Elçin Mirzəbəyli: "Onlar ölkəmidə plüralizmə zərbə vurmaqla məşğuldurlar"
Azərbaycan radikal müxalifət düşərgəsi düşdüyü nokaut vəziyyətdən çıxa bilmir. Son illərin, xüsusilə də 2010 və 2013-cü illərdə keçirilən seçkilərdə ağır məğlubiyyətə düçar olan müxalifət düşərgəsinin bundan sonrakı durumunun daha acınacaqlı olacağı heç kimdə şübhə doğurmur. Ona görə ki, ənənəvi şüar və düşüncə tərzinin hökm sürdüyü radikal müxalifət düşərgəsində, daha dəqiq desək, Müsavat və AXCP-də partiya rəhbərləri öz postlarından çəkilmək, yerlərini gənclərə vermək niyyətində deyillər. Əksinə özləri "liderlik institutu" yaradan Müsavat və AXCP rəhbərliyinin sosial bazadan, insanların etimadından məhrum olmalarının da əsas səbəblərindən biri də budur. Daha çox daxili intriqalarla, bir-birilərinə qarşı ittihamlarla gündəmdə qalan müxalifət rəhbərlərinin düşdüyü vəziyyətin nə vaxtsa normallaşacağı bir yuxu kimi görünür. Sovet təfəkkürü, 25 il səslənən eyni şüarlar, xarici təxribatçı qruplardan alınan qrantlar, gənclərin radikal istiqamətə yönləndirilməsi və sairə kimi hallar hələ uzun müddət normal müxalifətin ərsəyə gəlməsinin qeyri-mümkünlüyünü təsqidləyir. Çünki Azərbaycanda normal müxalifət düşərgəsinin yaradılmasına mane olan əsas amil- Müsavat-AXCP-nin bu istiqamətdə apardığı anti-milli addımlardır. Şəxsi qeyrətlərini (daha doğrusu, pullarını, ambisiyalarını) milli qeyrətdən üstün tutanların siyasi təşkilata rəhbərlik etməsi istər-istəməz dözülməz vəziyyət yaradır.
Müxalifət düşərgəsindəki vəziyyətlə bağlı danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Azərbaycanda müxalifət böhran içərəsindədir: "Azərbaycanda vicdanlı, təmiz siyasi rəqabətin olmamasını müxalifətin simasında görmək olar. Onlarda siyasi mübarizə üsulları intriqa və qohumbazlığa söykənir. Müxalifətdə tanışlıq məsələlərinə çox böyük önəm verilir. Təəssüf ki, müxalifət daxilində yaranmış böhran yaxşı heç nə vəd etmir. Məhz buna görədir ki, seçkilərdə seçicilərin sayı hər dəfə aşağı düşür".
Məsələ ilə bağlı suallarımızı cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, Azərbyacanda normal müxalifətin yarana bilməməsinin əsas səbəbkarları İsa Qəmbər və Əli Kərimlidir: "Onlar ölkəmizdə plüralizmə zərbə vurmaq üçün düşmənlərimizlə əməkdaşlığa getdilər. Özlərinin köhnə metod və üsullarından əl çəkmədilər. Hakimiyyətlə "mübarizə aparmaq" üçün ermənilərlə dostluq etdilər. Vaxtikən hakimiyyətdə olub milləti ağır bəlalara saldılar. Bu gün də gəncləri qeyri-sağlam üsullarla, aşağılayıcı ideyalarla, şirin vədlərlə öz tərəflərinə çəkib ölkəmizdə təxribatlar yaratmaq istəyirlər. Təsəvvür edin ki, AXCP və Müsavatda nələr baş verir. Rüşvətdən tutmuş əxlaqa zidd bütün hərəkətlər bu partiyalarda baş alıb gedir. Onlar birləşmək yox, dağıtmaqla məşğuldurlar".
Samir