AXCP-nin sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlunun partiyanın rəyasət heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülməsindən sonra AXCP sədri Əli Kərimlinin və onun ətrafının bu məsələyə haqq qazandırması növbəti dəfə sübut edir ki, orada hökm sürən rejim avtoritar idarəçilikdən o tərəfə keçməyib. Qısacası, Pinoçet üsulu hazırda AXCP sədri Əli Kərimli tərəfindən yürüdülür.
Ağaşirin Tantıverdioğluna qarşı söyüş kampaniyasına start verilib
Bu arada Əli Kərimlinin facebook, yəni klaviatura "qəhrəmanı" kimi tanınması da kimsəyə sirr deyil. Yəni onun diktatura və avtoritar idarəçiliyi də həyatda olduğu kimi, özünü sosial şəbəkədə açıq şəkildə göstərməkdədir. Buna misal kimi, A.Tanrıverdioğlunun bir sıra məsələləri ifşa edərək, əslində, cəbhə daxilində Ə.Kərimlini devirmək planı barədə dediyi ifadələrə qarşı tərəfin etinasız münasibət sərgiləməsidir. Yəni fakt budur ki, Ağaşirin Tanrıverdioğlu ona əl qaldırmış S.Kərimlinin, əslində bir qrup cəbhəçi ilə birləşərək, partiyadaxili qiyam etmək planını aşkara çıxardıqdan, özünün də həmin prosesdə iştirakçı olduğunu etiraf etdikdən sonra daha çətin vəziyyətə düşüb. Hansı ki, AXCP sədri reallığa vararaq, heç olmasa Tanrıverdioğlunun iddialarını araşdıra da bilərdi. Amma bunu etmədi. Çünki S.Kərimli dərhal Tanrıverdioğlunu "alkaş", "müftəxor" kimi təqədim etmişdi. İndi isə məhz S.Kərimlinin həmin gedişindən sonra A.Tantıverdioğluna qarşı içi Ə.Kərimli qarışıq söyüş kampaniyasına start verilib. Hətta S.Kərlimli o qədər "saf" və "təmiz" insan kimi göstərilib ki, hətta Ə.Kərimli onun ona qarşı hər hansı bir devrim planı həyata keçirməsinə inanmadığını bildirib.
Əli Kərimlinin əmisi oğlu: "Ağaşirinə kənd çolpaları kəsdirirdim"
Biz bütün bunları facebool sosial şəbəkəsində də rahat şəkildə görə bilərik. Yəni sosial şəbəkədə Sahib Kərimli ilə mübahisə edən Ağaşirin Tanrıverdioğlu AXCP üzvlərinin təhqirləri ilə qarşı-qarşıya qalıb. Partiya üzvləri onu "bomj", "alkaş", "satqın", "müftəyeyən", və s. ağır ifadələr atəşinə tutublar. Məsələn, AXCP üzvləri yazırlar. Sitat: "Ağaşirin bəy, nə oldu Sahib bəyin kafesində müf yeyib-içəndə o, yaxşı olurdu , indi pis.. Gəl sən də bir fərli açıqlama yap görüm nədir dərdin...".
AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov da Tanrıverdioğlunu olmazın dərəcədə təhqir atəşinə məruz qoyub. Daha da qabağa gedərək A.Tanrıverdioğlunu müftəxorluq və xəbərçilikdə ittiham edib. "Ağaşirin Badamdar qəsəbəsində işlətdiyim kafeyə gələndə deyirdi ki, mağaza toyuğu yeyə bilmir"-deyə qeyd edən Əli Kərimlinin qohumu daha sonra qarşı tərəfin pul ödəmədiniyi bildirib: "Mən də ona yaxınlıqda satılan kənd çolpaları kəsdirirdim. Hesabını da vermirdi. Ona nə versən yeyəcək, təki yanında arağı olsun".
Əli Kərimli özünə qarşı yönlmiş partiyadaxili faktları da qəbul etmək istəmir?
Göründüyü kimi, hazırda Pinoçet diktarurası rejimi hökm sürən AXCP-də, ümumiyyətlə reallıq, gerçəklik deyilən anlam qəbul edilmir. Partiya sədri Ə.Kərimli özünə qarşı yönlmiş partiyadaxili faktları da qəbul etmək istəməyərək, bütün hallarda ona zərər vura biləcək insanları partiyadan kənarlaşdırır, döydürür. Hələlik isə, növbə A.Tanrıverdioğlunundur. Növbətisi isə S.Kərimli olsa, bundan da təəccüblənməyə dəyməz. Görünür, Ə.Kərimli hələlik gözləmə mövqeyində dayanaraq, ona qarşı çıxış edən qüvvələrin bir-birlərini daha hansı ittihamlar atşinə tutmalarını gözləyir. Bu ittihamlar sonradan onun avtoritar və diktatura rejiminə növbəti dəstək olacaq.
Rövşən RƏSULOV