30 mayda keçiriləcək mitinq "Milli Şura"nın sonunu tezləşdirəcək
Mayın 30-da keçirmək istədiyi növbəti aksiyasını can verməkdə olan "Milli Şura"nın sonuncu akkordu da hesab etmək olar. Çünki onların təbirincə, keçirmək istədikləri "mitinq", əslində, mitinq yox, adi bir aksiya təsiri bağışlayan bu "qışqır-bağır" qondarma şurada cəm olan aqressiv müxalifət patiyaları arasında dərin kök salmış siyasi nifaqı, onların bu yolda bir addımlamalarının qeyri-mümkünlüyünü və ən əsası, sosial baza və elektoratdan tam məhrum olduqlarını bir daha ətraflı nümayiş etdirəcəyi labüddür. Çünki yenə də eyni adamlar, şüarlar. Bu mitinqdə də "siyasi məhbus" məsələsi ətrafında maxinasiyalar edərək, xarici təşkilatlar qarşısında xal qazanmağa çalışan ənənəvi müxalifət təşkilatları növbəti qrant həvəsindən yan keçə bilmədiklərini açıq şəkildə sərgiləməkdədirlər.
Ümumiyyətlə, dağıdıcı müxalifət əvvəllər də keçirdiyi icazəli və ya icazəsiz aksiya ilə nə qədər miskin vəziyyətdə olduğunu nümayiş etdirib. Dəfələrlə təsdiq olunub ki, sosial bazadan tamamilə məhrum olmuş ifrat radikal müxalifətin çağırışlarını cəmiyyətimiz qəbul etmir. Müxalifətin radikal qanadı sosial bazadan ona görə məhrum olub ki, Azərbaycanın milli maraqlarına qarşı çıxır, antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirir. Ona görə insanlar bu partiyalara etimad göstərmir ki, onlar cəmiyyətə hansısa yenilik təqdim etmək qabiliyyətində deyillər. Amma meydan eyforiyası ilə yaşayan müxalifət "başbilənləri" bu reallığı dərk etməkdən hələ də uzaqdırlar. Əgər dərk etsəydilər, cəmi bir neçə yüz nəfəri cəlb edə bildikləri aksiyalarla özlərini biabır etməzdilər. Ancaq neyləyəsən, həmin adamlar həyasızlığın... Daha dəqiq desək, mitinq bəhsə-bəhsi isə keçirəcəkləri, sadəcə sirk tamaşasıdır, başqa heç nə...
"Milli Şura"nın səmərəsiz mitinqləri kimə lazımdır
Bu azmış kimi, yenə də olmayan elektoratını və yalanlarla dolu növbəti - may ayının 30-da mitinq keçirmək istəyində olan "Milli Şura"nın səmərəsiz mitinqləri kimə lazımdır? Görünür, özlərindən başqa heç kimə. Bir sözlə, müxalifətin 21 illik "birlik" axtarışı hər dəfə də "suya düşür". Çünki "Milli Şura"nın mitinqi Azərbaycanın radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisidir.
ASDP sədri Araz Əlizadə də "SƏS" qəzetinə açıqlamasında müxalifətin mitinqinin səmərəsiz və lazımsız olduğunu bildirib: "İzah etməyə ehtiyac yoxdur. Bu bədbəxtlər 22 ildir ki, hakimiyyət uğrunda mübarizə aparır, ancaq o başla o adamlarla ismtəkləri ürəklərində qalır. Bir də hakimiyyətə gəlmək istəyən siyasi partiylar sosial bazaya malik olmalıdırlar. Bu gün bu adamların sosial bazası olmamaqla yanaşı, üstəlik müxalifətin özü monolit deyil. Xalq bunu görüb, onlara yaxın durmur. Hər dəfə keçirmək istədikləri mitinq və ya aksiyalarla cəmiyyətə mesaj verirlər ki, hakimiyyət üçün şansı olan qüvvələr deyillər".
Politoloq Qabil Hüseynli isə hesab edir ki, son mitinq əvvəlki kütləvi aksiyalarla müqayisədə qat-qat aşağı səviyyədə olub. Onun sözlərinə görə, "Milli Şura"nın bu aksiyası cəmiyyətdə mitinq haqqında təsəvvürü zəiflətdi.
Politoloq hesab edir ki, son mitinq artıq cəmiyyətin radikal tələbləri qəbul etmədiyini göstərdi: "Ona görə də nisbətən sakit və cəmiyyətin əhval-ruhiyəsinə uyğun hərəkət etmək lazımdır. Çünki Prezident İlham Əliyev iqtidarı ciddi uğurlar qazanmaqla fəaliyyət göstərir. Bu fonda əks şüarlar səsləndirməklə cəmiyyəti öz tərəfinə çəkmək, çox çətindir. Ona görə də hesab edirəm ki, mitinq müxalifətin özü üçün vacib olsa da, cəmiyyət üçün o qədər də lazım deyildi".
Yalanlar və saxta vədlər
Sözsüz ki, bütün deyilənlərə rəğmən, AXCP sədri Əli Kərimli özünə gəlməli idi ki, bu deyilənlərdən sonra mitinq sözünü dilinə almasın. Ancaq nə deyirsən?! Kimə deyirsən, "kişinin" oğlu da "kor tutduğun buraxmadığı" kimi ənənəvi statusla "Milli Şura"nın guya Azərbaycanı "işıqlı" gələcəyə aparmaq uğrunda mübarizəsi haqqında özünəməxsus cəfəngiyyatlardan söz açmaq üçün insanları may ayının 30-da təşkil etmək istədiyi, indidən fiaskoya uğramış mitinqə dəvət edir.
Bu yerdə Əli Kərimlinin iddialarına... Əvvəlcədən vurğuladığım kimi, utanmadan... Xüsusilə də, Ə.Kərimlinin sərsəm fikirlərinə... düzü daha bir söz tapa bilmirəm ki, deyəm ay... Görün, bu adam hansı düşüncənin sahibidir. Ya da Əli Kərimlinin 90-cı illərdə hakimiyyətdə olduqları xaos dövrünün ab-havası hələ də başından çıxmayıb. 1992-ci ildə zor gücünə, xalqın deyil, silahların iradəsi ilə hakimiyyətə gələn təsadüfi şəxslər qısa müddətdə ölkədə bütün sahələri kompleks şəkildə iflic vəziyyətinə gətirib çıxardılar. Bütün bunlardan sonra Əli Kərimli hansı mənəvi haqla, hansı üzlə çıxıb bu cür sərsəm bəyanatlar verir və xalqı mitinqə səsləyir?
Amma Azərbaycan vətəndaşları müxalifətin bu addımı özünü məhv olmaqdan qorumaq üçün atdığını bilir. Bu səbəbdən heç kim çağırışlara cavab verməyəcək, bununla da, 30 mayda keçiriləcək mitinq "Milli Şura"nın sonunu tezləşdirəcək.
Rəfiqə HÜSEYNOVA