PDF Oxu

Müxalifət

  • 351

ƏLİ KƏRİMLİNİN MİTİ(Lİ)NQİ...

ƏLİ KƏRİMLİNİN MİTİ(Lİ)NQİ...

"Milli Şura"nın artıq bir neçə həftədir ki, mitinq keçirmək adı altındakı simulyasiyaları nəticəsiz qaldı. Yəni AXCP-nin sədri, eləcə də "Milli Şura"nın qeyri-rəsmi sədri Əli Kərimli sonunda böyük bir "minnət" və "sünnətlə" mitinq keçirməyə razılıq verdiklərini (?!-R.) bəyan etdi.

Təbii ki, "facebook" səhifəsində "xalqın gününə ağlayan" AXCP sədri yenə də faciə üzərində öz "siyasətini" yürütməklə, əslində növbəti dəfə hansı kateqoriyalı "adam" olduğunu sübuta yetirmiş oldu. Əslində, arayıb-araşdırdıqca, biz Kərimlinin hətta ən aşağı kateqoriyalı, yəni ləyaqəti, şərəfi, vicdanı olmayan fərdlərə belə aid olmadığını çoxdan müəyyənləşdirmişik. Daha doğrusu, qeyd edilən amillərə sahib olmayan fərdlər yüzlərlə dəfə Kərimlidən yüksək kateqoriyalarda yer almaqdadırlar. Bu baxımdan, dəyərli oxucularımıza növbəti xatırlatmanı etmək lap yerinə düşərdi.

Məsələn, sual edilə bilər ki, nəyə görə Əli Kərimli və onun ətrafı bir neçə həftədir mitinq keçirməyi vaxtilə razılaşmadıqlarını bəyan etdikləri halda, indi birdən-birə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təyin elədiyi 30 iyun tarixinə dərhal razılıq verdilər? Əslində, bu məsələni araşdırdıqca daha bir neçə faktorlar üzə çıxmaqdadır. Burada ilk görünən budur ki, həqiqətə qalanda heç "Milli Şura"ya mitinq-filan keçirmək sərf etmir. Birincisi, həmin mitinqin öncəki mitinqlərdən heç bir xüsusi fərqi olmayacaq. Yəni ölgün görüntü xarakteri naminə, elektoratsız, beş-on nəfərlik mitinqin cəmiyyətdə, ictimai rəydə maraq doğurmayacağı bəri başdan bəllidir. Ona görə də mitinq keçirmək iddiası, sadəcə onlara pul buraxan xarici dairələrin sifarişlərinin nəticəsidir. Nə etsinlər, alıblar, yeyiblər, indi də jarqon dili ilə ifadə etsək, yediklərini qusmalıdırlar.

İkincisi, öncəki həftələrdə "Milli Şura"nın təyin etdiyi vaxtın BŞİH tərəfindən bir gün əvvələ keçirməsi qərarından sonra daş atıb, başını tutan Əli Kərimli hansı səbəbdən BŞİH-in bu dəfə müəyyənləşdirdiyi tarix ilə razılaşdı? Məsələ yenə də bəsitdir və nə qədər maraqlı olsa da, Əli Kərimli "facebook" vasitəsilə yazır ki, guya "Milli Şura" iyun ayında mitinqlərin keçirilməsinə qadağa qoyulacağından ehtiyat edərək, iyunun 30-u tarixi ilə razılşıb (?!-R.). Sən demə, Əli Kərimli o qədər ağıllı və sözəbaxan "uşaqdır" ki, ona otur deyəndə oturur, qalx deyəndə qalxır. Əgər iyun ayında "Milli Şura"ya mitinq qadağası qoyularsa, AXCP sədri, "bəçəeşm" deyib, qaxılıb oturacaq öz yerində. Beləliklə, bu da Kərimli tərəfindən irəli sürülmüş inandırıcı arqument deyil.

Üçüncüsü isə, axecepeçilərin sədri yenə də xalqın faciəsi üzərində "siyasət" qurmağa çalışıb və bunu elə həyasızlıqla nümayiş etdirib ki, ona hər hansı bir ifadə yapmaq da olmur. Amma mən çalışıb yapacam. Hətta lazım gələrsə, leksikonumuza gün işığı görməmiş, təp-təzə bir ifadə də qatacam. Özü də sual-cavablarla...

Əli Kərimli məlum hadisədə həlak olmuş körpə uşaqların nalələri üzərində "siyasət" qurur və mitinq çağırışını bu motivdə nümayiş etdirməyə başlayır. Niyə? Ona görə ki, heç bir insani keyfiyyətlərə malik olmayan, heç bir kateqoriyalara aid olmayan ünsür pula görə "MƏN BİŞƏRƏFƏM!" ifadəsini yalnız "Məhsul" stadionunda deyil, həmin stadionun ətrafında yerləşən binaların damından da bəyan edə bilər. Bu, onun üçün heç bir problem-zad deyil!

İqtidara qarşı "cinayətkar" ittihamını irəli sürüb, hakimiyyətdə təmsil olunan dövlət rəsmilərini "meydan sulamaqda" suçlayan Əli Kərimli unudur ki, AXC iqtidarı zamanı o, dövlət katibi postunda oturarkən rüşvət, korrupsiya, özbaşınalıq, reketçilik və s. bu kimi çoxsaylı bənzərliklər nəinki meydanları, hətta insanların evlərini də sulayırdı. Cınqırını çıxaranların isə aqibətləri indi də bəlli deyil. Hər halda Əbülfəz Elçibəyin Əli Kərimlini korrupsionerlikdə ittiham etməsindən sonra onun bir neçə il keçdikdə "öz əcəli ilə vəfat etməsi" məsələsi də qaranlıqda qalmaqdadır.

Mitinq çağırışında "Büdcə vəsaitlərinin talan edilməsinə, mənasız israfçılığa" qarşı etiraz etməyə çağırış yapan AXCP sədri unutmamalıdır ki, o, hakimiyyətdən qaçdıqdan sonra, dövlət büdcəsi sıfır nöqtəsində idi və dövlətin ehtiyat fondunda siçovullar yallı gedirdi.

"Manatın devalvasiyasının bütün ağır nəticələrinin sadə xalqın çiynində" olmasını iddia kimi irəli sürən Əli Kərimli çox yəqin unudub ki, onun hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda manatla alış-veriş yox dərəcəsində idi və bazarlarda kələmi, hətta ötən mitinqlərində başına atılan katrofları belə ABŞ dolları ilə satırdılar. Unudubmu bunları Kərimli "həzrətləri"?! Yəqin ki, unutmayıb. Sadəcə, özünü unutqan yerinə qoyaraq, göstərdiyi ucuz təlxəkliklərindən zövq alır.

Eləcə də "kredit" amilini ortaya atıb, vətəndaşların "soyulduğunu" iddia edən Kərimli niyə başını yerə çırpıb, xalqdan üzr üstəməsi yerinə demir ki, onların hakimiyyəti zamanında yaradılan "kommersiya bankları" xalqdan əmanət yığıb, sonra da aradan çıxırdılar? Maraqlıdır, həmin pullar bu gün Əli Kərimlinin evindəki şifonerin çəkməcəsində qalırmı?

Çağırışının sonunda "BƏDBƏXTLİK" haqqında az qala poema yazan Kərimli bircə burada doğru söz deyib. Amma özü haqqında. Çünki o öyrənib axı xalqın adından cəh-cəh vurmağa. Öz bədbəxtliyini xalqa sırımağa çalışan axecepe sədri, əslində, həqiqətən də çox bədbəxt, yazıq, miskin ünsürdür. Görünür, bu faktorlar da məni onun mitinqi, əslində, isə miti(l)inqi haqqında köşə yazmağa məcbur etdi. AXCP sədri bu köşəyə görə mənə təşəkkür də etməlidir. Çünki onu "reklam" etmişəm. Bəli, "Milli Şura"nın budəfəki aksiyası da mitinqdən çox mitili çıxmış yorğana bənzəyəcək. Bi baxımdan da həmin aksiyaya MİTİ(L)İNQ qiymətləndirməsini etmək daha doğru yanaşma olardı. Ayın 30-da biz bunun növbəti şahidləri olacağıq.

RÖVŞƏN

P.S. Ötən mitinqlərdə "Milli Şura" liderlərinin başlarına onların haray-həşirlərindən, hay-küylərindən bezən bina sakinləri tərəfindən kartoflar atılmışdı. Sual olunur, əcəba nəyə görə həmin mitinqdən sonra nə Əli Kərimli, nə də Cəmil Həsənli hakimiyyətin onların həyatlarına "sui-qəsd" törətməsi barədə bəyanatlar səslləndirib, şalvarlarını başlarına çəkmədilər? Görəsən, bu dəfə onlların başlarına balqabaq atıla bilərmi?

Digər xəbərlər