PDF Oxu

Müxalifət

  • 267

Kor siyasətçilər ölkəsi-Almianiya

Kor siyasətçilər ölkəsi-Almianiya

"Bu dövlətin sütunları faşizm üzərində qurulub"

Bir neçə gün öncə Almaniya Bundestaqında "Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək" adlı qətnamənin qəbul edilməsi, əslində gözlənilən idi. Çünki Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan kampaniyanın, çirkli oyunlıarın bir qoluna da məhz Almaniya rəhbərlik edir. Necə deyərlər, Avropa Oyunları ilə bərabər Avropanın oyunları da başlayıb. Hətta Avropa dövlətlərinin belə belə bir böyük idman tədbirini keçirməyə gücü yoxdur. Azərbyacanı niyə də qısqanmasınlar? Sənəddə Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırıb. Heç kimdə şübhə doğurmur ki, Almaniya da digər həmfikirləri kimi "insan haqları və siyasi məhbus" deyəndə nəyi və kimləri nəzərdə tutur. Onların siyasi məhbus dedikləri bizim ölkəmizdə qanunlarımızı kobud şəkilldə pozan, dövlətə xəyanət edən, casus fəaliyyəti göstərən və qanunsuz sahibkarlıqla məşğul olan şəxlsərdir.

Qətnamədə vurğulanıb ki, Azərbaycan, demək olar, insan haqlarının müdafiəsi ilə bağlı bütün əsas beynəlxalq konvensiyalara qoşulub: "Məsələn, 2002-ci ildə "İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyası"nı ratifikasiya edib. Bununla da Azərbaycan öz üzərinə fundamental hüquqların qorunması, insan haqlarının müdafiəsi, demokratik və konstitusion normalara riayət olunmasıyla bağlı öhdəlik götürüb". Bəli, vurğuladığınız kimi, Azərbaycan bu öhdəlikləri götürüb. Ancaq öz dövlətinin milli maraqlarını xarici kəşfiyyata satanların heç vaxt həbs olunmayacağı kimi heç bir öhdəlik götürməyib və heç kimə də söz verməyib. Məgər Almaniyada casuslar, qanunu pozanlar, vergidən yayınanlar, qanunsuz sahibkarlıqla məşğul olub külli miqdarda dövlətə ziyan vuranlar həbs olunmurmu?

Almaniya Bundestaqının 2015-ci il iyunun 12-də qəbul etdiyi məlum qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin genişləndirilmiş iclasının iştirakçısı olan deputatlar da bəyanat verərək Almaniayaya öz etirazlarını bildirdilər. Bəyanatda deyilir: "Biz, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin genişləndirilmiş iclasının iştirakçısı olan deputatlar Almaniya Bundestaqının 2015-ci il iyunun 12-də Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməni Azərbaycan və Almaniya dövlətləri arasında münasibətlərə xələl gətirməyə, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa yönələn qərəzli və həqiqətdən uzaq bir sənəd hesab edir, ölkəmizə qarşı bu kinli və pis niyyətli aksiyanı qətiyyən qəbul etmədiyimizi bildiririk. Bizə yaxşı məlumdur ki, son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirilir. Bizə bunun səbəbləri də məlumdur. Əgər bu, bir tərəfdən Almaniyadakı erməni lobbisinin təsiri ilə bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli münasibətlərdə gərginlik yaratmış "Ştrasser məsələsi"nə görə Almaniyanın bəzi siyasi dairələrinin Azərbaycandan qisas almaq niyyəti ilə bağlıdır. Azərbaycan parlamenti tərəfindən dəfələrlə bəyan edilmişdir və indi biz bir daha bəyan edirik ki, heç bir qarayaxma aksiyası və ya aksiyaları Azərbaycanı insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik dövlət quruculuğu yolundan döndərə bilməz".

Yaxşı olardı ki, Almaniya ilk olaraq öz daxili problemlərini həll etsin və başqa dövlətlərin işlərinə müdaxilə etməsin. Məsələn, görəsən Almaniya hökuməti aclıq və işsizliyin qarşısını almaq əvəzinə, nə üçün belə provokasion addımlar atır? Axı Almaniyanın Münhen və Bavyera şəhərlərində aclıq hökm sürür. Bu şəhərlərdə demək olar ki, hər gün aclıq aksiyası keçirilir və silahlı toqquşmalar baş verir. Görəsən, Almaniya hökumətinin daxili xaosu, səfaləti aradan qaldırmaq üçün niyə çalışmır? Eyni zamanda, Almaniya irqi və dini münaqişlələrin ən çox baş verdiyi ölkə hesab olunur. Bu ölkədə zaman-zaman insanlar dininə, irqinə və millətinə görə həbs edilib, təzyiqlərə məruz qalıb. Təsadüfi deyil ki, bir neçə ay bundan öncə alman polisi ilə qaradərili insanlar arasında silahlı insident baş vermişdi. Qətlə yetirilən qaradərili insanların qatillləri hələ də azadlıqdadır. Eləcə də islamofobiyanın vüsət aldığı ölkələr arasında ilk yerdə Almaniya dayanır. Biz zaman-zaman islam peyğəmbərinin (Ə) karikaturalarının alman jurnallarında çəkilməsinin şahidi olmuşuq. İslamı gözdən salmaq istəyən alman ideoloqlarının bütün cəhdləri boşa çıxsa da, onlar öz məkrli niyyətlərindən hələ də əl çəkə bilmirlər. Çünki bu dövlətin sütunları faşizm üzərində qurulub. Həmçinin dünya narkobaronlarının böyük mal-mülkə sahib olduğu əsas ölkələrdən biri Almaniyadır. Burada onlar milyardlarla çirkli pullar yuyurlar. Bundan başqa müxtəlif təşkilatların açıqladığı hesabatlarda Almaniya həmişə insan hüquqlarının ən çox pozulduğu ilk onluqda yer tutub.

Samir

Digər xəbərlər