PDF Oxu

Müxalifət

  • 1 627

"Milli Şura"nın növbəti "möhtəşəm" mitinqi nə ilə yadda qaldı?

image

Əli Kərimli-Cəmil Həsənli cütlüyü yenidən istehza hədəfinə tuş gəldi

Daha çox AXCP-nin filialı təsirini bağışlayan "Milli Şura"nın növbəti mitinqi də uğursuz sonluğu ilə yadda qaldı. Və nə qədər maraqlı görünsə də siyasi qurumun hər mitinqində olduğu kimi, bu dəfə də bir neçə məsələ diqqətlərdən yayınmayıb. Lakin həmin məsələlərə nəzər salmazdan öncə, qeyd etmək yerinə düşərdi ki, həm də "Milli Şura"nın kölgədəki sədri kimi nəzərə çarpan Əli Kərimlinin sosial şəbəkə vasitəsilə mitinq məkanına 30-40 min insanı dəvət etməsinə baxmayaraq, onun bu çağırışı hər zamankı kimi cavabsız qaldı. Bu isə bir daha sübut edir ki, cəmiyyət artıq bu cür müxalifətçiliyə inanmır. İnanmadığı üçün də Əli Kərimlinin pafoslu, populist xarakterli çağırışlarına heç bir məhəl qoymur.

Daha dəqiq desək, "mitinq tələbləri" çərçivəsində gah sahibkarlara, gah dini icmalara, gah gənclərə, gah da digər sahələrə aid olan ictimai rəyə çağırışlar edən AXCP sədri mitinq günü istədiyini ala bilmədiyini gördükdən sonra, özü-özlüyündə bir daha əmin olmağa başlayır ki, artıq onun qatarı siyasi arenadan çoxdan gedib. Sadəcə, qarşılaşdığı çoxsaylı məğlubiyyətlərdən, rüsvayçılıqlardan sonra belə bunu dərk etmək istəməyən Kərimli xalqın dəstək verdiyi hakimiyyətə qarşı aqressivləşir, uğradığı məğlubiyyətləri nəticəsində daxilindəki azğınlığını daha da azğın şəkildə büruzə verir. Ancaq göründüyü kimi, onun sərgilədiyi heç bir vasitə nə hakimiyyətə, nə xalqa, nə də ictimai rəyə təsir etmir. Bunun isə səbəbi birdir - çoxminli kütlə tərəfindən qəbul edilməmək!

Əli Kərimli mitinqdə nəyi etiraf edib?

İndi isə "Milli Şura"nın "Məhsul" stadionunda həm Cəmil Həsənlinin, həm Əli Kərimlinin, həm də "Azadlıq" qəzetinin dırnaqarası baş redkatoru Rahim Hacıyevin eyni sözələri təkrar edərək, hətta onlara dəstək verən 300-400 nəfər mitinq iştirakçılarını da necə bezdirdiklərinə nəzər salaq. Məsələn, ilk başdan deyə bilərik ki, Əli Kərimli hər zaman ölkədə baş verən müxtəlif olayları siyasiləşdirərək, hətta məişət hadisələrini belə, öz siyasi dividendinə yazmağa cəhd edib. Bu baxımdan, mitinqə gedənlər mitinqin vaxtı başa çatmamış həmin məkanı tək edirlər. Çünki eyni sözlər və nəticəsizliklər onları bezdirib. Bunu "Milli Şura"nın mitinqində Əli Kərimlinin özü də bilmədən etiraf edib. Məsələn, daha əvvəllər mitinqin vaxtı "Milli Şura"nın təyin etdiyi vaxtan bir gün öncəyə təyin olunarkən, bundan "hakimiyyət bizdən qorxur" iddiası düzəldən Əli Kərimli, indi də öz "siyasətini" saat üzərində qurmağa səy göstərib. Guya onlar mitinqlərini saat 17-00-dan 19:00-a qədər keçirmək istəyiblər, hakimiyyət isə "qəsdən" mitinq saatını saat 15:00-dan 17:00-a dəyişib və bu "maneə" "Məhsul" stadionuna mitinq iştirakçılarının "az" gəlməsi ilə nəticələnib. Yəni qısaca desək, bu, hakimiyyətin "Milli Şura"ya qarşı "təxribatıymış" (?-R.N.)

Biz daha öncələr də qeyd etmişdik ki, əgər Əli Kərimli öz "çoxminli" tərəfdarlarına bu qədər inanaraq, hakimiyyətin "Milli Şura"nın mitinqlərindən "qorxduğunu" iddia edirdisə, nəyə görə hakimiyyətin təyin etdiyi vaxtlarda ürəklə ortaya çıxıb, aksiyalarını reallaşdırmırdı? Əksinə, bunun yerinə boş-boş, insanlarda gülüş doğuran fikirlər səsləndirirdi? Necə deyərlər, bu meydan, bu da şeytan. Ancaq Əli Kərimli-Cəmil Həsənli cütlüyü buna cürət etmədi. Çünki özləri öz ayaqlarının uzunluğunu yorğanlarının ölçüləri ilə daha öncələr də ölçmüşdülər. Ölçüləri isə tamamilə əksini göstərmişdi və bunu onların hər ikisi çox gözəl dərk edirdi. Ona görə də boş yerə səs-küy salmaqla, yuxarıda qeyd edilən ittihamlarla, iddialarla hakimiyyəti günahlandırmağa cəhd edirdilər.

İndi isə gün deyil, saat söhbəti aparan Əli Kərimli guya onların tələb etdiyi 17-00-dan 19:00-a qədər keçiriləcək mitinq vaxtında "daha çox adam gələcəkdi" iddiası ilə çıxış edərkən, özünün nə qədər siyasi təlxək olduğunu təsdiq etdi. Birincisi, mitinq istirahət günlərinə düşdüyü üçün, hətta iş saatı olsa belə, həmin günlərin qısa iş saatı olduğunu hər kəs, o cümlədən Əli Kərimlinin özü də yaxşı bilir. Bu səbəbdən, mitinqin keçirilmə saatlarının 15:00-dan 17:00-a təyin olunması insanların aksiyanın keçiriləcəyi məkana toplaşmalarına heç bir əngəl törətməyib.

Daha bir sübut isə mitinqin vaxtından 40-50 dəqiqə daha tez başa çatması olub. Yəni eyni sözlər təkrarlanan mitinqdə günün altında dayanmağı özlərinə rəva görməyən insanlar məkanı daha tez tərk etmək qərarına gəliblər. Bütün bunlar isə bir daha göstərir ki, Əli Kərimlinin bu və ya digər hallarda siyasi təlxək obrazında əl-qol ölçməsi onun özündən başqa kimsədə maraq doğurmayıb. Ümumiyyətlə, AXCP sədri növbəti dəfə sosial şəbəkədə "mitinqimizə 10 min adam gəldi" ifadəsini yaza bilmədi. Bununla da etiraf etmiş oldu ki, əslində çox pis vəziyyətdədir, çıxış yolu isə yoxdur.

Azadlıqda olanların "siyasi məhbus" kimi təqdim edilmələri "Milli Şura" rəhbərliyinin pislik üzərində formalaşmış xislətlərinin göstəricisidir

"Milli Şura"nın uğursuz mitinq macərasında nəzərə çarpan növbəti amil

azadlıqda olan insanın şəklini "siyasi məhbus" kimi yuxarı başa asmasıdır. Məsələn, bəllidir ki, daha öncələr AXCP sədrinin zəhərli girdabında məhvə doğru sürüklənən B.Süleymanlı adlı gənc Cənab Prezidentin son əfv Səncamı ilə azadlığa çıxıb. Düzdür, o, müxalifətciliyini davam etdirir və yəqin ki, "Milli Şura"nın mitinqində iştirak da edirdi. Lakin onun şəklini "məhbus" kimi çəkib ictimai rəyə yalan danışmağının nə mənası vardı ki?! Yəni bunun özü də bir daha göstərir ki, Əli Kərimli siyasi təlxək olması ilə yanaşı, həm də böyük yalançı və üzəduran ünsürlərdən biri və birincisidir. Ona lazım olan Qərb və erməni lobbisi qarşısına daha çox "siyasi məhbus" şəkli göstərmək idi ki, onun bu teatr tamaşası da anşlaqsız keçdi.

Hakimiyyətlə yanaşı, təbiət də gühanlandırıldı

"Milli Şura"nın məlum mitinqi həm də həmin mitinqi kənardan izləyənlərə şou təsiri bağşlayıb. Məsələn, cəbhəçilər adamın az olma "günahını" hakimiyyətlə yanaşı, həm də təbiətdə axtardılar. Onlar öz aralarında adamların az gəlmələrini havanin isti olmasi ile bagladilar. Hətta həmin arada bir kiçik dialoqun da şahidinə çevrildik. Məsələn, cəbhəçilərdən biri digərinə xitabən deyir ki, "soyuq olanda deyirlər soyuqdur, ona görə də adam gəlmir, isti olanda da, eyni məsələ..."

Yəni kişik bir ifadədən də görünür ki, artıq mitinqə qatılanlar da "Milli Şura"dan, AXCP-dən, ümumiyyətlə, radikallıqdan beziblər. Bu səbəb də 2 saatlıq mitinqin 1 saata yekunlaşmasının açıq-aydın göstəricisidir. Qısası, Əli Kərimli və ətrafının mitinqdəki çıxışları uzağı 1 saatlıq olub və sonradan deməyə sözləri belə qalmayıb.

Beləliklə, "Milli Şura"nın mitinqi demək olar ki, başlamamış sona çatıb. Ancaq Cəmuil Həsənli Əli Kərimliyə uğranılan rüsvayçılığa görə toxtaqlıq vermək üçün, boğazından yuxarı "aksiyalarımız davam edəcək" deyib. Ancaq maraqlıdır, 400 nəfərin iştirak etdiyi aksiya nə zamandan mitinq olub?

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər