PDF Oxu

Müxalifət

  • 3 297

Vaqif Abışov: “Bu, yolverilməzdir və qarşısı alınmalıdır” AÇIQLAMA

Vaqif Abışov: “Bu, yolverilməzdir və qarşısı alınmalıdır” AÇIQLAMA

"Dünyada ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi ilə bağlı müxtəlif ajotajlar yaradıldı. Təbii ki, "Milli Şura" da bundan özünəməxsus şəkildə yararlanmağa çalışır". BunuSİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov "Milli Şura"nın mayın 30-da keçirilən mitinqinə münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, "Milli Şura"nın mitinqində səsləndirilən şüarlar əsassızdır və reallığı əks etdirmir: "Hesab edirəm ki, inkişaf olan, iri tədbirlər və beynəlxalq layihələrə imza qoyulan bir yerdə qısqanclıq hər zaman olacaq. Heç şübhəsiz ki, bütün bunlar da ölkə müxalifətində qısqanclıq yaratmaya bilməz. Düşünürəm ki, harada təndiq varsa, orada inkişaf olmalıdır. Təbii ki, bu düşmənçiliyə söykənməməli, eləcə də dövlətə ziyan vurmamalıdır. Yox əgər bu xarici dairələrin pulu, diqtəsi ilə edilirsə yolverilməzdir və qarşısı alınmalıdır. Hesab edirəm ki, ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində o cür tənqidlər çox cılız görünür. Bu gün Azərbaycan dünyada tanınır. Bu yolla ölkəmiz öz torpaqlarını işğaldan azad edə bilər".

sia.az

Digər xəbərlər