*****
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının təşkilati məsələləri şöbəsinin müdiri Ağaşirin Tanrıverdioğlu partiyadan çıxarılmasını çox vacib məqamlarla uzlaşdırıb. Məsələ ondadır ki, partiyanın müşavirəsində Tanrıverdioğlunun partiya sıralarından çıxarılması üçün daha çox canfəşanlıq edənlər Əli Kərimlinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı olub. Sitat: "Həmin iclasda Gözəl Bayramlı qeyri-qanuni yolla müşavirəni məclisə çevirdi. Heç bir əsas olmadan Əli Kərimlinin göstərişi, Fuad Qəhrəmanlı və Gözəl Bayramlının təkidi ilə məni partiyadan çıxarılar".
Lakin ortada daha bir maraqdoğurucu nüans peyda olub. Çıxarılan şəxs deyib ki, onun partiyadan kənarlaşdırılmasına səbəb onun Fuad Qəhrəmanlını bir çox məsələlərdə ittiham etməsidir. Məsələn, Fuad Qəhrəmanlı axecepeçilərə kəskin göstəriş verdi ki, "Milli Şura"nın mitinqlərdə Cəmil Həsənlinin deyil, Əli Kərimlinin adı daha çox çəkilsin, "Əli bəy!" kəlməsi "Cəmil bəy!" kəlməsini boğsun. Bunun isə səbəbi var. Belə ki, Əli Kərimli "Milli Şura"nın sədri olmaq istəyir və partiyada sədrliyi Fuad Qəhrəmanlıya vermək üçün plan cızıb. Tanrıverdioğlu isə həmin plandan xəbərdar olduğu və onu ifça etdiyi üçün təşkilatdan dərhal qovulub. Yəni Əli Kərimlinin göstərişi ilə çölə atılıb.
Fəqət, şikayətçi deyib ki, o, AXCP-ni məhkəməyə verəcək və Əli Kərimli başda olmaqla, oraya sərf etdiyi 25 illik haqqını da tələb edəcək. Təbii ki, bu, onun öz işidir və onsuz da Əli Kərimlini bir çoxları məhkəməyə verib. Məsələn, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, baş bayraqdar Elman Türkoğlu və s. Məhkəmənin hansı qərar çıxaracağı bizlik deyil. Bizlik olan budur ki, Əli Kərimli zatən heç vaxt kişi kimi mübarizə aparmayıb. Onun apardığı "mübazirə" məhz buna bənzər hallardan ibarət olub. Yəni Əli Kərimli ən azından ömründə bir dəfə də qarşı tərəfin haqlı olduğunu qəbul edərək, Cəmil Həsənlidən yalnız əl kağızı kimi iistifadə etdiyini, indi isə həmin əl kağızını zibilə tullamaq istəməsini etiraf etməliydi. Nəinki 25 il ömrünü AXCP-də çürütmüş bir insanı oradan qovmaqla! Bax, məsələ də bundadır daaa! Yəni məsələ sosikada deyil...
*****
Görək, "Milli Şura" bu dəfə hansı hoqqadan çıxacaq
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) "Milli Şura"nın 30 may tarixinə təyin etdiyi mitinqə icazə verib. Əslində, BŞİH hər zaman, yəni heç bir bəhanə gətirmədən müxalifətin mitinqlərinə icazə verir və burada növbəti dəfə təsdiq olunur ki, ənənəvi müxalifət yetkililəri mitinqdən öncə, keçirəcəkləri aksiyalarının rüsvayçı sonluqla nəticələnəcəyindən agah olduqları üçün müxtəlif bəhanələr quraşdırırlar. Bununla da Qərb ağaları qarşısında çullarını sudan quru çıxarmağa çalışırlar. Məsələn, Müsavat partiyası mitinq keçirmək adı ilə küçə yürüşü keçirmək istədi və BŞİH buna ona görə icazə vermədi ki, həmin saatlarda aksiyanın keçirilməsi yollarda gediş-gəlişə mane olacaq. Ancaq mitinqin keçirilməsinə icazə verildi. Müsvat isə dərhal iki ayağını bir başmağa dirəyərək, guya "söz və demokratiya azadlığının, sərbəst toplaşma azadlığının" pozulması ilə bağlı bağırtı şousu düzənlədi.
Eləcə də "Milli Şura" hətta onlara mitinqin keçirilməsi, icazəsi verilsə belə müxtəlif klounluqlar vasitəsilə yaxasını cırıb, başını yarmağa başladı. Amma bu da işə yaramadı. Adama deyərlər ki, mitinq keçirmək istəyən onu istənilən yerdə və istənilən saatda keçirə bilər. Hətta AXCP sədri Əli Kərimlinin villasında, ya da "Milli Şura" sədri Cəmil Həsənlinin evində. O cümlədən, ağac başında da.
İndi görək, bu dəfə hansı hoqqalardan çıxacaqlar. İnanmırsınızsa, sabahda, birigündə özünüz görəcəksiniz həmin hoqqaları. Bu mən, bu da siz!
*****
Xarici siyasət "Eurovision"la ölçülmür və ya "Azadlığ"ın siyasi bisavadlıq "hökmü"
Onun-bunun imzası ilə, yəni müxtəlif psevdonimlərlə məqalələr yazan və Əli Kərimlinin avtoritar idarəçilik nəzarəti altında dərc edilən "Azadlıq" qəzeti bisavadlıq reallığı ilə növbəti "qətiyyətli hökm" çıxarıb. Sən demə, "Eurovision"da ölkə təmsilçimizin uğur qazanmamasına səbəb, yəni ilk onluğa düşməməsi "uğursuz xarici siyasət kursu" ilə bağlıymış (??!!-R.) Çox gülünc və hətta bişmiş tabaka toyuğunu belə güldürən bu kimi sərsəm iddia, əlbəttə ki, yalnız Əli Kərimli tərəfindən irəli sürülə bilər. Amma gəlin görək, bu gülünc iddia nə qədər "əsasa" söykənə bilər?
Bu səbəbdən Əli Kərimlinin "Azadlığ"ına bir neçə sual:
1. 2011-ci ildə Azərbaycan "Eurovision" müsabiqəsini qalib kimi tərk edərkən, 2012-ci ildə isə həmin yarışmaya ev sahibliyi edərkən, həmin bu Əli Kərimli daş atıb, başını tutmuşdu ki, bəs bu "kürü diplomatiyasının" nəticəsidir. Əgər Azərbaycanda "kürü diplomatiyasl" mövcuddursa, nəyə görə biz bu dəfə də qalib olmadıq və bunun xarici siyasətə nə dəxli var?
2. "Eurovision" bir musiqi yarışmasıdır və Əli Kərimlinin "Azadlığ"ı 2012-ci ildə də bu yarışmanı maksimum şəkildə gözdən salmağa cəhdlər göstərirdi. İndi hansı səbəbdən, "Eurovision" AXCP sədrinin və "Azadlıq" qəzetinin gizli baş redkatorunun gözündə "xarici siyasət" predmetinə çevrilərək məşhurlaşdı?!
3. Əli Kərimli, səy-səy "proqnozlar" irəli sürəmkdənsə, yaxşısı budur ki, gedib "Milli Şura"nın mitinq səhnəsində Qərb suflyorlarının öyrətdikləri çıxışları əzbərlə. Çünki biz də həmin çıxışları səbirsizliklə gözləyirik ki, baxaq, dinləyək və doyunca gülək. Biz güləməyə hazırıq, bəs sən güldürməyə hazırsanmı?
4. Bəlkə burada son illər Azərbaycana qarşı başladılmış İSLAMOFOBİYA faktoru daha çox görünür, nəinki sənin (Əli Kərimlinin-R.) sərsəm iddiaların fonunda?
RÖVŞƏN