"Ümumiyyətlə Ermənistan tərəfi "Qafqaz evi" planını rellaşdırmaq istəyirsə, Azərbaycana və Gürcüstana qarşı olan bütün iddialardan əl çəkməlidirlər". Bunu SİA-ya Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.Partiya sədrinin sözlərinə görə, ermənilər öz iddialarından əl çəkəndən sonra işğalçı ölkə ilə Qafqazda əməkdaşlıq məsələləri müzakirə oluna bilər: "Əgər bu proses baş verərsə, onlar indiyədək apardıqları axmaq siyasətdən əl çəkmiş olarlar. Hətta onlar Azərbaycan, Gürcüstana və digər ölkələrə inteqrasiya edə bilərlər. Bu cür hallar baş verərsə, Azərbaycan tərəfi də öz mövqeyini sərgiləyəcək".
sia.az