PDF Oxu

Müxalifət

  • 794

Mütrüb "professor" Cəmil Həsənli bir daha bənzər faciələrin yaşanmasını arzu edir

Mütrüb "professor" Cəmil Həsənli bir daha bənzər faciələrin yaşanmasını arzu edir

"Milli Şura"nın sədri Cəmil Həsənli onu dirijor çubuğu ilə idarə edən AXCP sədri Əli Kərimlinin "facebook" virusuna yoluxub. İnsanların faciəsi qarşısında utanıb-qızarmadan siyasi dividend güdən "professor" bu dəfə öz "professionallığını" sosial şəbəkədə göstərməyə cəhd edib. Amma ilk baxışdan da görünür ki, ortada heç bir peşəkar siyasətçi görüntüsü yoxdur. Sadəcə, uğursuz artistlik və ya mütrüblük amili daha çox nəzərə çarpıb. Guya hadisədən dolayı hər kəsdən "ağıllı" olduğunu sübut etməyə çalışan mütrüb "professor" nala-mıxa vurmaqla, məlum hadisə ətrafında öz "versiyalarını" irəli sürüb və baxın nə alınıb!

Demək, adicə yanğınsöndürən sözünü öz dilində yazmayaraq, insanların faciəsi ətrafında istehza (!!!-R.) xarakteri yaradan Cəmil Həsənlinin həmin sözü "pajarnı" kimi qələmə alması, onun həqiqətən də nə qədər düşük, səviyyəsiz və qeyri-ciddi fərd olduğunu sübuta yetirir.

Məsələn, növbəti hadisələrin baş verməməsi üçün dövlət bütün önləyici tədbirləri gördüyü halda, Cəmil Həsənli "sübut etmək" istəyir ki, sən demə bu səhv addımdır. Demək belə çıxır ki, "Milli Şura"nın sədri əslində bir daha bənzər faciələrin yaşanmasını arzulayır. Çünki fakt budur ki, dövlət növbəti dəfə bu kimi hadisələrin yaşanmaması üçün önləyici tədbirlər alarkən, binalardakı örtüklər sökülərkən, digər bunaların qarşısında yanğınsöndürən maşınlar növbə çəkərkən, Cəmil Həsənlinin "ideyasınca", bu, olmamalıymış. Yəni o, dolayısı ilə yenidən həmin hadisələrin yaşanmasını cani-dildən arzulayır. Özü də mütrüblük edərək, insanların yaşadıqları faciə üzərində! Sözün qısası, Mirzə Ələkbər Sabir demişkən, "Mən çəridəm dolmaq üçün mətləbi uzatmışam…"

*****

Əli Kərimli indi də xalqa "vətəndaş" statusu verməyə başlayıb

AXCP sədri Əli Kərimli indi də yazır ki, sən demə o, (nədənsə o, həmişə özünü "biz" kimi təqdim edir. Guya o, "xalqdır". Amma özü də yaxşı bilir ki, xalqın ondan zəndeyi-zəhləsi gedir-R.) səsini çıxarmadıqca, hər hansı hadisələr davam edəcək. Sitat: "Biz səsimizi qaldırmadıqca, etiraz etmədikcə, vətəndaş olmadıqca belə də davam edəcək".

Birincisi, əgər Əli Kərimlinin səsi özünə bu qədər xoş gəlirsə, gecələr Samarasını yanında otuzdurub, siyasi moizələrini onun üçün oxusun.

İkincisi isə demək belə çıxır ki, kim Əli Kərimlinin zəhlətökən mitinqinə qatılmırsa, vətəndaş deyil, yox, əgər qatılırsa, həmin damlar AXCP sədrinin gözü qarşısında dönüb olur "vətəndaş". Gör bunlar, yəni Əli Kərimli və onun özünəbənzər ətrafı nə qədər həyasızlaşıblar ki, artıq xalqa vətəndaşlıq statusu verməyə də cürət edirlər. Hansı ki, bunların özlərinin xalq amilinə heç bir aidiyyatları belə yoxdur. Əli Kərimli və onun çetesi, sadəcə, xalq üçün bir əski (nə əskisi olduğunu isə özləri müəyyən etsinlər-R.) parçasıdır. Ona görə də Əli Kərimlinin "Milli Şura"nın 31 maya təyin etdiyi mitinqinə gedilməyəcək. Sözün qısası, o, buna əmin olsun!

*****

Vurğun Əyyub ortada qalıb

İndi bilinmir ki, Vurğun Əyyub müsavatçıdır, yoxsa müsavatçı deyil. Çünki bir neçə gün öncə Müsavat partiyasının Binəqədi rayon təşkilatı onun istefa qərarını ləğv edərək, yenidən partiya sıralarına qaytarılması barədə qərar qəbul etmişdi. İndi isə təşkilatın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı və nəzarət-təftiş komissiyasının sədri Sevinc Hüseynova deyir ki, Vurğun Əyyubun Müsavat partiyasına bərpası ilə bağlı Binəqədi rayon təşkilatının şurasının adından çıxarılan qərar araşdırılaraq ləğv olunacaq. Ortaya qoyulan "fakt" isə nizamnamə pozuntusudur. Əcəba, Vurğun Əyyub deyirdi ki, onun partiyadan çıxarılması nuzamnaməyə uyğun deyil, ona düşmən kəsilənlər isə deyirlər ki, yox, Vurğun Əyyubun partiya sıralarına qəbul olunması barədə Binəqədi rayon təşkilatının verdiyi qərarın özü nizamnamə pozuntusudur. Beləliklə, Vurğun Əyyub nə yerdə qalıb, nə də göydə. Vurğun Əyyub qalıb ortalıqda. Əgər bu gün Müsavatda bu partiyanın yaradıcılarından hesab olunan kəs ortada qalıbsa, gör o birilərin vəziyyəti nə haldadır. Yaxşı olardı ki, Müsavat nizamnaməyə partiyanın buraxılması üçün müddəa əlavə etsin və məsələ birdəfəlik qapansın. Yoxsa nəyə lazımdır bu qədər həngamə? Odeyy, Müsavatdan istefa vermiş və istefaya göndərilmişlərin hamısı gül kimi ADR-də toplaşıblar. Getsinlər müsavatçılıq ideologiyasını elə oradaca təbliğ etsinlər. Sözün qısası, Arif Hacılı-İsa Qəmbər və s. adamlardan bir şey çıxmaz, əttövbə çıxmaz!

RÖVŞƏN

Digər xəbərlər