PDF Oxu

Müxalifət

  • 866

AXCP və "Milli Şura" ittiham hədəfində

AXCP və "Milli Şura" ittiham hədəfində

Hər ikisi xarici qurumların nökərləridir

Yenə də müxalifət mətbuatında parlament seçkisi ərəfəsi siyasi dialoq məsələsi müzakirə mövzusuna çevrilib. Doğrudur, ötən ay 15-ə qədər siaysi partiyanın iştirak etdiyi iqtidar-müxalifət dialoqu keçirildi. Ancaq həmin tədbirdən sonra iştirak etməyən Müsavatla AXCP yenə də böhtanlı çıxışlarını etməyə başladılar. Bu gün yenidən sözügedən mövzu ilə bağlı yazılar verən müxalifət mətbuatının bu addımı heç də təəccüb doğurmur. Çünki bu yerdə ataların dediyi kimi, "aşığın sözü qurtaranda yarım-yarım" deyir. Müxalifət də neyləsin bütün dünya gördü ki, ilk Avropa Oyunları ilə bağlı böhtanları bir nəticə vermədi, əlac qalır dialoq məsələsinə. Çünki dialoq məsələsilə hər zaman manipulyasiya edən radikal müxalifət hakimiyyətə qarşı süni şəkildə dəfələrlə təzyiq atmosferi yaratmağa cəhdlər göstərib. Amma ötən ay baş tutan dialoq bir daha göstərdi ki, Azərbaycanda hakimiyyət nəinki iqtidar-müxalifət dialoquna qarşı çıxır, hətta ölkədə fəaliyyət göstərən bütün partyalarla siyasi dialoqa hazır olduğunu açıq şəkildə nümayiş etdirdi.

KXCP sədri Mirmahmud Mirəlioğlu "Milli Şura"nı və AXCP-nin keçirilən görüşləri dialoq yox, "şou" adlandırmasına münasibət bildirərəkən deyib ki, bu qurumun müalicəyə ehtiyacı var: "Olmayan şeyləri danışmaq ayıbdır. Mən sadəcə olaraq, təəssüf edirəm. Mən bunu mediaya açıqlamaq istəmirdim, amma məcbur elədilər deyirəm. Bu cür görüşlərin olmasının Azərbaycan cəmiyyətinə xeyri var. Tənqid edirlər etsinlər, amma insaflı olmaq lazımdır. İnsafı, ədaləti kənara qoymaq olmaz".

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə dialoqun həm iqtidar, həm də müxalifətə faydalı olacağını bildirib: "İstər ötən ay, istərsə də bundan sonra keçirlən iqtidar-müxalifət dialoqunun davamlı olacağına, ölkədə yeni münasibətlər sisteminin formalaşmasının və Azərbaycanda bütün siyasi sistemin inkişafına müsbət təsiri olacaq. Bu söhbətdən qaçan qüvvələr yalnız özünə arxayın olmayan, "bulanıq suda balıq tutmaq" istəyən qüvvələrdir. Görünür, həmin qüvvələr Azərbaycanda siyasi proseslərin şəffaf, açıq şəkildə getməsində maraqlı deyillər".

ADP sədri Sərdar Cəlaloğlu "Milli Şura"nın müxalifətçiliyini İŞİD-lə, Ukraynada döyüşən üsyançılarla müqayisə edib: "İŞİD də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi. Ukraynada mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirib silahlı mübarizə aparanlar da özlərini müxalifət hesab edir. İndi gəlin görək, İŞİD-in müxalifliyi Suriya dövlətinə və xalqına xeyir gətirdi?! "Milli Şura"nın və AXCP-nin müxalifət olmağı indiyə qədər bu xalqa nə verib?! Bir müsbət nə isə verib?! 20 ildir sən Əli Kərimli Azərbaycan müxalifətinin önündə getdiyini bəyan edirsən, 20 ildir Azərbaycan müxalifəti uduza-uduza gedir. Sənin müxalifətçiliyin budursa, kimə lazımdır belə müxalifətçilik!? Bu xalq səni 20 ildir görür, alovlu taftalogiyadan ibarət nitq söyləmək xalqa xidmət etmək deyil".

Beləliklə də, bu gün Azərbaycanın siyasi səhnəsində şou göstərən, siyasətlə məşğul olmayan, başqaları tərəfindən düzənlənmiş ssenari əsasında tamaşa oynayan bir şəxs və ya şəxslər varsa, o da Əli Kərimli və onun ətrafında olan insanlardır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər