PDF Oxu

Müxalifət

  • 34

Rusiya Ermənistandan imtina edir

Rusiya Ermənistandan imtina edir

Elşad Mirbəşiroğlu: "Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidə maraqlıdır "

Ermənistanın işğalçılıq siyasətinin uzanması beynəlxalq gücləri, eləcə də həmsədr ölkələri ciddi addımlar atmağa məcbur etməkdədir. Artıq bəzi xarici KİV-lər, eləcə də Rusiya mətbuata rəsmi Moskva ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşma əldə olunduğunu qeyd edib. Xüsusilə də, bu iddialar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfəri və bu səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü daha da möhkəmləndirib. Hətta S.Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli rəsmi Moskvanın xarici siyasətinin başlıca proritetlərindəndir. Politoloq Elşad Mirbəşiroğlu bizimlə söhbətində bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin birbaşa Rusiyadan asılı olması heç kimdə şübhə doğurmur: "Rusiya bu prosesdə əsas iştirakçıdır. Rusiya xarici işlər nazirinin də bu cür bəyanatı yeni bir hadisə deyil. Ümumiyyətlə, Rusiyanın xarici işlər naziri dəfələrlə qeyd etib ki, Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidə maraqlıdır. Amma məsələ burasındadır ki, Rusiyanın Ermənistana kifayət qədər təsir etmək imkanları mövcuddur. Lakin biz nə Rusiya tərəfindən, nə də ki, münaqişənin tənzimlənməsi prosesində iştirak edən digər tərəflərdən işğalçılıq siyasətini həyata keçirən Ermənistana qarşı hər hansı bir təzyiq etmələrini görməmişik. Rusiya xarici işlər nazirinin indiki dönəmdə bu məsələyə diqqət yetirməsi müəyyən təhlillər aparmaq üçün əsas verir. Belə ki, Rusiya hesab edir ki, Azərbaycanın hesabına Avrasiya İqtisadi İttifaqını gücləndirə bilər. Bu birincisi Azərbaycanın siyasi və iqtisadi çəkisinin beynəlxalq miqyasda obyektiv qiymətləndirildiyindən xəbər verir. İkinci bir tərəf isə Azərbaycanla Rusiya arasında əməkdaşlıq yeni müstəviyə qədəm qoyarsa, təbii ki, Rusiya onun üçün çox asan olan Dağlıq Qarabağ problemini həll edə bilər".

Politoloqun sözlərinə görə, Rusiya tərəfi dərk edir ki, Azərbaycan onun üçün Ermənistandan qat-qat gərəkli tərəfdaşdır: "Təbii ki, Rusiyanın regionda mövqelərinin möhkəm olması onun Azərbaycanla əməkdaşlıq səviyyəsindən birbaşa asılıdır. Bununla belə beynəlxalq birliyin Ermənistanın işğalçılıq siyasətinə cavab olaraq iqtisadi və siyasi cəza üsulundan istifadə etməməsi qəsibkar dövləti daha da arxayın salıb. İşğalçı ölkə hər vəchlə Dağlıq Qarabağ münaqişəsini həllində status-kvonun saxlanmasına çalışır. Ermənistana qarşı dünyanın güc mərkəzləri təzyiqlər göstərməklə, konkret olaraq, sanksiyalar tətbiq etməlidirlər ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına əməl etsin".

GÜLYANƏ

Digər xəbərlər