"Milli Şuranın mitinqinə dəvət olunmamağımızla bağlı müzakirə aparacağıq"
"Müsavat Partiyası daha öncələr Milli Şuranın elan etdiyi bütün mitinqlərdə iştirak edib". Bu fikirləri SİA-ya Müsavat Partiyasının başqan müavini Gülağa Asalanlı Milli Şuranın iyunun 30-da keçirdiyi mitinqində təmsil olunduğu partiyanın iştirak etməməsinə münasibətini bildirərkən deyib.Başqan müavini Milli Şura rəhbərliyinin Müsavatı budəfəki mitinqinə nəyə görə dəvət olunmamalarını təşkilat daxilində müzakirə edəcəklərini də istisna etməyib: "Hərhalda hansı səbəbdən dolayı Milli Şura Müsavatı mitinqə dəvət etməyibsə, bunu müzakirə edəcəyik".
"Tural Abbaslı yalan danışır"
Gülağa Aslanlı hazırda da Müsavat sıralarında təmsil olunan keçmiş Divan üzvü Tural Abbaslının istefaya göndəriləcək növbəti hədəf iddiasına da münasibət bildirib. Başqan müavini Tural Abbaslını həqiqətə uyğun olmayan açıqlamalar verdiyini bildirib: "Keçmiş divan üzvü Tural Abbaslının bu fikirlərində heç bir həqiqət görmürəm. Müsavat Partiyası öz nizamnaməsi ilə idarə olunur.Nizamnamənin tələblərini yerinə yetirdikləri halda kiminsə partiyadan uzaqlaşdırılması mümkün deyil. Onlarla bağlı öncədən hər hansı bir müzakirə aparılmır".
yap.org.az