PDF Oxu

Müxalifət

  • 1 005

SÖZÜN QISASI

SÖZÜN QISASI

*****

Vaxtilə müxalifətin "Aslan" vəkili statusunu qazanmış hüquqşünas Aslan İsmayılov indi də dönüb olub "tülkü" vəkili. Yəni bu yeni adı ona biz deyil, ənənəvi müxlaifətin, xüsusilə AXCP-nin facebook "qəhrəmanları" verib. Nədir ki, Aslan İsmayılov müxalifət partiyalarına ironik münasibət sərgiləyir. Məsələn deyir ki, Müsavat dağılıb-parçalananda AXCP toy-bayram edirdi. İndi isə Müsavat partiyası şəbeh verir. Beləliklə, hüquqşünasın fikrincə, cəbhəçilərlə müsavatçılar bir-birini ifşa etməklə məşğuldurlar. Müsavatçıların və cəbhəçilərin hücumlarına rəğmən, AXCP sədrinin sabiq müşaviri Zərifə Məhəddinova qeyd edib ki, bunlar müxalifət deyil, bu xainlərə başqa bir ad fikirləşmək lazımdır. Arif Hacılının müşaviri Azər İsmayıl və Əli Kərimlinin mətbuat katibi Natiq Ədilov isə daha irəli gedərək hüquqşünası ciddi tənqid edib, onun I Avropa Oyunlarını dəstəkləməsini pisləyiblər. Üstəlik, N.Ədilov onu "tülkü" adlandırıb.

Yaxşı, A.İsmayılov "Milli Şura"nın mitinqlərində boğazını yırtanda, "siyasi məhbus" kimi absurd iddialarla çıxış edəndə AXCP-yə, Müsavata dəstək verəndə aslanıydı, ində də döndü oldu tülkü? Sözün qısası, bəlkə onu ittiham edənlər bir dəfə də kişi kimi (əgər kişilikləri çatarsa-R.R.) çıxsınlar ortaya və çaqqal olduqlarını etiraf etsinlər? Yoxsa filankəs aslandır, filankəs tülküdür. Sizin bu millətə, dövlətə qarşı göstərdiyiniz çaqqallıqlarınızdan danışın eee...

*****

Müsavat Partiyasındakı saxtakarlıqlara göz yummayaraq, oradan uzaqlaşıb "ADR" hərəkatı yaradanlar arasındakı qarşıdurma səngimək bilmir. Belə ki, "ADR"-in idarə heyətinin üzvü, Müsavatın keçmiş başqanı İsa Qəmbərin sabiq müşaviri Hüseyn Məlik partiya rəhbərliyinin Qubad İbadoğlunun hazırladığı "iqtisadi konsepsiyalar" barədə səsləndirdiyi fikirlərə sərt reaksiya verib və xatırlatma edib. Məsələn, hələ 2003-cü ilin prezident seçkilərini yada salan H.Məlik qarşı tərəfə tutarlı cavab şappıldadıb. Sitat: "Bizim Azərbaycan" blokunun prezidentliyə namizədi İ.Qəmbərin televiziya çıxışı zamanı fəxrlə nümayiş etdirdiyi Q.İbadoğlunun rəhbərliyi ilə hazırlanmış iqtisadi islahatlar proqramını danmaq reallıq hissini itirmiş Arif Hacılının Allahı danmaq qədər münafiqliyindən irəli gələn məsələdir. Bu mənim yaxşı tanıdığım A.Hacılının xarakterinə uyğundur..."

Həəə, bax indi bizim 22-23 ildir ki, dediyimizi təkrar edirlər. Biz ağı-ağ, qaranı-qara kimi gördüyümüzü deyərkən, yazarkən, bunlar ağı-qara, qaranı isə ağ kimi gördüklərini iddia edirdilər. İnkişafa tənəzzül, demokratik dəyərlərin artmasına qeyri-demokratiya, tolerantlığa qeyri-tolerantlıq donu geyindirib artistlik yapmaqla məşğuluydular. İndi isə bir-birilərinin sözləri boğazlarından keçmir. Hətta Hüseyn Məlik dözümsüzlik etməklə, A.Hacılını münafiq adlandırır. Elə bil müxalifətin baş axundudur zalım, kimi istəsə mömin, kimi də istəsə münafiq qərar verir. Amma fakt ortadadır. Sözün qısası, bu gün müxalifətfə kim hansı ittihamı önə sürürsə, qarşı tərəfin ittihamına veriləcək cavablar şappıltı ilə üzlərə vurulur. Lap bu söhbətdəki kimi...

*****

"Milli Şura"nın yaradıcılarından biri Eldar Namazov Azərbaycanı tərk etməsilə bağlı KİV-lərdə yayılan məlumatları təkzib edib. Üstəlik, o mediada "çestinə" dəyən ifadələrə qarşı narazılığını da dilə gətirib. Məsələn deyib ki, "bir sıra saytlar, o cümlədən, mənim hörmət etdiyim saytlar haradansa məlumat götürüb, yayıblar ki, guya mən uzun müddətdir, Avropada yaşayıram, siyasi sığınacaq almışam və ya bu yaxınlarda alacam. Hətta ola bilsin ki, sentyabrda Azərbaycana gəldim, amma hələ qərar verməmişəm. Mən evdə oturmuşam, balkonda çay içirəm..."

Beləliklə, E.Namazov balkonda çay içir, onun yaratdığı "Milli Şura" da özünü daşa-divara çırpır ki, bəlkə parlament seçkilərində nə isə edə. E.Namazov çay vurub küləklənir, "Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyov da o yandan erməniyə dayı, qardaş, hətta dədə deyir. Yəni E.Namazovun heç nə vecinə deyil. Amma seçkilərə bir ay qalmış görəcəyik ki, bıyyy, bu yenə gəldi düşdü ortaya. ANİF sədri, "El" hərəkatının sədri, "Milli Şura"nın hansısa mərkəzinin üzvü. Sözün qısası, belə balkon çayiçmələrini kim istəməz ki...

Rövşən Rəsulov

Digər xəbərlər