"Milli Şura"nın mayın 30-da keçirdiyi mitinq mitinq deyildi. Bu bir "reklam şousu" idi. Bəli, Əli Kərimli özünün reklamını nümayiş etdirdi. Kimə lazım idi bu? Özü də yaxşı bilir ki, xalq heç bir mitinqə kütləvi dəstək vermir, qatılmır radikal siyasi düşərgənin aksiyasına. Bunu bilə-bilə kimə özünü göstərirdin? Bir başa Qərb dairlərinə". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.BAXCP rəsmisinin sözlərinə görə, ilk Avropa Oyunlarından istifadə edib Azərbaycanın milli maraqlarını sevməyən ermənipərəst Qərb siyasi dairələri Azərbaycana qarşı basqı siyasəti aparırlar: "Dövlətimiz üzərinə açıq kampaniya aparırlar. Müxtəlif bəhanələrlə Azərbaycan hakimiyyətinə qarşı hücum təşkil ediblər. Bunu Əli Kərimli də bilir. Ona görə də özünü onlara təqdim etmək üçün bu cür "mitinq şousu" təşkil edir. Onun üçün heç bir fərqi yoxdur, neçə adam gələcək, kütləvi olacaq və ya olmayacaq. Əsas odur ki, həmin dairələrə özünü göstərə bilsin. Ancaq unudur ki, Qərb dairləri də Əli Kərimlinin əsl simasını yaxşı bilir. 2013-cü ildə Rusiyanın layihəsi olan "Milli Şura"anın fəxri sədri Rüstəm İbrahimbəyov Rusiyanın təlimatı ilə Azərbaycanda hakimiyyət dəyişikliyi etmək arzusunda idi. Onun arzusunun reallaşması üçün Əli Kərimli gecə-gündüz çalışırdı. Artıq "Milli Şura"nın beynəxlaq siyasət kansepsiyasına yazmışdılar ki, bunlar hakmiyyətə gəldikləri təqdirdə, referendumla Azərbaycan xalqı öz beynəlxaq siyasətini yürüdəcəklər. Yəni daha Qərbyönümlü deyil, Rusiya meyilli siyasət yeridəcəyik. Bu, birbaşa Rusiyaya xidmət idi. Həmin bu Əli Kərimli və başqaları Rusiya prezidenti Vladimir Putinə "böyük demokrat" deməkdən də çəkinmirdi. Düşünürəm ki, Qərb dairələri də bu məktubu tərcümə edib, özlərində saxlayıblar. Bir daha qeyd edirəm ki, dövlət və milli maraqları düşünməyən Kərimli bu aksiyanı təşkil etmişdi".
sia.az