PDF Oxu

Müxalifət

  • 2 239

Əli Kərimli, dövlət necə olmalıdır?

Əli Kərimli, dövlət necə olmalıdır?

Yaxud AXCP sədrinin rüsvayçı xisləti hər kəsə bəllidir

Məlum yanğın olayından sonra AXCP sədri Əli Kərimlinin ortaya düşərək, sözügedən hadisə zamanı yaxınlarını itirmiş insanların həmin hallarını özünə dividend qazanmaq qismində istifadə edəcəyi əvvəlcədən də bəlli idi. Çünki onun əlindən onsuz da insani dəyərlərə, insanlıq normalarına cavab verən bir iş gəlmir. Gəlmir ona görə ki, Əli Kərimli "dövlət", "ləyaqət", "şərəf" , "demokratiya" kimi faktorları heç vaxt öz reallığı, gerçək müddəaları ilə anlayan birisi deyil. Siyasi fəaliyyətini "stukaç komsomolçuluq" üzərində, yəni universitetdə təhsil aldığı vaxtlarda, söz aparıb-gətirənlik edərkən qurumuş Əli Kərimlidən onsuz da müsbət mənalı bir iş gözləmək sadəlövhlük olardı. Biz onu hələ xalq hərəkatı dövründə arxa sıralarda gizlənərkən şaghidi olmuşduq. AXC hakimiyyətə gəldikdən sonra isə, Əli Kərimlinin "ulduzu parladı" və o özünü dövlət katibi yerində gördü. Beləliklə, həmin andan hesab etməyə başladı ki, o, artıq "adamdır". Ancaq ətrafdan onun "adamlığa" aid heç bir xüsusiyyəti zatən görünmürdü, əlbəttə ki, bu gün də görünməməkdədir. İctimaiyyət onun xalqı qardaş qırğınına səsləməsini, lideri Əbülfəz Elçibəyə sui-qəsd planını həyata keçirməsini hələ o zamanlardan yaxşı bilirdi. Məhz həmin vaxtlarda Əli Kərimli xisləti deyilən bir fikir formalaşmışdı. Həm müxalifətdə, həm də iqtidarda. İndi də həmin xislət illər keçməsinə rəğmən, həyasızcasına, türklər demişkən, hunharcasına siyasi arenada "cövlan" etməkdə davam edir.

Əli Kərimlinin bu dəfə də "fürsətdən" yararalanmağa cəhd göstərməsi onun murdar simasızlığı ilə yanaşı, həm də daxili çirkablıqlarını ifşa etmiş oldu

Məsələ ondadır ki, Əli Kərimli gah "əsgər ölümünə son", gah "talana son", gah da "yalana son" tipli zəhlətökən bağırtıları ilə KİM deyil, NƏ olduğunu sübuta yetirmiş olub. Bu sübut məhz Binəqədidə baş verən olaydan sonra, insanlar öz dərdlərinə ağladıqları bir vaxta təsadüf edir, təəssüf ki! Dövlətin uzun illər ərzində əzab-əziyyətlərlə qurduğu güclü, müstəqil Azərbaycanı qardaşlıqları erməni lobbisinin qarşısında öz təbirincə, xar etdiyini düşünən Əli Kərimlinin bu dəfə də "fürsətdən" yararalanmağa cəhd göstərməsi onun murdar simasızlığı ilə yanaşı, həm də daxili çirkablıqlarını ifşa etmiş oldu.

Əlində olan media resursundan, sosial şəbəkə vasitəsindən yararlanaraq, xalqı bilavasitə etiraza səsləyən bu üzdəniraq "siyasətçi" guya təlimat verdiyi "Azadlıq" qəzetində çox "əhəmiyyətli", "ağıllı", o cümlədən, "təhtəlşüur arqumentlə" insanlara (hansı ki, insanlıqla onun arasında dağlar qədər fərq mövcuddur) sual edib ki, "dövlət beləmi olur?"

Xalq xatırlayır ki, həmin vaxtlar insanlar yanğın, qəza və s. hadisələrdə deyil, işdən çıxıb evlərinə getdikləri yerdə, bazarlarda, küçələrdə sanki ovlanaraq öldürülürdü

Xalq isə Əli Kərimlinin dövlət katibi olduğu zamankı dövlətin necə dövlət olduğunu yaxşı xatırlayır. Xalq xatırlayır ki, həmin vaxtlar insanlar yanğn, qəza və s. hadisələrdə deyil, işdən çıxıb evlərinə getdikləri yerdə, bazarlarda, küçələrdə sanki ovlanaraq öldürülürdü. Gənclər yollardan tutularaq, hərbi təlim keçməmiş avtobuslara yığılıb birbaşa rus-erməni birləşmələrinin tankları qabağına, özü də beşaçılanlarla göndərilirdi. Bakı başda olmaqla, regionlara əsgər tabutları bir-bir, iki-iki, üç-üç deyil, onlarla, yüzlərlə daşınırdı! Buna etiraz edənlər isə "vətən xaini" elan edilərək, həbsxanalara yollanırdı.

İndi AXCP sədri Əli Kərimli "dövlət beləmi olur?" sualını verməklə, yəni özünü "ağıllı-kamallı" hesab etməklə nə demək istəyir? Guya o, daha dərin "dövlət yönəltmək bilgisi"nə sahibdirmi?! Əsla belə deyil. Əli Kərimli, sadəcə nökər olmağı ilə yanaşı, həm də təlxək kuklasıdır. Onun-bunun əllərinə keçirilmiş iplərin hər biri Əli Kərimlinin boynuna saplanıb. Kim necə istəyirsə, elə də oynadır onu. Bax, budur Əli Kərimlinin verdiyi sualın məntiqi cavabı!

Başı yenə "xəyali dövlət" qurmağa qarışan Əli Kərimli "Azadlıq"da onun barəsində gedən fikrilərə nəzər salmağı unudub, yoxsa sildirərdi

Sonda isə bir neçə maraqlı arqumentə toxunmaq istərdik. Əli Kərimlinin "facebook"dakı ağıllı, "ecazkar" sualı dərhal "Azadlıq" qəzetində gün işığı gördükdən sonra, həmin qəzetin onlayn variantında bir neçə sadə vətəndaş tərəfindən tutarlı suallar qoyulub. Məsələn, Zaur Əliyev adlı oxucu Əli Kərimliyə sual edir. Sitat: "Bəlkə dövlətin necə olmalı olduğunu siz bizə izah edəsiniz? Bir də izah edəndə 2000-ci ildə deputat mandatı alverinin əsasını necə qoyduğunuzu da izah edin, sizdən sonrakılar ikiüzlülüyü öyrənsinlər".

Yaxud daha bir oxucu - Eyyub İmanzadə yazır: "Sizi də gördük necə dövlət idarə etməyinizi, ən azı siz bu haqda danışmayın, Əli Kərimli!

Nədi fikiriniz? Yenə bu milləti kücələrə töküb qardaşı-qardaşa öldürtməkmi? Bu xalq sizi yaxşi tanıyır. Az ikiüzlülük edin, Əli Kərimli! İki cümləni qura bilmediyi halda "dövlət beləmi olur?" deyr. Yox, sizin kimi olur, qardaşı-qardaşa öldürtdüyünüz nə tez yadınzdan çıxıb? Bu insanları küçələrə töküb qırdırdığınız gunlər nə tez yadınızdan çıxıb? Bu Əli Kərimlinin danişmağa nəinki haqqı var, Azərbaycanda yaşamağa haqqı yoxdur!"

Bax, dəyərli oxucular, fakt budur! Yəqin "Azadlıq" qəzetinin onlayn variantına nəzər salmaq Əli Kərimlinin yadından çıxıb. Çıxmasaydı, həmin fikirlri dərhal oradan çıxartdırardı. Görünür, başı yenə "xəyali dövlət" qurmağa qarışıb axecepeçilərin sədrinin...

Rövşən RƏSULOV

Digər xəbərlər