"6-7 ildir Müsavat partiyası bu alverlə məşğuldur"
Elnur Mirzəyev: "Saxta sənəd almaq üçün Müsavat rəhbərliyinə 1800 manat pul vermişəm"
Elnur Mirzəyevin açıqlaması Müsavat rəhbərliyinin bu vaxta qədər həyata keçirdiyi çirkin oyunların sadəcə anonsudur. 1990-cı illərin əvvəllərində Əbülfəz Elçibəyi sərxoş edib ona sərəncamlar imzalatdıran şəxslərin böyük hissəsi hazırda Müsavatda yer alırlar. Əlifbanı bilməyən çoban, motorist, çilingər, orta ixtisas təhsilli biologiya-fizika müəllimi və onlarla yararsız insanlar bu yolla icra başçısı oldular. Hələ bir partiyaları var, belə edirlər. Əgər əllərində güc strukturları, qoşun, büdcə olsa, bu adamların hansı oyunlardan çıxacaqlarını təxmin etmək elə də çətin deyil. Keçək əsas məsələyə.
Dünən Müsavat partiyası xarici ölkələrə mühacirət edən insanlarla bağlı bəyanat yaymışdı. Bəyanatda Elnur Aydın oğlu Mirzəyevin adı çəkilmişdi. Bildirilirdi ki, Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçika ölkəsinin Miqrasiya İdarəsinə təqdim edilən Müsavat partiyasının vəsiqəsinin, arayışın və "Elnur Mirzəyev barədə" sənədin Müsavat partiyasına göndərilmiş surətləri tərəfimizdən araşdırılmış və saxta olduğu təsdiq olunub. Müsavat partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır".
E.Mirzəyev isə Müsavat partiyasının bu bəyataına sərt reaksiya verərək partiya rəhbərliyini riyakarlıqda suçlayıb: "Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim: 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, "2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq".
Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər. Gülağa Aslanlı tərəfindən dünən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən almışam. Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə".
E.Mirzəyev Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracağını bildirib: "Hamı bilir ki, 6-7 ildir Müsavat partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam".
Gülağa Aslanlı: "Doğrudur, Elnur Mirzəyevlə mənim aramda yazışma olub"
Qalmaqalda adı hallanan G.Aslanlı ittihamları rədd edərək özünü haqlı çıxarmağa çalışıb: "Nə Bakıda, nə də başqa bir yerdə. Doğrudur, onunla mənim aramada inboks yazışması olub. O yazışmada da qeyd edib ki, Müsavatın üzvüdür. Soruşmuşam ki, Müsavatın üzvüsənsə, hansı təşkilatın üzvüsən? O da deyib ki, özümü Novxanı müsavatçısı hesab edirəm. Mən də demişəm ki, Müsavatda "Novxanı müsavatçısı" anlayışı yoxdur. Ya Binəqədi, ya da hansısa başqa rayon müsavatçısı ola bilər. Sonra, o mənə yazıb ki, məni Tofiq Yaqublu partiyaya qəbul etdirib.
Samir