Yaxud AXCP sədrinə lazım ol(may)an nədir
AXCP sədri Əli Kərimlinin "gənclər siyasəti" barədə çox yazılıb, çox danışılıb. Lakin onun bu "siyasətinin" xalqa və dövlətə hansı "səmərələr" verməsi də kimsəyə sirr deyil. Siyasi dividendinin artırılması üçün özü və yaxın ətrafı tərəfindən tələyə salınan gənclərin sonrakı aqibətləri barədə də yəqin ki, ictimai rəy kifayət qədər məlumatlıdır. Aldıqları ali təhsillərini yarımçıq buraxan, hətyatlarının ən vacib nöqtəsində beyinlərinə "kərimovçuluq" zəhəri yürüdülərək gələcəklərini böyük sual altında qoyan gənclərin hər birinin üzərində AXCP sədrinin və onun yaxın ətrafının günahları böyükdür. Əgər belə olmsa idi, Əli Kərimli uzun illərdir ki, sədri olduğu AXCP-də düzgün gəncləşmə siyasəti apararaq, normal müxalifətçilik və siyasətçilik faktorlarını ortaya qoyaraq, demokratik prinsiplərə əməl etdiyini sübuta yetirmiş olardı. Ancaq bütün bunlar baş vermir və görünən budur ki, gələcəkdə də baş verməyəcək. Çünki Əli Kərimli irəli çəkəcəyi gənclərin sonradan ona badalaq gəlmələrindən qorxur. Qorxduğu və hürkdüyü üçün də partiyadaxili diktatorluq və avtoritar idarəçilik metodunu əsas vəzifə kimi sürdürüb, bacardığı qədər gənclərin potensiallarından öz xeyrinə istifadə etməyə səy göstərir.
Bu gün Əli Kərimlinin ən yaxın adamlarına da gün kimi aydındır ki, onlar heç vaxt hakimiyyətə yiyələnə bilməyəcəklər
Əli Kərimli şəxsi mənfəətlərini artırmaq, pul-para, qrantlar əldə etmək üçün Qərbin bir sıra qaranlıq siyasi dairələri, erməni lobbisi, eləcə də digər anti-Azərbaycan xarakterli qüvvələrli qarşısında məhz aldatdığı gənclərdən istifadə edib, istədiyini almağa çalışır. Məsələn, açıq şəkildə mübarizə meydanına çıxmaqdan ehtiyat edən Əli Kərimlinin həm də "facebook" xəstəsi olması da kimsəyə sirr deyil. Vaxtaşırı müxtəlif məsələlərə öz təsiri fonunda don geyindirən Əli Kərimlinin sosial şəbəkədədi müəyyən qeydləri ictimailəşdirildikdən sonra məhz tələsinə düşən gənclər onun sözlərinə təriflər yağdırırlar. Ancaq Əli Kərimlinin yanlış siyasətini tənqid edənlərə qarşı təhqirlərə, söyüşlərə start verilir ki, bu işi də həmin tələyə düşən gənclər həyata keçirirlər. Əvəzində isə Əli Kərimli həmin gənclərə boş vədlər verir, guya gələcəkdə "hakimiyyətə gəldiyi zaman" bu gənclərə xüsusi diqqət ayırlacağını bildirir. Fəqət, bu gün hətta Əli Kərimlinin ən yaxını sayılan Fuad Qəhrəmanlıya, Gözəl Bayramlıya, Əbülfəz Qurbanlıya, Həsən Kərimova, eləcə də digər axecerpeçilərə də gün kimi aydındır ki, onlar heç vaxt hakimiyyətə yiyələnə bilməyəcəklər.
Dəyanət Babayev: "Əli Kərimli özü gəncləri əzir"
Bu arada AXCP-də uzun illər canını qoymuş, həbəslərə düşmüş insanlar - Əli Kərimlinin sabiq tərəfdarları da onun iç üzünü ifşa etməkdə davam edirlər. Məsələn, Nərimanov rayon təşkilatı sədrinin sabiq müavini Dəyanət Babayev də mətbuata açıqlamasında deyib ki, hazırkı AXCP rəhbərliyi dəyişməli, gəncləşməlidir: "Biz istəyirik ki, AXCP demokratik təşkilat olsun. 15-20 il bir partiyanın rəhbəri qalmaq olmaz. Buna görə də Əli Kərimli etiraf etməlidir ki, bacarmır və yerini gənclərə verməlidir. Hakimiyyətə gənclərlə bağlı mesajlar göndərməkdənsə, öz partiyasında olanlara baxmalıdır. Əli Kərimli özü gəncləri əzir".
Göründüyü kimi, gənəc yaşlarından AXCP-də olan, sonradan isə Əli Kərimlini tənqid etdiyinə görə partiyadan qovulan Dəyanət Babayev bununla demək istəyir ki, indi Cəbhə sədrinin şirin vədlərinə inanan bir sıra gənclər çox yaxın gələcəkdə onun aqibətini yaşayacaqlar. Onda gec olacaq.
Afət TAHİRQIZI