PDF Oxu

Müxalifət

  • 532

Əli Kərimlinin şillə-təpikli "demokratiyası"

Əli Kərimlinin şillə-təpikli "demokratiyası"
AXCP sədri ona qarşı çıxış edən sabiq cəbhəçilərə qarşı zor tədbiq etdirir

Artıq birinci hal deyil ki, AXCP sədri Əli Kərimlinin barəsində onun xoşuna gəlməyən söz demiş hər hansı bir insana qarşı şillə-təpikli "demokratiya" nümunəsi göstərir. Yəni AXCP sədri ona qarşı çıxış edən, tənqidi fikirlər səsləndirən, onu avtoritar idarəçi, diktator adlandıran sabiq cəbhəçilərə qarşı zor gücü tətbiq etdirir. Biz bunu hazırkı zamanımıza qədər dəfələrlə görümşük. Belə bir vəziyyət nə yazıq ki, indi də davam etməkdədir. Təkcə öz ətrafında qoçu dəstələri saxlayan Əli Kərimlinin ötən il bayraqdar Elman Türkoğluna qarşı törətdiyi əməli xatırlasaq, kifayət edər ki, onun meydanlara çıxıb "ədalətsilikdir!" deyə bağırması sadəcə və sadəcə AXCP adlı səyyar küçə teatrında formalaşmış siyasi artistizm nümunəsinin "şedevrləridir". Yəni qısacası, Əli Kərimli onun çatışmayan cəhətlərini üzünə deyənlərə qarşı nəninki dözümsüz yanaşır, həm də özünə düşmən elan edir.

Ağaşirin Tanrıverdioğlu Əli Kərimli tərəfindən verilmiş əmrə görə fiziki təzyiqə məruz qaldığını bildirib

Məsələn, bir müddət əvvələ qədər vaxtilə onun siyasətini dəstəkləyən insanları "dəyanətli", "qeyrətli", "mübariz" adalandıran Əli Kərimli, bu gün onun siyasətinə etiraz əlaməti olaraq, partiya sıralarını tərk edənləri öz qoçularına döyzüdürür. Buna misal kimi, bu günlərdə mediada yayılmış döyülmə faktını göstərə bilərik.

Belə ki, AXCP Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri, partiyadan kənarlaşdırılan Ağaşirin Tanrıverdioğlu da Əli Kərimli tərəfindən verilmiş əmrə görə fiziki təzyiqə məruz qaldığını bildirib. Döyülən şəxs öz açıqlamasında bildirib ki, Nərimanov rayonu ərazisindəki kafelərdən birində istirahət edərkən AXCP rəyasət heyətinin üzvü Sahib Kərimli qəfildən kafeyə girərək, onu döyməyə başlayıb: "Yanında tanımadığım bir nəfər də vardı. Mənim üzümə xəsarət yetirdilər. Səbəbini soruşanda, partiya əleyhinə fəaliyyətimə görə belə davrandığını dedi. Hazırda üzümdə xəsarət izləri var".

A.Tanrıverdioğlu hadisə ilə bağlı Nərimanov rayon 18-ci polis bölməsinə şikayət etdiyini deyib.

Facebook tarakanlarının içində Sahib Kərimli də olub

Ancaq maraqlıdır ki, Tanrıverdioğlunu döyən Kərimli də faktı təsdiq edərək deyib ki, qarşı tərəf onu sosial şəbəkədə təhqir etdiyi üçün ona bir sillə vurub. Gəlin məsələyə daha həssas yanaşaq. Belə ki, Ağaşirin Tanrıverdioğlu AXCP sıralarında olarkən, Əli Kərimlinin siyasətinə qarşı sərt tənqidlər səsləndirən biri kimi tanınırdı. Ona Əli Kərimli tərəfindən bir neçə dəfə xəbərdarlıqlar edilsə də, o öz etirazlarının üzərində dayanırdı. Nəticə partiyadan çıxarılan cəbhəçi sosial şəbəkədə AXCP rəhbrəliyinin şəxsi mənfəət güdmələri barədə faktları ortaya qoymağa başladı. Hətta Əli Kərimlinin facebook tarakanları Tanrıverdioğlunun üzərinə hücum çəkərək, onun ailəsini belə təhqir etməyə başladılar. Həmin tarakanların içində Sahib Kərimli də olub və Tanrıverdioğlunu təhir etdiyinə görə, qarşı tərəf də ona cavab təhqiri verməyə məcbur olub. Bu isə Sahib Kərimlinin və sədri Əli Kərimlinin xoşuna getməyib və gedib sabiq cəbhəçini döyüb. Ancaq Əli Kərimlidən "xeyir-dua" aldıqdan sonra. Beləliklə, məsələ aydındır. Əli Kərimli kimə istəsə söyə bilər, təhqir edə bilər, qarayaxma kampaniyası apara bilər, şantaj, sabotaj törədə bilər, amma onu təhqir deyil, hətta tənqid edənlərin buna ixtiyarları yoxuymuş. Ağaşirin Tanrıverdioğlu isə bunu sübuta yetirdi. Sübuta yetirdi ki, Əli Kərimli düşərgədə kimsəyə ixtiyar qanunu verə bilməz. Lazım gələndə isə AXCP-dən Əli Kərimliyə cavab verənlər isə hələ çox olacaq. Ağaşirin Tabrıverdioğlu kimi...

Mübariz QULİYEV