PDF Oxu

Müxalifət

  • 316

Rusiyaya yaltaqlanan Rüstəm İbrahimbəyov!

Rusiyaya yaltaqlanan Rüstəm İbrahimbəyov!

"Rüstəm İbrahimbəyov Rusiyada oturub və oranın vətəndaşıdır. Ona görə də bu şəxs həmişə Rusiyanın mövqeyini ifadə edir. İbrahimbəyovun platformasında bu, başlıca yerlərdən birini tutur". Bunu SİA-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa "Milli Şura"nın keçmiş rəhbəri Rüstəm İbrahimbəyovun ermənipərəst mövqeyinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, bu şəxs ancaq Rusiyanın marağını təmsil edir: "Düşünmürəm ki, onu Əli Kərimli, Cəmil Həsənli ilə müqayisə etmək olar. Hesab edirəm ki, onunla bir platformada olmaq doğru istiqamət deyil. İbrahimbəyov ermənipərəst mövqe sərgiləməklə daha çox Rusiya siyasi sistemində özünə güvənilir mövqe qazanmağa çalışır".

sia.az

Digər xəbərlər