PDF Oxu

Müxalifət

  • 941

Tural Abbaslı: “Müsavatda yanIış idarə forması davam edir” MÜNASİBƏT

Tural Abbaslı: “Müsavatda yanIış idarə forması davam edir” MÜNASİBƏT

Müsavat partiyasına yeni rəhbərlik təyin olunan gündən etibarən partiyadan istefalar kütləvi hal alıb. Bu da başqan Arif Hacılının apardığı yalnış siyasətin nəticəsidir". Bu fikirləri SİA-ya Müsavat partiyasının keçmiş divan üzvü Tural Abbaslı bu günlərdə keçirilən Müsavat Partiyası Məclisinin yığıncağında Almaz Əliqızı ilə Gülağa Aslanlının bir-birinə qarşı ittihamlar irəli sürməsinə münasibətini açıqlayarkən deyib.Tural Abbaslı təəssüf hissi ilə qeyd edib ki, partiyadan çıxanlar və yaxud da çıxarılanların böyük əksəriyyəti Müsavatın elitası idi: "Onların partiyadan uzaqlaşdırılması Müsavatın cəmiyyəytdə olan-qalan nüfuzunun zəifləməsinə səbəb oldu. Buna baxmayaraq, yanlış idarə forması hələ də davam edir. Əgər belə davam edəcəksə, yeni qopmalar qaçılmaz olacaq. Almaz Əliqızı Müsavatın ən dəyərli və nüfuzlu nümayəndələrindən biridir. Uzun müddət Divan üzvü kimi partiya rəhbərliyində təmsil olunub. Belə insanların partiya üzvlüyü Müsavata ancaq müsbət dividentlər gətirir. Onun da hər hansı bir formada partiyadan uzaqlaşdırılması gündəmə gələrsə bu o deməkdir ki, orada ziyalılara yer yoxdur".Tural Abbaslı onu da vurğulayıb ki, Müsavat rəhbərliyi yaxın zamanda öz siyasətində dəyişiklik etməsə, itirə-itirə gedəcək.

sia.az

Digər xəbərlər