PDF Oxu

Müxalifət

  • 128

Müsavatda növbəti istefa

Müsavatda növbəti istefa

Vurğun Əyyubun partiyadan çıxarılması ilə başlanan istefalar səngimir

Bu dəfə də Müsavat partiyasının Nizami rayon təşkilatından 4 nəfər - Məcid Əliyev, Azər İbrahimov, Mahir Quliyev və Yaqub Məmmədov istefa verdilər. İstefa verənlər Müsavat patiyasının yeni başqanı Arif Hacılının apardığı siyasətə etiraz olaraq bu addımı atdıqlarını bildiriblər. Qeyd ediblər ki, Arif Hacılının müsavatçılara olan şəxsi "kin-küdurəti, avtoritar idarəetmə üsulu" Müsavat partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb: "Müsavatın VIII qurultayından sonra Arif Hacılı başqanlıq dövründə partiyada gedən siyasi kursu öz məcrasından çıxararaq partiyadaxili dağıdıcılıq müstəvisinə keçirib. İllərini partiyaya vermiş, fədakar, mübariz insanların, alimlərin, ziyalıların, partiya başqanlığına olan namizədlərin rəhbərlik tərəfindən Müsavat partiyasından çıxarılması müsavatçılar arasında hiddətə səbəb olub. Mövcud divan və mərkəzi nəzarət-təftiş komissiyası (MNTK) "cəza kəsmə" məntəqəsinə və öz mənafelərinə uyğun "saxta bəyanat" verməklə kifayətlənən bir quruma çevrilib".

İstefa verən müsavatçılar partiyanı qanunsuz olaraq nəzarətə almağa çalışdığına görə, sabiq başqan İsa Qəmbərin Müsavatdan qovulmasını, hazırkı başqan Arif Hacılının isə istefasını tələb edirlər.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər