PDF Oxu

Müxalifət

  • 292

Radikalların Avropa Oyunlarından sonraya hesabladıqları məqam

Radikalların Avropa Oyunlarından sonraya hesabladıqları məqam

Bu təşkilatlar parlament seçkiləri öncəsi özlərinə xal toplamağa cəhd edirlər

Birinci Avropa Oyunları ərəfəsində və hazırda müxtəlif qarayaxma kampaniyalarında, qara piarlarda, o cümlədən, böhtan və şantajlarda adları hallanan radikal müxlaifət düşərgəsinin nəyə görə bu addımlara getmələrinin daha bir üzü ifşa olunub. Belə ki, ilk Avropa Oyunlarının bitməsindən sonra Azərbaycanın növbəti hadisəyə - parlament seçkiləri ərəfəsinə daxil olması kimsəyə sirr deyil.

Bu qurumların yerli qulluqçuları başda AXCP olmaqla, "Milli Şura" və orada təmsil olunan xırda partiyalardır

Ötən 2013-cü il prezident seçkilərindən sonra bir sıra xarici siyasi dairələrin verdikləri təlimatları yerinə yetirə bilməyən radikallar, xüsusilə də AXCP və bu partiyanın yedəyində fəaliyyət göstərən "Milli Şura" hazırkı dövrdə də eyni aqibəti yaşamaqdadır. Avropa Oynlarına istədikləri kimi təsir edə bilməyən Əli Kərimli-Cəmil Həsənli cütlüyü və onların yandaşları ən azından, parlament seçkiləri ərəfəsində müəyyən imic formalaşdırmaqdan ötrü, əllərinə düşən ən kiçik detallardan istifadə edərək, təlimatçı ağaları qarşısında özlərini doğurltmağa çalışırlar. Məsələn, bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı apardıqları şantaj, qarayaxma kampaniyalarında iştirakçı qismində olan radikallar, hətta erməni lobbisinin sifarişlərini belə, canla-başla yerinə yetirməkdə hazır olduqlarını nümayiş etdirirlər. Söz yox ki, bütün bunların başında həm erməni lobbisi, həm də bu lobbi ilə iş birliyinə girərək, ölkəmizə qarşı təzyiq dilində danışmağa cəhd edən xarici qurumlar dayanıb. Bu qurumların yerli qulluqçuları isə badşa AXCP olmaqla, "Milli Şura" və orada təmsil olunan xırda partiyalardır.

Ümidlərini yenidən erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi xarici təşkilarlara dikiblər

Yuxarıda da qeyd etdiyimiz kimi, məqsəd artıq bu ilin payızında keçiriləcək parlament seçkiləridir. Çünki anlaşılan nüansdır ki, qarşıdan parlament seçkiləri, eyni zamanda, ictimai-siyasi aktivliyin artmasına gətirib çıxaran hadisədir. Radikallar isə 22 ildən artıqdır uğradıqları məğlubiyyətlərini ört-basdır etmək üçün yenə də öz xəyallarını qurmaqla məşğuldurlar. Bu səbəbdən də ümidlərini yenidən erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi xarici təşkilarlara dikiblər. Dikiblər ki, bəlkə hər hansı bir "siyasi uğura" nail olsunlar.

Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, gah qərəzli beynəlxalq təşkilatların, gah da Almaniya və bu sıradan olan bəzi ölkələrin, o cümlədən, Avropa Parlamentinin, eləcə də Avropa təşkilatlarının parlamentlərinin çıxardıqları qətmnamələrini öz mətbu orqanlarında xüsusi özəlliklərlə dərc edən radikal müxalifət mənsubları bununla parlament seçkiləri öncəsi özlərinə siyasi dividend, siyasi xal toplamağa çalışırlar.

Onların hakimiyyətə gəlmələri, parlamentdə səs çoxluğu qazanmaq arzuları qalsın bir yana, parlament seçkilərindən sonra, hətta müxalifət düşərgəsində qalmaları belə böyük suallar doğurmaqdadır

Ancaq göründüyü kimi, bu cür cəhdlər nə ölkə ictimaiyyətinə, nə də ki, normal düşüncəyə malik olan beynəlxalq ictimai rəyə təsir etmir. Çünki real faktları, inkişaf və tərəqqini, demokratik dəyərlərin qorunmasını dərk edən tərəflər, bu cür cəfəngiyyatlara barmaqarası baxaraq, Azərbaycan dövlətinin ədalərli mövqeyini dsətəkləyirlər. Təkcə birinci Avropa Oyunlarının möhtəşəmliyini iddialar qarşısında fakt kimi qoymaq kifayətdir ki, həmin qərəzli qüvvələr bundan ibrət götürsünlər.

Beləliklə, son olaraq həm də belə qənaətə gəlmək mümkündür ki, reallığa qalanda, AXCP, "Milli Şura" kimi təşkilatlar məğlubiyyət acısı yaşayacaqlarını yaxşı bilirlər. "Bəlkə seçildik" amilinin ətəyindən yapışıb dövlətçiliyə zidd əməlləri ilə siyasi addımlarını atmağa çalışanlar ən azından, müxalifətdə qalmaları üçün əllərindən gələn xəyanətləri etməyə hazırdırlar. Çünki onların hakimiyyətə gəlmələri, parlamentdə səs çoxluğu qazanmaq arzuları qalsın bir yana, parlament seçkilərindən sonra, hətta müxalifət düşərgəsində qalmaları belə böyük suallar doğurmaqdadır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər