PDF Oxu

Müxalifət

  • 1 117

ADP-"Ümid" qarşıdurma astanasında

ADP-"Ümid" qarşıdurma astanasında

Səbəb parlament seçkiləridir

Ənənəvi müxalifətin müxtəlif qanadlarında təmsil olunan blok və birliklərində seçkiqabağı vəziyyət ürəkaçan deyil. Daha dəqiq desək, mövcud vəziyyət düşərgə təmsilçilərinin tələblərinə cavab vermir. İstər partiyalararası münasibətlərdə, istərsə də partiyadaxili məsələlərdə yaşanan qalmaqallar budəfəki parlament seçkilərində də normal nəticə göstərə bilməyəcəyini göstərir.

Xüsusilə, AXCP və Müsavat partiyalarında yaşanan daxili çəkişmələr və qarşıdurmalar, nəticədə davam edən istefalar bilavasitə həmin təşkilatların daha da zəifləməsinə gətirib çıxarıb. Təbii ki, bu amillər ilk növbədə sıravilərin paritya idarəçiliyinə olan inamsızlığın, liderlərin naşılığının və şəxsi mənafelərinə xidmət etmələrinin faktiki göstəricisidir.

İqbal Ağazadə millət vəkili postunu əlində saxlamaqdan üçün köhnə müttəfiqi Sərdar Cəlaloğludan imtina etmək niyyətindədir

Belə partiyalar sırasına və "Ümid" partiyalarının da adlarını əlavə etmək mümkündür. Düzdür, "Ümid" sədri İqbal Ağazadə partiya sədri olaraq, hazırda deputat kimi fəaliyyət göstərsə də, o millət vəkili postunu əlində saxlamaqdan ötrü köhnə müttəfiqi Sərdar Cəlaloğludan imtina etmək niyyətindədir. Hansı ki, məhz ADP sədrinin və "Qarabağ" blokunun siyasi dəstəyi ilə o, 2010-cu ildə deputat seçiməyə nail olmuşdu.

Ancaq indi həmin blok demək olar ki, fəaliyyət göstərmir. "Ümid" partiyası isə seçkilər məsələsində daha çox "125-lər klubu" bloku ilə hər hansı uğur qazanacağına ümid edir. Hətta İqbal Ağazadə müttəfiqi Sərdar Cəlaloğlunu saya salmayaraq, "Qarabağ" blokundan imtina edib, həmin "klub" vasitəsilə əlavə 20-30 namizəd irəli sürəcəyini xəyal edir. Məhz bu səbəbdən indiyə qədər "Qarabağ" bloku siyasi blok olaraq fəaliyyət göstərir, seçki blokuna çevrilmir.

ADP və "Ümid"in seçki çarpışması zamanı artıq yetişib

Artıq ADP-də də hesab edirlər ki, "Ümid"lə müttəfiqlik etmək onlara ziyandan başqa bir dividend gətirmir. Bu baxımdan, Sərdar Cəlaloğlunun İqbal Ağazadənin yenidən onu istifadə etməsinə şərait yaradacağı inandırıcı görünmür. Hətta ADP-nin bu dəfə "Ümid"ə qarşı kampaniya aparıb, seçkilərdə onu üstələməsi də mümkündür. Cəlaloğlunun Ağazadəni bu yolla seçkilərdə çıxdaş edəcəyi də istisna olunmur. Beləliklə, AXCP-də, Müsavatda, müxtəli seçki blok və qurumlarında olduğu kimi, "Qarabağ" blokunda da ciddi qarşıdurma gözlənilir. Blok fəaliyyətsiz vəziyyətdə olmasına rəğmən, orada təmsil olunan ADP və "Ümid"in seçki çarpışması zamanı artıq yetişib.

Mübariz QULİYEV

Digər xəbərlər