PDF Oxu

Müxalifət

  • 4 919

"Azadlıq" qəzeti xəyanət yolunda

image
Əli Kərimlini heç qəbir də düzəldən deyil

AXCP-nin mətbu orqanı kimi tanınan "Azadlıq" qəzetinin haray-şivənçiliyi barədə çox yəqin ki, ictimai rəydə kifayət qədər məlumatlar var və hal-hazırda da bu qəzetin dövlətçilik maraqları əleyhinə yazılar dərc etməsi, cəbhəçi funksionerlərin həmin istiqamətdə dəridən-qabıqdan çıxmaları, bununla da düşmən dəyirmanına su tökmələri birinci hal deyil.

Maraqlısı da budur ki, özlərinə sərf etməyən siyasət yürüdən istənilən müxalifət partiyasını dərhal "düşmən", "xəyanətkar", "satqın" elan edən AXCP və "Milli Şura" nədənsə öz xəyanətlərini, satqınçılıq siyasətini heç vaxt qəbul etmir. Hansı ki, ölkənin və xalqın 1 nömrəli düşməni sırasında ermənilər qədər olacaq məhz AXCP sədri Əli Kərimli və "Milli Şura"nın sədri Cəmil Həsənlidir. İctimai rəy bunu görür və dərk edir. Məsələn, bu gün heç bir erməni mətbuatı azərbaycanlı deputatların cinayət törətmiş insanların adlarının "siyasi məhbus" siyahısında yer almasına etiraz edən sənədə imza atmasını işıqlandırmazdı və işıqlandırmayıb da. Ancaq erməni mətbuatında Əli Kərimlinin, Cəmil Həsənlinin, o cümlədən "Azadlıq" qəzetinin Azərbaycan əleyhinə yazdığı məqalələri, çıxış və müsahibələr yer almaqdadır.

Bütün bunlar isə bir daha sübut edir ki, nökərçilik etdikləri erməni lobbisinin xoşuna gəlməkdən ötrü, Əli Kərimli və onun tipli kuklası rolunda çıxış edən Cəmil Həsənli hətta daha böyük milli xəyanətlərdə bulunmağa hazır olduqlarını sərgiləyirlər.

Əslində, "Azadlıq"dan başqa hər hansı işi də gözləmək olmaz. AXCP sədrinin "Yurd" markalı keyfiyyətsiz xəmiri ilə ilə yoğrulmuş "Azadlıq" adlı şər-böhtan və sabotajçı qəzeti öz ləyaqətsizlik missiyasını davam etdirməkdədir. Ancaq hər dəfə bu missiyasını reallaşdıran Əli Kərimli həmin günün səhəri ifşa edilir, ortaya qoyulan sübut və dəlillər isə belə qənaətə gəlməyə əsas yaradır ki, qozbeli qəbir düzəltsə belə, Əli Kərimlini heç qəbir də düzəldən deyil. Bu, onun çirkablı, viruslu qanına hopmuş bir məsələdir.

Ləyaqətsizlik simvolu - "Azadlıq" qəzeti

Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, I Avropa Oyunlarının Azərbaycanda uğurla keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, Azərbaycanın böyük uğurudur. Ancaq ləyaqətsizlik simvolu olan "Azadlıq" qəzeti bu uğurları görmək cəsarətinə malik deyil. Xatırladaq ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də antiazərbaycançı şəbəkə və onların buyruq quluna çevrilən yerli dairələr fəaliyyətlərini aqressivlik üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd etmişdilər. Bəzi "hüquq müdafiə təşkilatları", xüsusilə də "Amnesty International", "Human Rights Watch" və bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər vurmağa çalışan, həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışlar. Antiazərbaycançı qüvvələrin təbliğat ruporuna çevrilən "Azadlıq" qəzetində son günlər antimilli dairələrin maraqlarına xidmət edən və erməni dəyirmanına su tökən qərəzli məlumatların yer alması da təəssüf doğurur.

Təbii ki, "Azadlıq" qəzeti istər oyunların keçirildiyi ərəfədə, istərsə də oyunlardan sonra da əlinə düşən hər bir məqamda ona təlimatlar verən, Azərbaycan dövlətinə və xalqına qarşı qısqırdan erməni lobbisinin, bir sıra düşmən mövqeli ermənipərəst siyasi dairələrin xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxır. Və bu baxımdan erməni kostanyanların "Azadlıq" qəzetinin səhifələrində "zühur" etməsi bir daha bu həqiqəti ortaya çıxartdı ki, istər "Azadlıq" qəzeti, istər "CEPS", istərsə də onun Kostanyan adlanan "ekspert"i sinxron fəaliyyətə malikdirlər.

Maraqlıdır, görəsən, millətdən, xalqdan danışmaqdan usanmayan "Azadlığ"ın qeyri-rəsmi baş redaktoru Əli Kərimli həmin informasiyaların qəzetdə getməsinə qol qoyarkən heç özündə, bir balaca da olsa, utanc hissi keçiribmi? Fəqət, ləyaqətsizlərdə düşüncə nə gəzir ki? Yəni "Azadlıq" qəzetinin və onun rəhbərliyinin, yazarlarının düşüncələri olsa idi, heç ləyaqətsiz də olmazdılar. Ancaq bu ad onlara çox yaraşır, hətta pək yaraşır!

R.HÜSEYNOVA