PDF Oxu

Müxalifət

  • 479

Mütəllim Rəhimli: "Müsavatçıların Müsavata inamı itib" AÇIQLAMA

Mütəllim Rəhimli: "Müsavatçıların Müsavata inamı itib" AÇIQLAMA

"Arif Hacılın ətrafında müəyyən qruplar qalıb"

"Son vaxtlar biz tez-tez Müsavat və AXCP daxilində kütləvi istefaların şahidi oluruq". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.Aparat rəhbərinin sözlərinə görə, bu istefalar Müsavat partiyasına Arif Hacılının sədr seçilməsindən sonra başlanan dağıntı prosesinin davamıdır: "Bütün bu olanlar göstərir ki, Müsavat daxilində demokratik dəyərlər pozulub və insanların onlara inamı itib. Məhz buna görə də müsavatçılar azad iradələrini müdafiə etməyə çalışırlar. Bu isə mümkün olmadığı təqdirdə insanlar Müsavat və AXCP sıralarını tərk edirlər. Artıq qeyd etmək olar ki, Müsavat partiyası kifayət qədər zəifləyib və fəal üzvlərin hamısı oranı tərk edir. Orada yalnız Arif Hacılın ətrafında olan müəyyən qruplar qalıb. Bu insanlar Azərbaycan ictima-siyasi fikrinə təsir etmək gücündə deyillər. Təbii ki, bu hələ son deyil. Düşünürəm ki, partiya daxilində avtoritarizmə doğru böyük yürüş başlayıb. Bu isə sonda üzvlərin partiyanı daha çox tərk etməsinə səbəb olacaq".

sia.az

Digər xəbərlər