Bugünkü reallıq ondan ibarətdir ki, müxalifət partiyaları ölkədə gedən ictimai-siyasi proseslərdən tamamilə təcrid olunub. Bu da onların cəmiyyət tərəfində qəbul edilməmələri və sosial bazaldan məhrum olunmaları ilə bağlıdır. Bütün bunlara əsaslanaraq demək olar ki, bu ilin noyabrında keçirilməsi nəzrdə tutulan parlament seçkilərində müxalifət növbəti məğlubiyyət zərbəsi ilə üzləşəcək. Müxalifəti gözləyən növbəti seçki məğlubiyyətini "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bu və digər səbəblərlə yanaşı daxillərində problemlərin son dərəcə kritik olması ilə də əlaqələndirdi: "AXCP və Müsavat daxilində baş verən funksionerlərarası savaş bunu deməyə əsas verir. Onlar daxili problemlərini həll edə bilmirlər, ona görə də namizədlərini irəli sürməkdə çətinlik çəkirlər".
M.Səfərli onu da bildirdi ki, müxalifət qeyri-ligitim müxalifətdir: "Yəni bu partiyalar müxalifət adı ilə çıxış etsələr belə, gərçəklikdə qeyri-ligitim müxalifət sayılır. Müxalifət düşərgəsində təmsil olunan qüvvələr itirilmiş nüfuzlarının bərpası üçün hər zaman radikal addımlar atmağa meyilli olub. Demək olar ki, bu gün müxalifət qüvvələrinin sosial dayağı yox dərəcəsindədir".
Təşkilat sədri özlərini dağıdıcı qüvvələr adlandıran Müsavat, AXCP, ADP və digər bu kimi partiya sədrləri qeyri-ciddi və populist iddialar irəli sürməklə diqqət mərkəzinə çevrilməyə cəhd edirlər: "Bu cür metodlardan istifadə etmək ucuz şou yaratmaqdır. Qısası, bunun adı özlərini bazara çıxarıb müəyyən məbləğə satmağa cəhddən başqa bir şey deyil. Yəni onlar siyasətə gəlir mənbəyi kimi baxırlar. Amma faktlara əsaslanmaqla demək olar ki, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən çıxışlar etməklə nəyə isə nail olmaları mümkün deyil. Eyni zamanda, müxalif partiya yetkililəri gündəmdə qalmaqdan üçün müxtəlif çirkin vasitələrə əl atırlar. Lakin dediyim fikirlərə bir daha qayıdaraq qeyd edirəm ki, bu qüvvələr uğursuzluğa dücar olub və bundan sonra da olacaqlar".
GÜLYANƏ