Yaxud səfirlə görüşündən sonra Avropa Parlamentinə müəmmalı səfər
Bir müddət öncə ABŞ-ın Azərbaycandakı səfiri ilə görüş keçirən Müsavat başqanı Arif Hacılının bu dəfə Avropa Parlamentinin "Şərq tərəfdaşlığının gələcəyi" mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Avropaya səfər etməsi, əslində, heç də təsadüfi sayılmamalıdır. Çünki biz dəfələrlə isrət Müsavat rəhbərliyinin, istərsə də AXCP-nin rəhbər strukturlarında fəaliyyət göstərənlərin xarici diplomatlarla görüşlərindən dərhal sonra hər hansı bir Qərb ölkələrinə səfər etmələrinin şahidi olmuşuq. Bəli, bütün bunlar heç də təsadüfi sayılmamalıdır. Çünki Qərbin bir sıra siyasi dairələrinin buradakı Müsavat, yaxud da AXCP-dən olan emissarları Bakıda müəyyən dipmissiyalar tərəfindən aldıqları tapşırdıqlarını daha sonra Qərbi Avropa dövlətlərindəki təlimatçıları ilə dəqiqləşdirirlər. Daha dəqiq desək, bir mərkəzdən idarə olunan qərəzli xarici siyasi dairələr radikal müxalifət rəhbərlərini istiqamətləndirən mərkəzin tapşırığını yerinə yetirməkən ötrü, onları Avropadakı ofislərinə dəvət edirlər.
Arif Hacılı turançılıq ideologiyasını üstün tutan bir siyasi təşkilat rəhbəridirsə, nəyə görə bu ilin aprelində qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul etmiş Avropa Parlamentinin müzakirələrinə qatılır?!
Məhz Arif Hacılının da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündən bir -neçə gün sonra Avropa Parlamentinin tədbirinə qatılması təsadüf, yaxud da sıradan hal qismində anlaşılmamalıdır. Əgər nəzərə alsaq ki, Avropa Parlamenti dəfələrlə Azərbaycana qarşı qərəzli münasibət sərgiləyib, ölkəmizdə cərəyan edən demokratik prosesləri, inkişaf və tərəqqi amilinə gölgə salmağa çalışıb, o cümlədən, islamofob təşkilatı kimi daha çox nəzərə çarpıb, bu zaman Arif Hacılının adıçəkilən təşkilatın çağırışına müsbət cavab verməsi tənqidə layiq olan bir haldır.
Digər tərəfdən o da bəllidir ki, Müsavat partiyasının rəhbərliyi sağçılıq, türkülük ideologiyasından çıxış edərək, özü ətrafında pafos, görüntü yaratmağa cəhd edən bir siyasi partiyadır və ona lazım olduğu halda, yəni sərf edəndə özünü turançı kimi göstərir. Bu zaman elə də uzaq tarixə getməyərək, sual yaranır ki, əgər Arif Hacılı turançılıq ideologiyasını üstün tutan bir siyasi təşkilat rəhbəridirsə, nəyə görə bu ilin aprelində qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul etmiş Avropa Parlamentinin müzakirələrinə qatılır?!
Belə deyilsə, onda buyurub, öz arqumentlərini səsləndirə bilər
Görünür, biz bu tipli sualları hələ çox verib, cavabsız qalacağıq. Çünki bu sulalın cavabını vermək üçün, Arif Hacılı ən azından, Avropa Parlamentinin dəvətini boykot etməli, azərbaycançılıq mövqeyindən çıxış etməlidyi. Etmirsə demək, Hacılının özü də bu qurumun qəbul etdiyi qondarma erməni soyqırımı qətnaməsini tanıdığını dolayısı ilə sübuta yetirmiş olur. Yox,əgər belə deyilsə, onda buyurub, öz arqumentlərini səsləndirə bilər.
Beləliklə, məsələ kifayət qədrər aydındır. Bu gün Azərbaycanda baş tutan birinci Avropa Oyunlarını Müsavat partiyası adından boykot etdiyini (əslində, Müsavat rəhbərliyi özü-özünü boykot edib. Çünki bu partiyanın çağırışına məhəl qoyulmadı və müxalifət partiyalarının əksəriyyəti bu oyunları dəstəklədiklərini bəyan etdilər-R.N.) bəyan edən Arif Hacılının yalançı, qondarma, heç bir tarixi əsası olmayan erməni soyqırımını tanıyan bir Avropa qurumunun tədbirinə qatılmasının köklü səbəbi qarşıdan gələn parlament seçkiləridir. Bu addımı ilə o düşünür ki, aldığı sifarişləri və təlimatları sayəsndə parlament seçkilərində mandat ala biləcək. Ancaq düşünmür ki, hətta mandat qazansa belə, onun bu sənədinin heç bir mahiyyəti olmayacaq. Çüniki həmin mandatın sahibi kimi, Arif Hacılı satılmış müxalifətin lideri kimi tanınacaq. O da ki, seçilsə...
Rövşən NURƏDDİNOĞLU