Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları ərəfəsində yenidən gündəmə gəlməyə çalışan müxalifət populist bəyanatlarla çıxış edir, məram və məqsədi bəlli olmayan aksiyalar keçirməyə cəhdlər göstərirlər. Amma bu kimi aksiyalar cəmiyyət tərəfindən özünə dəstək qazanmadığından, iflasa məruz qalır. Hər dəfə belə olub, təbii ki, bundan sonra da belə olacaq. Çünki Azərbaycan içtimaiyyəti müxalifət liderlərinin xaricdən maddi və mənəvi dəstək aldığını, onların da sifarişlərini yerinə yetirdiklərini görürlər. İfşa olunan müxalifət isə bunun fərqinə varmadan bəd əməllərini davam etdirirlər. Söhbət etdiyimiz müsahiblərimiz müxalifətin içtimai qınaqdan nəticə çıxarmamasını onların siyasətə gəlir mənbəyi kimi baxmaları və xarici qüvvələrdən asılı olmaları ilə əlaqələndirdilər.
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov:
- Müxalifətdaxili qarşılıqlı ittihamlar partiya sədrlərinin sivil mübarizə aparmaq imkanında olmadığını göstərir. Müxalifət partiyalarına rəhbərlik edən şəxslər partiyalarını öz şəxsi maraqları ətrafında formalaşdırıblar. Bu da onların siyasi düşüncələrində problemlərinin olduğunu göstərir. Uzun illərdir ki, müxalifət partiya rəhbərləri irəliyə doğru heç bir addım atmayıblar. Bundan sonra da heç nəyə nail ola bilməyəcəklər. Bu baxımdan düşünürəm ki, özlərində iradə tapıb, reallığı dərk edərək siyasətdən tamamilə uzaqlaşmalıdırlar. Mitinqlərin baş tutmamsının səbəbi də liderçiklərə olan mənfi münasibətdir.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:
- Müxalifət təmsilçiləri müəyyən xarici havadarları qarşısında öhtəlik götürüblər. Bu öhtəlik isə ondan ibarətdir ki, ölkədəki içtimai siyasi sabitliyə xələl gətirməyə cəhdlər göstərsin. "Milli Şura" adlanan bir qondarma qurumun məhz bu cür aksiyaların keçirilməsinə üstünlük verməsi növbəti bir şou idi. Ümumiyyətlə, müxalifət təmsilçilərinin keçirdikləri bu tip mini-aksiyalar təkcə Avropa Oyunları ilə bağlı deyil. O cümlədən də, qarşıdan gələn parlament seçkiləri ərəfəsi özlərinə xaricdən müəyyən havadarlar axtarmaqla bağlıdır. Amma dərk etmirlər ki, Azərbaycan cəmiyyətindən dəstək ala bilməyib, xarici qüvvələrə ümid bəsləyənlər məhvə məhkumdurlar.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Azərbaycanda keçiriləcək Avropa Oyunları öncəsi müxalifət təmsilçilərinin yersiz aksiyalar keçirməyə uğursuz cəhdlər göstərmələri ciblərini xaric anti-Azərbaycan mövqeli qüvvələrin ayırdıqları çirkli pullarla doldurmaq istəyidir. Çünki bu tip aksiyaların əhəmiyyətsiz olduğunu xarici qüvvələrdə şürlu şəkildə dərk edirlər. Hər bir vətəndaş kimi müxalifət təmsilçiləri də əllərindən gələni etməlidirlər ki, ölkəmizdə keçiriləcək Avropa Oyunları yüksək səviyyədə baş tutsun. Ümumiyyətlə, müxalifətin aksiyalar keçirməsi onlara heç vaxt başucalığı gətirməz. Umumilikdə isə müxalifət təmsilçilərinin aksiyalar keçirməsinin heç bir əhəmiyyəti yoxdur. Müxalifət təmsilçiləri də bu aksiyaların keçirilməsinin heç bir əhəmiyyəti olmadıqlarını çox gözəl bilir. Amma bu reallığı qəbul etmək istəmirlər. Bu da onların müstəqil olmadıqlarını bir daha təsdiqləyir.
GÜLYANƏ