PDF Oxu

Müxalifət

  • 1 127

"Azadlığ"a lazım olan Avropa "dəyərləri"

"Azadlığ"a lazım olan Avropa "dəyərləri"

Və ya Əli Kərimli köşədarlarının yanan "arzuları"

Əli Kərimlinin "Azadlığ"ında kimin nə istədiyi, əslinə qalanda çoxdan hər kəsə məlumdur. Xüsusilə, uzun illər ölkədaxili siyasi proseslərdən məlumatlı olanlara. Məlumdur ona görə ki, Kərimlinin AXCP-yə rəhbərlik etdiyi dövrdən başlayaraq, həm bu siyasi təşkilat daxilində, həm də "Azadlıq" qəzetində baş verən tükürpədici, hətta gözləri kəlləyə çıxardacaq qədər baş vermiş "tarixi" olaylar yaddaşlardan silinməyib. Birinin dayı olaraq, öz qız qohumu ilə min-bir hoqqadan çıxması, birinin "erkək" olmasına rəğmən, digər "erkəklərə" olan məhəbbəti və nəticədə həmin eşqindən dolayı bıçaq yarası alması, "Üç Palma" hadisələri, özbək fahişələri ilə eyşi-işrət məclisindən sonra lüt-üryün fotosessiyalar yapmaları...və s. və i. Hətta siyahı o qədər çox, olaylar isə o qədər tükənməzdir ki, onların hamısını bir qəzet səhifəsinə yerləşdirmək qeyri-mümkündür. Bu baxımdan, onların bir neçəsini, sadəcə xatırlatma məqsədilə, ipucu olaraq qeyd etməli olduq. Yəni bilən-bilir nədən yazdığımızı...

Hətta ayılsalar belə, əsl gerçəkliyi, əsl reallığı görə bilməyəcəklər

Gəlin daha dərin məntiqlə bu ifadəni izah edək. İddia olunur ki, Azərbaycan Avropa dəyərlərini "rədd və inkar edir". Ancaq Avropanın hansı dəyərlərini? Bax, bu barədə bir kəlmə də olsa deyilmir, qeyd olunmur. Kərimlinin köşədarı olan Astanbəyli baş verənləri "yuxu" kimi görür və deyir ki, gərək kimsə onu çimdikləsin ki, həmin "yuxudan" oyansın. Fəqət, burada olan faktlardan biri də "yuxu" məsələsidir. Çünki istər Əli Kərimli olsun, istərsə də onun mirzələri, köşədarları, onların hamısı qəflət yuxusundadırlar. Hətta ayılsalar belə, əsl gerçəkliyi, əsl reallığı görə bilməyəcəklər. Ona görə yox ki, bəsirət gözləri möhürlənib. Həm də ona görə ki, onlar sərf etməyən hər bir yaxşı faktoru, müsbət cəhətləri qəsdən görmürlər, özlərini korluğua vururlar. Bilirsinizmi niyə? Ona görə ki, istədikləri "Avropa dəyərlərini" əldə edə bilmirlər. Bu səbəbdən də "ürəkləri bulanır", "için-için qovrulub", "korun-korun" da tüstülənirlər. Bəs hansıdır onların "Avropa dəyərləri" arzusu ki, onlar bu "arzularına" çatmadıqlarına görə cızdaqları çıxır, yaxalarını-ətəklərini cırıb, tumanlarını da dəqiqəbaşı başlarına keçirirlər?!

A mirzə, axı sənin qarnını buran nədir?

Bu arada Avropa Parlamentinin vitse-prezidenti və Avropanın "Yaşıllar" partiyasının üzvü, cinsi azlıq nümayəndələrinin (LGBT) parlamentdəki ən radikal tərəfdarı Ulrike Lunaçekin özünəbənzər bir neçə dəstəkçisi ilə iclas zamanı köynəklərin üzərində Xədicə İsmayılın, Rəsul Cəfərovun, Anar Məmmədlinin, Leyla Yunusun, Emin Hüseynovun, İntiqam Əliyevin şəkillərini nümayiş etdirmələri Əli Kərimlinin könlünü xoş edib. Xoş etdiyinə görə də onun "Azadlığ"ındakı mirzəsi Elnur Astanbəyli dərhal Avropa "dəyərləri" barədə öz "ağıllı düşüncələrini" yazıb. Yazıb ki, Əli Kərimlinin xoşhallığına daha çox ovqat qatsın ki, bəlkə qazandığı pullardan onun cibinə beş-on manatdan-zaddan basa. Adını da qoyub ki, "Avropanın dəyərləri pisdir, oyunları yaxşı?" Bəri başdan cavab verək. Əlbəttə ki, sizlərin görmək istədikləriniz "Avropa dəyərlərindənsə", Avropa Oyunları daha yaxşıdır! Əslində, həmin yazıya baxanda ilk növbədə nala-mıxa vurma amili nəzərə çarpır. Çünki ortada real bir fakt da yoxdur axı.

Məsələn, götürək "Dostluq" Parkında qeyri-qanuni şəkildə tikilmiş villaların sökülməsinini, hansısa sənətçinin məşəl daşımasını, Olimpiya çempionunun generalı olmaq arzusunu gətirib "Avropa dəyərləri" ilə eyniləşdirmək çox gülüncdür! Elə uzun illərdir ki, Əli Kərimlinin bayrağı altında yüz dəfələrlə tumanlarını başına çəkib şivənxor yazılarla özünü "ağıllı" hesab edən, avropalı deputatların qarşısında "əzabkeş müxalifət yazarı" imitasiyasını yaradan, ona görə də üz-gözünü cıran Elnur Astanbəylidən soruşmaq lazım ki, a mirzə, axı sənin qarnını buran nədir? Adama deyərlər ki, bacarardın sən də Olimpiya çempionu olardın, bacarardın sən də "QAİ" işçisi kimi gələcəkdə general olmaq istədiyini deyərdin, ya da bacarardın sən də məşəl daşıyanlardan biri olardın. Bir də ki, həmin məşəli yalnız İlhaməmi daşıyıb? Axı həmin məşəli digər tanınmış sənətçilərimiz, tanınmış incəsənət ustadlarımız da daşıyıb. Bu, səni niyə belə narahat edir? Bu sualın cavabı çox bəsitdir, a mirzə.

Azərbaycan xalqı eynicinslilərin evlənməsi, uşaqlara 4-5 yaşlarından seks dərslərinin keçirilməsi "dəyərlərini" Avropa dəyərləri kimi qəbul etmir, etməyəcək də!

Cavabı budur ki, sən "Avropanın dəyərləri pisdir, oyunları yaxşı?" sualı verərkən, sənin qiymətləndirdiyin "dəyərləri" Azərbaycan xalqı qəbul etmir, üstəlik rədd də edir! Azərbaycan xalqı Əli Kərimli adlı şərəfipozuğun hansısa mirzəsinin onun dilindən ölkəmizdə eynicinslilərin evlənməsi, uşaqlara 4-5 yaşlarından seks dərslərinin keçirilməsi "dəyərlərini" Avropa dəyərləri kimi qəbul etmir, etməyəcək də!

Təkcə bir faktı ortaya qoyaq. Avropa Parlamentinin vitse-prezidenti və Avropanın "Yaşıllar" partiyasının üzvü, cinsi azlıq nümayəndələrinin (LGBT) parlamentdəki ən radikal tərəfdarı Ulrike Lunaçekin məlum aksiyası dərhal "Azadlıq" qəzetində dəstəkləndi. Demək, belə çıxır ki, Avropanın özündə belə Lunaçekin 4-5 yaşlı uşaqlara seks dərsi keçmək "ideyası" kəskin etirazlarla qarşılanmışdı. Amma kimə deyirsən? Əli Kərimli və onun astanbəyliləri şəxsi mənfəətlərinin reallaşması üçün həmin o qoca lezbiyanın murdar "ideyasını" inanın ki, dəstəkləyirlər!!! Bilirsinizmi nəyə görə..?

Təki onlar azadlığa buraxılsınlar, Əli Kərimlinin "Azadlığ"ı Lunaçekin uşaqlara seks dərsi keçmək ideyasını təbliğ edər

Ona görə ki, Avropa Parlamentinin cəhənnəmə bilet qazanmış lezbiyan vitse-prezidenti Xədicənin, Leylanın və s. adları yuxarıda hallanan dövlət maraqlarını satanların azadlığa buraxılmalarını Azərbaycan hökumətindən tələb edir. Təki onlar azadlığa buraxılsınlar, Əli Kərimlinin "Azadlığ"ı Lunaçekin uşaqlara seks dərsi keçmək ideyasını təbliğ edər. Bax, budur onların istədikləri "Avropa dəyərləri"

Ancaq Azərbaycan xalqı Avropanın bu "dəyərlərini" rədd etməklə, normal, insan övladına səmərə verə biləcək dəyərlərini dəstəkləyir, qəbul edir. Götürək elə Avropa Oyunlarını. İnsanlar ölkəmizə gəlir, Azərbaycanın adı ucalır, yüksəlir, dövlətimizin gücü və qüdrəti Əli Kərimli və onun mirzələrini yandırır, kösövləyir, cızdağını çıxarır. Qoy çıxarsın. Belələrinin sərsəm, şərəfsiz, mənəviyyatsız "Avropa dəyərləri" tələb etmələrindənsə, elə yanıb kül olmaları yaxşıdır. Ən azından, müqəddəs torpağımız bu cür çirkablardan təmizlənər, paklanar...

Rövşən RƏSULOV

Digər xəbərlər