

Müxalifət

  • 1 782

"Milli Şura"nın "baş tutmayan mitinqi" - səbəb nədir?

"Milli Şura"nın "baş tutmayan mitinqi" - səbəb nədir?

AKTUAL

AXCP sədri Əli Kərimlinin əlində ehtiyat təşkilat kimi nəzərə çarpan "Milli Şura"nın təyin etdiyi mitinq vaxtlarının Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən bir gün öncəyə keçirilməsi qərarı qarşı tərəfi "narahat" etməyə başladıb. Ancaq bu "narahatlıq" heç də boşluqdan yaranmayıb. Çünki onları "narahat" edən əsas məsələ "beşinci kolon" qismində xarici təşkilatlar qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilməmələridir. Yəni mitinqin hansı vaxt, hansı gün və hansı saatda keçirilməsi onları qətiyyən maraqlandırmır. Onları maraqlandıran ölkədə gedən müsbət inkişafi və tərəqqi prosesləri qarşısında süni səs-küy qaldırmaq, bununla da Qərb qarşısında "Azərbaycan müxalifəti əzilir" imitasiyasını yaratmaqdan ibarətdir.

"Beşinci kolon" funksiyasını yerinə yetirən AXCP və onun oyuncağına çevrilmiş "Milli Şura"nın əsas məqsədi bəllidir

Məhz bu baxımdan, mitinq vaxtının bir gün öncəyə çəkilməsi, "Milli Şura"nın isə AXCP egidası altında guya bununla razılaşmayaraq, özlərinin tələb etdikləri vaxta aksiya təyin etmələri (Məsələn, BŞİH onlara mayın 17-də mitinq keçirməyə icazə vermişdi. "Milli Şura" isə bu dəfə mitinqin zamanını dəyişdirərək, ayın 31-nə keçirdiklərini bəyan edib-R.R.) bir sıra məqamları növbəti dəfə ortaya çıxarmış olur.

Söz yox ki, "beşinci kolon" funksiyasını yerinə yetirən AXCP və onun oyuncağına çevrilmiş "Milli Şura"nın əsas məqsədi bəllidir. Bəllidir ki, Qərəbin bir sıra siyasi dairələri tərəfindən radikal müxalifət fəallarının və siyasiləşmiş QHT-lərin dəstəklənməsi, bu təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi, onların köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq cəhdləri ilə bağlıdır. Xüsusilə, I Avropa Oyunları ərəfəsində bənzər hallara cəhd qeyd edilən fikirləri kifayət qədər təsdiq edir.

Reallığı, faktı dərk edə bilməyən insanlar AXCP və "Milli Şura"da kök salıblar

Sağlam düşüncəli ictimai rəyə də məlumdur ki, AXCP və "Milli Şura" başda Əli Kərimli-Cəmil Həsənli cütlüyü ilə birgə artıq uzun illərdir ki, təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan qaragüruç insanların yuvasına çevrilib. Ümumiyyətlə, reallığı, faktı dərk edə bilməyən insanlar da burada kök salıblar.

O cümlədən, Əli Kərimlinin intriqaçı və hay-haraylı nəzarəti altında nəşr olunan "Azadlıq" qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir, onun hər bir səhifəsi dövlətçilik maraqlarına qarşı şantajlarla, sabotajçılıq məqalələri ilə doldurulur. Qısacası desək, Əli Kərimli harada varsa, orada bu cür imic mütləq şəkildə formalaşır.

Rauf Arifoğlu: "Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub"

Elə də uzağa getməyərək, vaxtilə Əli Kərimli və onun nəzarəti ilə işıq üzü görən "Azadlıq"la yaxınlıq etmiş, sonradan isə qaragüruhçuluq prinsipi ilə uğur əldə edilə bilinməyəcəyini dərk edərək, oradan kənarlaşmış "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun bir müddət öncə səsləndirdiyi fikirlərə nəzər salaq: "Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının - siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm".

Bizcə, burada artıq şərhə ehtiyac da qalmır. Lakin hakimiyyəti yersiz şəkildə ittiham edərək, milli mənəviyyat, şərəf, ləyqət, vicdan prinsiplərini ayaqlar altına ataraq tapdalayan, "demokratiya", "söz azadlığı" bağırıb pul qazanan Əli Kərimli geriyə dönərək, özünün rəhbərlik etdiyi qurumun fəaliyyətini qiymətləndirmək istəmir. Fəqət, qiymətləndirməni edənlər görürlər ki, AXCP-nin daxilində vəziyyəti tam parçalanma, vurnuxma, hərc-mərclik kimi səciyyələndirmək olar. Partiyanın üzvlərinin çoxu Əli Kərimlinin və onun qrupunun qəbuledilməz radikalizmindən və barışmaz mövqeyindən, radikal dini qruplaşmalarla əməkdaşlıqdan narazı olduqlarını bildirirlər. Partiyadaxili repressiyalar, partiyadaxili demokratiyanın olmaması, Əli Kərimlinin avtoritarizmi, partiyalararası münaqişələr buna gətirib çıxarıb ki, artıq bu partiya da tam parçalanma mərhələsindədir.

Mitinqlərin keçirilməsi faktının özündən göründüyü kimi, radikal müxalifətin səsini heç kəs boğmur

Bu arada Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrənərək, hazırkı vəziyyət ətrafındakı görüşləri ilə maraqlandıq. ADP sədri sözügedən məsələ ətyrafında fikirklərini bildirərkən hesab edib ki, çoxdan müxalifətdə olan bu adamlar sadəcə çox yorulublar və buna görə özləri kənarlaşmaq istəyirlər. Müxalifət partiyasının sədri də hesab edir ki, "beşinci kolon" zəruri sosial bazadan məhrum olub və buna görə onlara yuxarıdan verilən göstərişləri həyata keçirə bilmir.

Məhz bu kimi amillər baxımından "mitinq" deyə bağıran Əli Kərimlinin daha öncələr keçridiyi aksiyalarını xatırlayaq. "Milli Şura"nın, əslində isə Xalq Cəbhəsi Partiyasının azsaylı tərəfdarlarının şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinqləri kifayət qədər olub. Mitinqin əsas təşkilatçıları Əli Kərimli və Cəmil Həsənli idi. Mitinqlərin keçirilməsi faktının özündən göründüyü kimi, radikal müxalifətin səsini heç kəs boğmur. Onlar öz mitinqlərini maneəsiz keçirirlər. Siyasi ekspertlər də hesab edirlər ki, bu mitinq əvvəlkilərdən heç nə ilə fərqlənmir, tam iflas olur və biabırçılıqla başa çatır.

Beləliklə, bir daha aydın olur ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, paytax Bakı başda olmaqla, Azərbaycanın dünyanın mərkəzinə çevrilməsi və s. faktorlar "beşinci kolon"u pozucu fəaliyyət üçün geniş meydandan məhrum edib.

Artıq bu, bir aksiomaya çevrilməkdədir

Digər tərəfdən, onlar məğlubiyyətlərini daha dərindən dərk edərək, çirkin hücumlara keçməyə başlayıblar. Ancaq yaxşısı budur ki, onlar başa düşsünlər və anlasınlar. Anlasınlar ki, onların aqressiyası özlərinə biabırçılıqdan başqa heç nə gətirməyəcək və nəticədə onlar siyasət səhnəsini tərk etməyə məcbur olacaqlar. Çünki onlara ümid bəsləyən və onların özlərinin ümid bəslədikləri Qərb siyasi dairələri də, əslində "beşinci kolon" kimi özlərinə pul müqabilində nökər götürdükləri radikal müxalifətdən əl çəkmək məcburiyyətində qalacaqlar. I Avropa Oyunlarının baş tutması, möhtəşəm hadisənin yaşanması həm xarici qüvvələrin, həm də sapı özümüzdən olan baltaların sonlarına yekun möhür vuracaq. Artıq bu, bir aksiomaya çevrilməkdədir.

Rövşən RƏSULOV

Digər xəbərlər