PDF Oxu

Müxalifət

  • 2 377

"Professor-müəllim" Cəmil Həsənli bunumu istəyirdi?

"Professor-müəllim" Cəmil Həsənli bunumu istəyirdi?

"Milli Şura" sədrinin sandıqları açıldıqca, pambıqları tökülür

Artıq bir neçə gündür ki, "Yeni Müsavat" rəhbərliyi və "Milli Şura"nın sədri Cəmil Həsənli arasında baş verən növbəti ittiham və qalmaqallar nəticəsində ortaya çıxmamış digər faktları da ictimailəşdirməkdədir. Reallığa qalanda, bu faktların bəziləri bəlli olsa da, geniş ictimai rəy onlardan xəbərsiz olub. Ancaq son günlərdə ölkənin oxucu kütləsi də baş verənlərdən hali olaraq, kimin-kim olduğunu öyrənir və öyrənməkdədir. Əslində, bu, yaxşı bir haldır. Yaxşıdır ona görə ki, siyasi ictimaiyyət özünə "lider" seçərkən, bundan sonra daha ehtiyatlı davranmalı olacaq. Daha haqqında çoxsaylı faktlar üzə çıxan Cəmil Həsənli kimiləri müxalifət cameəsində təsadüfi "lider" seçilməyəcək.

Həqiqət və ədalət naminə etiraf etməliyik ki...

Bəli, məhz təsadüfi "lider". Çünki Milli Məclisə növbəti dəfə deputat seçilmədikdən sonra yenidən tüpürdüyü qazana girib və AXCP sədrinin qoltuğu altına sığınan Cəmil Həsənlinin "uğurlarında" yalnız təsadüflər axtarmaq mümkündür. Rəhmətlik aktyorumuz Siyavuş Aslanın "Evləri köndələn yar" tamaşasında etdiyi xitab kimi, "çox hörmətli professor-müəllim" zatən təsadüflər nəticəsində "siyasi fiqur" olaraq, ortaya atılıb. Gah Şimalın, gah da Qərbin əlində ipli kuklalartək oynadılan "professor-müəllim" oynadıldığının fərqinə varsa da belə, yenə də özünü bilməməziyə vurur.

Bu arada müxalifət mətbuatı kimi tanınan "Yeni Müsavat"la iqtidarın radikal mətbuatı kimi qiymətləndirilən "SƏS" qəzetini bir-birinə "bənzədən" Cəmil Həsənli məhz bu kontekstdəki ittihamları ilə özünü daha da rüsvay etmiş oldu. Məsələn, bəlli oldu ki, "SƏS" qəzetini oxumuram" deyə bununla özünü "qəhrəman" qismində təqdim edən Cəmil Həsənli sən demə, deputat olduğu dövrlərdə "SƏS" qəzetinin dəhlizlərində boynunu büküb dayanırmış ki, AXCP sədri Əli Kərimlinin xəyanətləri barədə açıqlamalar versin, AXCP-Müsavat iqtidarının xalqa, dövlətə vurduğu ziyanlardan, satqınçılıqlarından danışsın.

Fəqət, "SƏS" öz cavabını yetərincə verdi "professor-müəllimin"!

Amma "Yeni Müsavat" rəhbərliyinin də cavabları ilginc, maraqdoğurucu nüanslarla zəngin oldu. Həqiqət və ədalət naminə etiraf etməliyik ki, "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunun Cəmil Həsənlinin ittihamlarına cavab verməsi ictimai marağa səbəb olub.

Rauf Arifoğlu təəccüblə sual edir ki, "Bunlarmı iqtidar olacaqdılar, bu çatlaq professormu prezident olacaqdı..."

Məsələn, Rauf bəy bildirir ki, Cəmil Həsənli "Yeni Müsavat"la "SƏS"i öz təbirincə "eyniləşdirməyə" çalışarkən, özünü ifşa edib. Ancaq onun ifşa edilməsi qalsın bir yana, Cəmil Həsənli Rauf Arifoğlunun haqlı təhqiri, o cümlədən, təhdidi (!) ilə də qarşılaşmalı olub. "Bunlarmı iqtidar olacaqdılar, bu çatlaq professormu prezident olacaqdı..."- sualını verən baş redkator "Yeni Müsavat"ın "Milli Şura"nın güvəndiyi qüvvələrdən "molodes" ala bilməməsi məqaləsinə toxunub və sualını təkrarlayıb: " Əslində, özünü ifşa mətni olan o statusda bizim iddiaların birinə də cavab verilməyib...Sayın professor, hörmətli Kərimli, sizdən soruşulur, ona cavab verin: niyə əsl müxalifət" olaraq, Avropa Oyunlarini boykota çağırmadınız...Buna cavab verin, yoxsa "məhv" oldunuz."

Bizcə, Cəmil Həsənli-Əli Kərimli cütlüyünü hədəfə alaraq, hətta onları məhv edəcəyi iddiasını da irəli sürən Rauf Arifoğlu burada oxu atsa da, yayını gizlədib. Bu barədə məqalənin aşağı hissəsində daha geniş yazacağıq.

Görünür, Arifoğlu media etikasına sona qədər riayət etməyi düşünüb, baxmayaraq ki, Cəmil Həsənlini "çatlaq" adlandırıb. Bilməyənlər üçün xatırlatma: ÇATLAQ (türkcə çatlak-R.N.) ifadəsi həqarətli mənada işlədilir və gic, axmaq, sarsaq, sərsəm hətta pozğun və s. anlamlarını daşıyır.

Beləliklə, "professor-müəllimin" dəfələrlə hazırda nökərçilik etdiyi AXCP-ni və Əli Kərimlini satdığı, icazəli parlamentə iki çağırış ard-arda mandat almağı, iqtidarı dəstəkləyən kitablar yazmağı barədə döşəyən Arifoğlu növbəti müəmmanın işıq ucunu göstərib!

Barmağına tüpürüb pul sayanın kim olduğu da üzə çıxdı!

"Bir professor tanıyıram. Pul sayanda, əvvəlcə barmaqlarını ucuna yüngülcə tüpürür. Sonra başlayır səslə saymağa..." Dəyərli oxucular, sizə elə gəlmirmi ki, od olmayan yerdən tüstü çıxmaz? Hər halda od varsa, onun tüstüsü də olmalıdır. Bu, təbiətin bir qanunudur ki, onu dəyişmək qeyri-mümkündür. Çünki Allahın əlində olan bir məsələdir bu məsələ. Ancaq Cəmil Həsənli o qədər "pak", "təmiz", "vicdanlı", "şərəfli", "namuslu" birisidir ki, onun yandırdığı odun tüstüsü çıxmazmış. Ancaq göründüyü kimi, çıxdı. Və bunu ittiham atəşinə tutduğu Rauf Arifoğlu şəxsən etdi. Korrupsioner nazirin əlaltısı olaraq, aldığı pulları "Azadlıq" qəzetinə daşıyan, dolların ucuz olduğu zamanlarda manatı dollara çevirib Əli Kərimliyə sırıyan da məhz Cəmil Həsənli olub. Ən azından, maliyyə maxinasiyası nəticəsində manatı dollara çevirərək, filan qədər pul qıran cəmil Həsənlidən bunu gözləməyə gələrdi. Təkcə, 2013-cü ilin prezident seçkiləri öncəsi onun gənclik yaşlarında mal oğurluğu etməsi faktını, sonradan isə agent kimi SSRİ DTK-sına işləməsi dəlilini xatırlasaq, onun az aşın duzu olmadığını təyin edə bilərik.

Bir daha "Yeni Müsavat"ın onun ifşası ilə bağlı yazdığına nəzər salaq: "Bir gün ortaya bir video çıxsa və o professor barmaqlarına tüpürə-tüpürə para saydığı yerdə görüntülənsə, əcaba, kim məhv olar? Və Əli Kərimli o videonu qəzetinin saytında yayarmı? Ona hansı başlıq qoyar...Qorxmayın, qırışmallar, yoxdu belə video... Amma bir olsaydı, derim..."

Beləliklə, barmağına tüpürüb pul sayanın kim olduğu da üzə çıxdı və bu, kimsədə təəccüb doğurmamalıdır. Bir halda ki, yeniyetmə çağlarında mal oğurluğu üzrə stajlı oğrular tərəfindən peşəkarlıq dərəcəsi almış, sonrakı illərdə DTK agenti kimi yaxın ətrafını satmış, sonradan isə maliyyə fırıldaqları nəticəsində pulqıranlıqla məşğul olmuş Cəmil Həsənli barədə bu cür faktlar eşidərkən, 100 % təəccüblənmək olmaz!

Rövşən NURƏDDİNOĞLU

P.S. Öz aramızdır, ancaq Rauf Arifoğlu bir məsələdə gərək axıra kimi gedəydi. Məsələn, Cəmil Həsənlinin maliyyə fırıldaqlarını əks etdirən və "olmayan" kasetini üzə çıxarardı. Yox, çıxmaq istəmirsə, biz "SƏS" olaraq, onu tapıb üzə çıxararıq. Necə ki, bu günə qədər "professor-müəllim" Cəmil Həsənlinin ifşasında onlarla faktları ictimai rəyin qarşısına qoymağa müvəffəq olmuşuq.

Digər xəbərlər