Mətbuatın yazdığına görə, keçmiş Ali Məhkəmənın sədri, Vəhdət partiyasının sədri Tahir Kərimli Ermənistanın "Panduq" teorror təşkilatının hədəsi ilə üzləşib. Bu barədə Rusiya KİV-lərində yer alan məlumatlarda 2009-cü ilin may ayının 3-də "Panduq" terror təşkilat tərəfindən bir sıra azərbaycanlı vətənpərvərləri, o cümlədən də Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli haqqında ölüm hökümü çıxarılıb. T.Kərimli "Səs"ə açıqlamasında bildirib ki, erməni terroru ilə hədələnməsinin səbəbi Ali Məhkəmənin sədri olduğu zaman ermənilər haqqında sərt qərar qəbul etməsi olub: "Məni ona görə ittiham ediblər ki, o zaman 14 min erməninin Bakıdan qovulmasında təşkilatçı olmuşam. Yerlərinə Ermənistandan gələn qaçqınları yerləşdirmişəm. Onlar bunu heç cür bağışlamırlar. Halbuki o proseslərdə bir nəfər də erməninin burunu qanamayıb. Demək olar ki, Şəkidən Bakıya kimi bütün erməniləri könüllü şəkildə təşkil edib köçürmüşük. Biz qəddarlığa yol verməmişik və ermənilər kimi vəhşilik törətməmişik".
T.Kərimlinin sözlərinə görə, ona ən çox təsir edən bəzi xaricdəki soydaşlarımızın onun hədələnməsinə biganə münasibət göstərmələridir: "Hər halda bu, faktdır. Mən özümü və ailəmi təhlükə altına qoymuşam və bu gün də beynəlxalq erməni terror təşkilatının təhlükəsi altındayam. Buna lağ etmək vicdanlı iş deyil".
"Sizcə, bu terror aktının müəlifləri resmi Yerevanda oturanlardır, yoxsa xaricdəki erməni diasporalarının hazırladığı bir terror aktıdır" sualına cavab olaraq T.Kərimli bildirdi ki, "Panbuq" terror təşkilatı Ermənistanda qeydiyyatdan keçib və yəqin ki, hakim dairələr tərəfindən məlumatlandırılıb.
"Sizə qarşı planlaşdrılan terror aktı ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına, eləcə də beynəlxalq təşkilatlara müraciət etmək fikirindəsinizmi" sualının cavabında T.Kərimli bu haqda düşünmədiyini bildirdi: "Mən heç yerə müraciət etmirəm. Çünki bu məlumat təzə verilsə də, əslində əvvəlcədən məlum idi. "Panduq" terror təşkilatı öz sayıtında bu məlumatı yerləşdirərək, bütün dünyaya elan edib. Mən öz vətənimdə nə qədər yaşayıram, hüquq- mühafizə orqanları bizi qoruyacaqdır. Bu baxımdan mənim üçün bu hədə aktuallıq kəsb etmir".
GÜLYANƏ